Türkiyədən yeni sıçrayış: Ankara bazalarını cənuba doğru dəyişir – ANALİZ

2018/01/345345-(2)_1515754807.jpg
Oxunub: 834     14:43     12 Yanvar 2018    
Türkiyənin F-16S təyyarəsinin Latakiya səmasında Su-24M Rusiyanın bombardmançı təyyarəsini məhv etməsindən iki ildən çox ötür. Rusiya-Türkiyə münasibətlərində bu qısa müddət ərzində diplomatik atışma və "sanksiya zərbələri" ilə başlayan iki sərt hərbi-siyasi gücün qarşıdurması, sonda dialoq və ikitərəfli münasibətlərin yenidən başlanması ilə bitdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prioritetlərinin dəyişikliyi Suriya hərbi fəaliyyət teatrında Rusiyanın kifayət qədər uğur qazanmasına səbəb oldu. ABŞ tərəfindən nəzarət ərazisinin birləşməsi nəticəsində 55 kilometrlik "təhlükəsizlik zonası" yaratmaq ideyası tam iflasa uğradı. Belə ki, Ankaranın Suriyadakı davranışı S-400 "Triumf" ZRK-nın Türkiyəyə idxal yolunu açmaqla bərabər, Suriyanın şimalindakı PKK terror təşkilatının silahlı qolları olan PYD/YPG yaraqlılarını atəş nəzarətində saxlamağa nail oldu. Buna baxmayaraq, Türkiyə orqanları yuxarıda göstərilən bonuslarla məhdudlaşmadılar.

Xüsusilə, "Əl-Cəzirə"də dərc olunan yazıda, Ankara və Xartum arasında Sudanın "mərcan incisi" hesab edilən Suakin şəhərində güclü liman infrastrukturunun tikintisi üzrə razılıq əldə olunduğu barədə məlumat verildi. Bu obyektin gələcək 3-5 il ərzində strateji əhəmiyyətinə görə, Port Sudandakı gələcək Rusiya dəniz bazası və Cibutidəki Çin bazasına ekvivalent olacağı məntiqə uyğundur. Lakin Egey dənizində Yunanıstanla dəniz sərhədləri ilə əlqəli yalnız kiçik mübahisələri, Şimali İraq və Suriya sərhədlərində PKK terrorçuları ilə intensiv olmayan münaqişə şəraitində olan Türkiyəyə Qırmızı dənizə nəzarət etmək üçün baza qurmaq üçün hansı səbəblər var? Bu məsələdə bir neçə cavab var.

Birincisi, Şərqi Aralıq dənizi ərazisində münaqişələrin gərginləşməsi halında bu baza Ankaraya əməliyyat və strateji üstünlüklər qazandıracaq. Yaxın Şərq regionunda Türkiyə Silahlı Qüvvələrinin iştirakının miqyası genişlənəcək. Məsələn, Türkiyə Suriya Respublikasının şimal hissəsində "kürd probleminə" hərbi həll cəhdi ilə bağlı ABŞ-ın son dərəcə xoşagəlməz reaksiyası ilə rastlaşa bilər. Bu reaksiya tək YPG qüvvələrini kiçik çaplı silahlar və Amerika istehsalı olan tank əleyhinə qumbaraatanlar ilə təminatından deyil, eyni vaxtda Hələb vilayətində silahlı kürdlərə qarşı mübarizə aparan türk qüvvələrini kütləvi raket hücumlarına məruz qoyaraq PYD/YPG terrorçularına birbaşa hərbi dəstəkdən də ibarət ola bilər. Qeyd etmək lazımdır ki, hazırda "kürd problemi" əsasında Ankara ilə Vaşinqton arasındakı münaqişə üçün bütün ön şərtlər mövcuddur. Son hadisə 2018- ci ilin ilk günündə "Azad Suriya Ordusu" döyüşçülərinin Sayada ərazisində YPG terrorçusunu əsir götürən zaman meydana gəldi.

Hal-hazırda Hasaka vilayətində, Deyr əz-Zor əyalətindəki savaşdan sağ qurtarılan İŞİD və "Ən-Nüsra Cəbhəsi" terrorçularından ibarət "Yeni Suriya Ordusu" adı altında yeni hökumət əleyhinə radikal qanad formalaşdırılır. Bu qruplaşmanın əsas məqsədi Fərat çayı boyunca və Manbijdən cənubda kürd və iqtidaryönümlülərin təmas xətti boyunca qeyri-stabil vəziyyətin yaradılmasından ibarət olacaq.

Bu məsələdə ABŞ Hərbi Dəniz Qüvvələri ilə Ankara tərəfindən dəstəklənən SDQ arasında münaqişəyə səbəb ola bilər və şərqi Aralıq dənizində ABŞ-ın fəaliyyətdə olan aviadaşıyıcısı göyərtə aviasiyasını və RGM-109E "Tomaqavk" raketlərini tətbiq edə bilər.

Aralıq dənizi

Bu halda, Türkiyədə Sudanın Suakin hərbi dəniz infrastrukturunda məhdud sahələr yaratmaq üçün əla baza olacaq və ABŞ aviadaşıyıcılarının Süveyş kanalı vasitəsilə Ərəb dənizindən Aralıq dənizinə daxil olmalarına “A2/AD” səddi yaratmaqla onların zərbə qruplaşmalarının manevrlərini məhdudlaşdıra biləcək.

Əlbəttə ki, burada yüzlərlə F-35A qırıcısı barədə "Lockheed Martin" ilə müqavilənin yerinə yetirilməsindən söhbət getmir. Lakin Türkiyənin S-400 "Triumf" Rusiya zenit-raket sistemlərini satın alması üçün qərarı açıq şəkildə rəsmi Ankaranın Qərbi Avropa və Amerikadan siyasi və hərbi asılılığının olmamasına sübutdur. Bu yaxınlarda Tramp administrasiyası tərəfindən Qüdsün İsrailin yeni paytaxtı kimi tanınması isə yağın üstünə od tökdü. Bu addım Orta Şərq gündəmində tamamilə gözlənilməz nəticələrə gətirib çıxardı. İran və Türkiyə, Fələstin ərazisinin mənimsənilməsinə dəstək verilməsinin yolverilməz olduğu fikrini dəstəklədilər.

Suakin dəniz infrastrukturunun tikintisi üçün ikinci əsas səbəb Türkiyə Hərbi Dəniz Qüvvələri üçün terminal bazasına və Fars körfəzinə gedən yolda maddi texniki təminat məntəqəsinə təcili ehtiyacının olması idi. Ankara "Ərəb koalisiyası" ilə Qətər arasındakı 2017-ci ilin iyununda gərginləşən münaqişə ətrafındakı vəziyyətə nəzarət etməlidir. Diplomatik dava Dohanı, Ər-Riyad, Əbu-Dabi, Qahirə, daha sonra isə "ərəb koalisiyası"nın digər "oyunçu" ları İŞİD-ə və Mərkəzi Asiyada fəaliyyət göstərən digər terrorist qruplaşmalara sponsorluq etməkdə ittiham etdilər. Bundan sonra kifayət qədər adekvat bir sual yarana bilər: Türkiyə harda, Qətər harda; bu dövlətlər arasında hansı coğrafi strateji bağlantı var və niyə Ankara bu istiqamətdə sabitliyə nail olmağa çalışır?

Suriyada müxalif qrupların dəstəkləməsi Ankaranın, ABŞ və Rusiya ilə diplomatik münaqişələri ola biləcəyindən xəbər verir. ABŞ və Rusiya Federasiyasından sıxılmış təbii qazın idxalı mümkün olmayacağı təqdirdə Türkiyə, Qətəri bu gün ehtiyat qaz təchizatçısı kimi qəbul edir. Sadəcə bu səbəbdən ötrü Türkiyə rəhbərliyi Fars körfəzindəki vəziyyəti xüsusi diqqətlə izləyir.

Xatırladaq ki, 2015-ci il dekabrın 17-dən dərhal sonra, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşən zaman Türkiyə və Qətər arasında 1,2 milyard kub metr həcmində sıxılmış maye qazın Türkiyəyə müntəzəm çatdırılmasını təmin edən əhəmiyyətli "qaz sazişi" imzalandı. Bu barədə Qətərin Türkiyədəki səfiri Salim Mübarək bildirdi.

Anadolu agentliyinə görə, qaz idxalı uzun müddətli olaraq tətbiq olunacaq. Bu isə, Fars Körfəzində və Qətərdəki hərbi-siyasi vəziyyətlə bağlı Türkiyənin narahatlığının əsas və yeganə sirridir. 2017-ci ilin iyununda, vəziyyətə nəzarəti təmin etmək üçün, Türk Silahlı Qüvvələrinin Komandanlığı bir neçə əməliyyat qrupunu zirehli nəqliyyat vasitələri, müxtəlif silah və digər avadanlıqlarla təchiz edərək Qətərə göndərdi. Həmin ilin sentyabrında bu qrupun təkibi 111 nəfərə qədər artırıldı, 26 dekabrda isə Türk hərbi kontingentinin növbəti heyəti Qətərin əl-Udeyddəki ABŞ-ın B-52h və B-1B strateji bombardmançılarının, RC-135V/W REM və E-8C «JSTARS» yerüstü hədəfləri göstərən təyyarələrin yerləşdiyi bazada dislokasiya olundu.

Ankara çox səliqəli şəkildə 2014-cü ildə imzalanan Türk-Qətər müdafiə müqaviləsi üzrə hər iki ölkənin müdafiə imkanlarını artırmaq üçün, əmirlik rəhbərliyinin xahişi ilə Türkiyə hərbi infrastrukturunun tikintisi, eləcə də irimiqyaslı birgə hərbi təlimlərin icrasını təmin edərək əsgərlərini Fars körfəzində yerləşdirə bildi. Daha da diqqət çəkən məqam odur ki, Ön Asiyada Pentaqonun hərbi kampaniyası Ankaranın maraqlarına uyğun gəlmədikdə Türkiyə ordusu asanlıqla Əl-Udeyd aviabazasının işini dayandıra bilər. Bu isə bölgədə ABŞ-ın maraqlarına ən ağır zərbə ola bilər. ABŞ bu ssenarini artıq yaxın gələcəkdə tam olaraq nəzərdən keçirə bilər.

Regionda Pentaqonun destruktiv fəaliyyəti ilə bağlı Türkiyənin son dərəcə sərt mövqeyi hər bir vəziyyətdə artıq ortaya çıxır. Belə bir hərbi-siyasi vəziyyətdə Türkiyənin Qırmızı dənizdə hərbi bazaya hava su kimi ehtiyacı var. Bu Cibutidə Çinin və Port Sudanda isə Rusiyanın hərbi dəniz bazasının inşası, Rusiyanın taktiki təyyarələrininə Misir hava limanlarından istifadəsi haqqında razılığa gəlinməsi ilə üst üstə düşməsi, ABŞ Hərbi Dəniz Qüvvələrinin bu istiqamətdə fəaliyyətinin effektivliyini sıfıra endirəcək.

Sudan Doha ilə diplomatik əlaqələri kəsən "ərəb koalisiya"na daxil deyil. Deməli biz bundan sonra Fars körfəzinin ən qalmaqallı əmirliyində və Hörmüz körfəzində Suakin hərbi bazasının dəstəklədiyi daha çox sayda nəqliyyat və döyüş gəmilərinin davamlı hərəkətini görə biləcəyik. Nəticədə, əl-Udeyd hərbi hava bazasının rəhbərliyi öz hegemon iştahlarını ciddi şəkildə ölçməlidir, çünki Türkiyə regional supergüc səviyyəsinə bir addım da yaxınlaşıb.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Türkiyə   Regional-supergüc  

Xəbər lenti

Türkiyədən yeni sıçrayış: Ankara bazalarını cənuba doğru dəyişir – ANALİZ

2018/01/345345-(2)_1515754807.jpg
Oxunub: 835     14:43     12 Yanvar 2018    