ABŞ bütün dünyanın internet istifadəçilərini izləyəcək

2018/01/article357930456456_1515748058.jpg
Oxunub: 281     13:30     12 Yanvar 2018    
ABŞ hərbçiləri tenderə bütün dünyadan, o cümlədən Rusiyadan sosial şəbəkələrə daxil olan hər istifadəçinin izlənməsi və statistikasının aparılmasına icazə verən proqramın hazırlanmasını qoyublar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla ABŞ hərbçiləri iri sosial şəbəkələr və onlarda xaricilərin hansı mövzuları müzakirə etməsindən xəbərdar olmaq istəyirlər.

Pentaqon müxtəlif nitq formaları, həmçinin müasir qısaldılma və piktoqramları anlaya biləcək proqramın hazırlanmasını zəruri hesab edir.

Həmçinin proqramın hər hansı reaksiyanın pozitiv, neqativ və ya neytral olmasını da araşdırmaq niyyətindədir.

Pentaqonun tələblərindən biri də xarici dillərdə yazılan bütün məlumat və şərhlərin avtomatik şəkildə ingilis dilində təqdim olunmasıdır.

Bu üsulla Pentaqon dünyada sosial şəbəkə istifadəçilərinin fikirlərinin ümumi statistikasından xəbərdar olaraq auditoriyanın idarə edilməsi vasitəsilə ictimai fikri idarə etmək niyyətindədir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Sosial-şəbəkə  

Xəbər lenti

ABŞ bütün dünyanın internet istifadəçilərini izləyəcək

2018/01/article357930456456_1515748058.jpg
Oxunub: 282     13:30     12 Yanvar 2018    