Tramp: “Kim Çen Inla əlaqələrin normallaşmasını istisna etmirəm”

2018/01/2017-05-01-22-29-35tr345345_1515739808.jpg
Oxunub: 185     10:48     12 Yanvar 2018    
“Mənim Kim Çen Inla çox yaxşı münasibətlərimin olması mümkündür”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Ola bilər ki, mənim Kim Çen Inla çox yaxşı əlaqələrim var. Mən insanlarla münasibəti dəstəkləyirəm. Düşünürəm ki, bu, Sizi təəccübləndirdi”, - deyə ABŞ prezidenti bildirib.

Bununla belə, Tramp KXDR rəhbəri ilə artıq ünsiyyətdə olub-olmaması barədə sualdan yayınıb.

“Bunu şərh etmək istəmirəm. Olub-olmadığını deməyəcəm. Sadəcə şərh etmək istəmirəm”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında Tramp KXDR lideri ilə şəxsi görüşün mümkünlüyünü bəyan edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KXDR   ABŞ  

Xəbər lenti

Tramp: “Kim Çen Inla əlaqələrin normallaşmasını istisna etmirəm”

2018/01/2017-05-01-22-29-35tr345345_1515739808.jpg
Oxunub: 186     10:48     12 Yanvar 2018    