MN: 8 gün ərzində düşmən 4 itki, 10 yaralı verib

2018/01/c8ad9bca-8e2e-4048-91f4-b1d2228c19c9_1512976238_1515733349234_1515739035.jpg
Oxunub: 888     10:34     12 Yanvar 2018    
"Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb".

Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.

Nazirlik yalnız rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfinin 32 döyüş və 30 qeyri-döyüş itkisi verdiyini, o cümlədən ermənilərin 100-dək yaralısı olduğunu bildirib. Düşmənin rəsmi məlumatlarını qismən də olsa erməni KİV-ləri yalanlayıb. Belə ki, erməni KİV-lərində bu say 60 olaraq göstərilib.

Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. "Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb", - deyə nazirliyin açıqlamasında bildirilib.

Ordu.az

Teqlər: Erməni-ordusu   Təxribat   Ölüm  

Xəbər lenti

MN: 8 gün ərzində düşmən 4 itki, 10 yaralı verib

2018/01/c8ad9bca-8e2e-4048-91f4-b1d2228c19c9_1512976238_1515733349234_1515739035.jpg
Oxunub: 889     10:34     12 Yanvar 2018    