Kiber hücumlar səhvən nüvə atışına səbəb ola bilər – HESABAT

2018/01/hydrobomb234_1515694472.jpg
Oxunub: 279     22:32     11 Yanvar 2018    
Nüvə silahları sistemlərinə edilən kiber hücumlar səhvən raketlərin işə düşməsinə səbəb ola bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Chatham House” tərəfindən hazırlanan hesabat dünya miqyasında nüvə silahları sistemlərinə müxtəlif təhlükəsizlik boşluqları müəyyən edib.

Hesabatda bildirilir ki, bu boşluqlar həmin sistemləri dağıdıcı hücumlara və viruslara qarşı müdafiəsiz qoya bilər. Sistemlərinin təhlükədə olduğundan xəbərdar olmayan bir dövlət yanlış informasiyaya əsaslanan qərarlar ala bilər. Hesabatı hazırlayanlar qeyd edib ki, nüvə silahları sistemlərinin, kompüterin ilkin çağlarında ərsəyə gətirilib və buna görə də potensial kiber çatışmazlıqlara az önəm verilib.

“Gərginliyin yüksəldiyi dövrlərdə nüvə silah sistemlərinə yönəlik kiber hücumlar arta bilər. Bu isə onların istifadəsinə səbəb ola bilər. Xətalı nüvə atılması saxta məlumat üzərində qurulan güvəndən doğa bilər. Buna görə də qərarvermə anında risk altında qalan sistemə etibar etmək olmaz”, - deyə hesabatda qeyd edilib.

Hesabat nüvə sistemlərinə kiber hücumlarına təşəbbüs imkanlarının olduqca yüksək olduğunu bildirib. Məsələn, KXDR-in keçən ilki testlər zamanı uğursuzluğa məruz qalmasının səbəbi ABŞ-ın Şimali Koreya raket sistemlərinə sıza bilməsi ola bilər.

Nüvə Silahları Sistemlərinin Kiber Təhlükəsizlik: Təhdidlər, Çatışmazlıqlar və Nəticələri başlıqlı hesabatda bildirir ki, məsələyə nüvə silahına malik və nüvə silahının istifadəsindən təsirlənəcək dövlətlər tərəfindən ciddi diqqət yetirilməlidir. O həmçinin hökumətləri bu məsələ üzrə müzakirəyə açıq olmağa çağırıb.

“Nəticədə nüvə silahı sistemlərinin kibertəhlükəsizlik problemləri ilə bağlı bədəli xalq ödəyəcək”, - deyə qeyd edilir.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitunun (SIPRI) 2014-ci il hesabatına görə, doqquz ölkənin nüvə silahı var: ABŞ, Rusiya, Birləşmiş Krallıq, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Kiber-hücum   Nüvə-atışı  

Xəbər lenti

Kiber hücumlar səhvən nüvə atışına səbəb ola bilər – HESABAT

2018/01/hydrobomb234_1515694472.jpg
Oxunub: 280     22:32     11 Yanvar 2018    