İdlibdə qəribə müharibə: Moskva İŞİD-i özü üçün işləməyə necə məcbur etdi? - ARAŞDIRMA

2018/01/235848283_1515691581.jpg
Oxunub: 560     20:54     11 Yanvar 2018    
Artıq üçüncü aydır ki, İdlibdə qəribə bir müharibə gedir. İŞİD və "Ən-Nusra"nın köhnə müttəfiqləri bir-birləri ilə vuruşur, Moskva, Tehran və Dəməşq isə dividendlər qazanır. Bu arada, Koalisiya qüvvələri, bu hadisələrə qəribə bir qıcıqla baxır və hazırda hərəkətiz olduğunu anlayır. Bütün bunlar məntiqlə necə uyğun gəlir? Əslində, hər şey çox sadədir.

2014-cü ildən etibarən, İŞİD tərəfindən nəzarət edilən Suriya və İraq ərazisi, fundamentalist müzdlularının bacarıqlarının inkişaf etdirildiyi və müharibə sənətini öyrəndikləri məkana çevrildi. Suriyadakı "qardaşlarına"na kömək edənlər, gələcəkdə evə dönərək öz ərazilərində terrorçu yuvalarının nüvəsinə çevrilməyə hazırlaşırdılar.

Avropadan, Rusiyadan, Asiyadan və Afrikadan minlərlə müzdlu, hər biri qruplaşmanın "gəlmə döyüş nüvəsi" oldu.

Buna baxmayaraq, İŞİD tərkibinə çox sayda yerli hərbçi də cəlb edə bildi. Ərəb zehniyyəti bir tərəfdən, dəyənəyi (şərq gücü sevir və onu tətbiq edənə tabe olur), digər tərəfdən incəliyi (davranışın kiçik hissələri də çox vacibdir, bu ya diplomatik uğursuzluğa, ya da uğurun təməlinə səbəb ola bilər) özündə birləşdirir.

2014-cü ildə Suriya səhrasının bütün tayfaları bir-birinin ardınca "xilafət" bayrağı altına keçdi. Bu dövrdə İŞİD öz ərazisini sürətlə genişləndirdi və bir çox yerli qəbilələr ona qoşulmağa məcbur edildi. Onlar yalnız həyatlarını xilas etmək və vergilərini qanla ödəmək istəyirdilər. Amma bəziləri bunu könüllü olaraq uzaq hədəflər seçərək edirdi. Yerli "liderlərin" bir hissəsi, həqiqətən də, İŞİD tərkibində özünə yaxşı bir mövqe təmin etmək istəyir və buna nail ola biləcəklərini düşünürdülər.

İŞİD-in güclü vaxtlarında hər şey yaxşı idi, lakin fortuna istiqamət dəyişdirdi. Rusiyanın müdaxiləsi, mərkəzi və şərqi Suriyada terrorçuların sonradan məğlub edilməsi səhra liderlərini müəyyən dilemma qarşısında qoydu: ya "xilafət" ilə birgə məhv olurlar, ya da qanuni hökumətdən bağışlanmalarını xahiş edirlər.

2017-ci ilin əvvəlləri Əsəd rejimi üçün həyəcanverici oldu. Bir tərəfdən "müxalifət" və İŞİD-ə qarşı müharibədə dönüş nöqtəsinə nail olunsa da, digər tərəfdən açıq-aşkar vaxt çatmırdı. ABŞ YPG "bayrağı" altında silahlı birliklərin hazırlığını və yerləşdirilməsini tamamlayırdı.

Onlar genişmiqyaslı hücuma yaydan gec olmayaraq başlamaq üçün hazırlıq görürdülər. Hücumun əsas məqsədi Suriyanın çox hissəsini "azad" etmək, hökumət qüvvələrini bu ərazilərə girişini əngəlləmək və İordaniyadan "Kürdüstan" ərazisinə dəhlizin yaradılmasından ibarət idi. Bu, həm kürdlərin, həm də digər bütün Amerika müttəfiqlərinin mövqeyini kəskin şəkildə gücləndirəcək, hökumət qüvvələri və müttəfiqləri üçün çox ağrılı bir məğlubiyyət olacaqdı.

İdlibdəki döyüşçülərlə 2017-ci il qışın sonunda bağlanan müqavilə Dəməşq və Moskva üçün taleyin əsl hədiyyəsi idi. Əvvəlki rəqibləri, indiki müttəfiqləri olan Türkiyə isə yarım il müddətinə əhəmiyyətli bir "müxalifət" gücünü söndürməyə imkan yaradan sülhü təmin edə bildi. Nəticədə Əsəd, Moskvanın dəstəyi ilə qüvvələrini İŞİD-ə qarşı cəmləşdirməyə və onlara tez və həlledici bir zərbə endirməyə nail oldu. Bu isə ABŞ planlarının həyata keçirilməsinin qarşısını aldı.

2017-ci ilin iyulunda İdlibdə "çevriliş" oldu. "Əhrar əl-Şam" qrupu əvəzinə liderliyi əvvəlki "Ən-Nusra"bazasında yaradılan "Həyat Təhrir əl-Şam" qruplaşması ələ keçirdi.

Bir aydan sonra, İdlibdəki terrorçular, İŞİD-li "qardaşları"nı dəstəkləmək üçün Xama şəhərinin şimalında hücuma keçdilər.

Bu döyüş hücum edən tərəf üçün ağır itkilərə səbəb oldu, lakin 2017-ci ilin avqustunda SƏO-nun hələ də İŞİD ilə ciddi problemləri mövcud idi və bu səbəbdən də "atəşkəs"in pozulması terrorçuların işinə yaradı. Daha sonra aydın oldu ki, "Həyat Təhrir əl-Şam" döyüşçülərinə qarşı hərbi əməliyyatlar aparılmadan Suriyadakı vətəndaş müharibəsi tamamlanmayacaq.

Avqust təxribatından sonra isə "zəif" müxalifət sakit oturdu. Daha sonra, sakit oturan və Akarbat qazanını üzün müddət müdafiə edən yerli İŞİD döyüşçüləri üçün bir vəzifə ortaya çıxdı. Artıq yuxarıda başa düşdüyümüz kimi, vəziyyət olduqca mürəkkəb idi. Lakin sonrakı hadisələrə görə, tərəflərin hamısının razı qaldıqları bir həll yolu tapıldı.

Oktyabrın sonlarında Akarbat qazanından kiçik bir İŞİD dəstəsi, SƏO-nun mövqelərindən keçərək qısa bir zamanda "Həyat Təhrir əl-Şam"dan üç kəndi ala bildi.Onlara qarşı böyük sayda yerli döyüşçülər müqavimət göstərdilər. İŞİD-in nəinki məğlub olmadığı, hətta irimiqyaslı hüçuma keçməsi bütün gözləntiləri alt-üst etdi.

Bu ərazidə aparılan müharibə ilk günlərdən də çox qəribə olub. İŞİD və SƏO hissələri yaxınlıqda olsalar da bir-birini görmürdülər. Bəzən ümumi rəqibi vururdular və bir-birindən bir neçə kilometr aralıda paralel yollarda ortaq düşməni qovurdular.

Bu halda İŞİD, hər hansı bir şəxsi heyət, sursat və arxa cəbhə təminatına malik olmadan "Təhrir"in nəzarətində olan 800kv.km ərazini və orada yerləşən onlarla yaşayış məntəqələri ilə birlikdə zəbt edirdi. Sonra isə bu ərazilərdən əvvəlcə zabt olunan hissəsini SƏO-na döyüşsüz "təslim edirdi".

Bu, SƏO-na müdaxilə üçün dəmir-beton motivi versə də, Əsəd Ordusu bundan faydalana bilmədi. Əsəd ordusunun Vaşinqtonun bugünki son kozırlarını məhv etdiyi məlumdur. Lakin Amerika Birləşmiş Ştatları artıq açıq şəkildə etiraz edir və hədə qorxu gəlir. İddiaya görə, Vaşinqton üçün ən təhqiredici amil, onun başqa məqsədlər üçün "yaratdığı" İŞİD terrorçularını Moskva və Dəməşqin öz məqsədlərinə nail olmaq üçün istifadə etməsi olub..

Hərbi ekspert Ədalət Verdiyev
Araşdırma Ordu.az-a məxsusdur

Teqlər: İŞİD   Suriya-böhranı  

Xəbər lenti

İdlibdə qəribə müharibə: Moskva İŞİD-i özü üçün işləməyə necə məcbur etdi? - ARAŞDIRMA

2018/01/235848283_1515691581.jpg
Oxunub: 561     20:54     11 Yanvar 2018    