Çin silah bazarı Azərbaycan üçün nə verə bilər? - II HİSSƏ

2018/01/101112[1]54354_1515687910.jpg
Oxunub: 432     20:19     11 Yanvar 2018    
Çinlilər öz silahlarını istehsal edərkən onda müasir müdafiə sənayəsinin ən qabaqcıl yeniliklərini birləşdirməyə çalışırlar. Demək olar ki, texnoloji baxımdan Çin silahları inkişaf etmiş Rusiya və Qərb texnologiyalarının hibrididir. Əlbəttə, bu proses çətindir, lakin arzu olunan qədər cəhd və əməksevərlik (bunu isə çinlilərdən almaq olmaz) nəticəsində münasib qiymətə yetərincə yaxşı keyfiyyətə malik məhsullar ərsəyə gəlir.

Əgər tank quruculuğu barədə danışsaq, Çinin müasir döyüş tankı olan “Ture 99A2” tankları Azərbaycan üçün maraq doğura bilər. O, T-72 tankının konsepsiyasının inkişaf etdirilmiş versiyasıdır, lakin çinli mühəndislər “Tip 99”un Çin tank quruculuğu üçün fəxarət mənbəyi olmasına görə əllərindən gələn heç nəyi əsirgəməyiblər. Tankın üzərində maili zireh qayları ilə fərqləndirilən bişirilərək hazırlanan yeni qüllə quraşdırılıb, T-72-dən başlayaraq bütün Sovet tanklarında mövcud olan mexanik-sürücünün lyuku hissəsində zireh müdafiəsinin zəifliyi əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Silahlanması, yükləmə avtamatı və hərəkət hissəsi isə Çində hazırlanıb, həmçinin “Tip 90 II” prototipinə uyğunluq nəzərə alınıb.

“Tip 99”un alın zirehi xüsusilə güclüdür – kombinə edilmiş zireh müdafiəsi əsas zirehin üzərinə dinamik müdafiənin quraşdırılması nəticəsində gücləndirilib. O cümlədən qüllənin çevrilməsini təmin edən hissədə dinamik müdafiə quraşdırlıb. Lakin daha maraqlı cəhət bu tankın unikal yeniliyi – inteqrasiya edilmiş JD-3 lazer aktiv qarşıdurma kompleksidir.

JD-3 kompleksi lazer məsafəölçəni, LRW lazer şüalanması cihazı və LSDW döyüş kvant generatorundan ibarətdir.

Onun üstünlüyü bundan ibarətdir ki, rəqibin hücum etməsi barədə xəbərdarlıq siqanlı verir və avtomatik şəkildə şüa istiqamətində dönür. Bundan sonra isə avtomatik şəkildə nisbətən zəif gücə malik lazer pulsasiya edicisi işə düşür və o, hədəfin yerini dəqiq şəkildə müəyyənləşdirir, ardınca isə lazer şüasının gücü tədricən ən güclü həddədək artır və rəqibin optik tuşlama vasitələrini sıradan çıxarır.

Həmçinin tankın yeni dinamik müdafiəsi də var və bu müdafiə tandem şəklində fəaliyyət göstərən tank əleyhinə sistemlərin döyüş hissələri qarşısında tab gətirməyə qadirdir. O cümlədən informasiya-idarəetmə döyüş sistemi, millimetr diapazonlu aktiv müdafiə kompleksi, yeni tuşlama kompleksi və hərəkətin idarə edilməsinin kompleks sistemi yenilənib. 125 millimetrlik top tankın gücünü daha da artırır. Beləliklə, “Tip 99” məhz quru qoşunlarının hücum əməliyyatlarında iştirak baxımından çox gülcü tanka çevrilib.

Dünyada çox məşhur olan Çin silahlarından biri də “Type 92” (ZSL-92) zirehli transportyorudur. Bu təkərli döyüş maşınının 25 millimetrlik topu və 7,62 millimetrlik bir ədəd pulemyotu var. Poladdan sərilmiş homogen, zireh güllə və qəlpə əleyhinə effektiv təsir göstərir. Transportyorun sürəti saatda 85 km/saatdır və 600 kilometr məsafə qət etməsi mümkündür. “Type 92” 6x6 formulu sayəsində çayları, quyuları asanlıqla dəf edə bilir. Əlcəzair, Argentina, Bosniya və Herseqovina, Burundi, Zambiya, Çad, Keniya, Myanma, Oman, Nepal, Ruanda, Şri-Lanka, Sudan, Pakistan, Tayland, Tanzaniya, İran və Efiopiya artıq öz silahlı qüvvələri üçün Çinin bu BTR-lərini alıb, lakin Pekin öz ixracatçılarının siyahısını genişləndirmək niyyətindədir və Azərbaycan burada da prioritetlər siyasıhısındadır. Etiraf etmək yerinə düşər ki, Çin zirehli maşını bir sıra xüsusiyyətləri ilə yanaşı, ilk növbədə topunun atəş gücünə görə üstünlüyünü və ən yaxşı tərəfini nümayiş etdirir, bunun sayəsində Azərbaycan Ordusu öz mobilliyini və atəş gücünü daha da artıra bilər.

Çin müdafiə sənayesinin güclü yönlərindən biri də hava hücumundan müdafiə sahəsində zenit raket kompleksləridir – ermənilərdə “İsgəndər”lərin peyda olması fonunda bu sahə Azərbaycan Ordusu üçün yetərincə aktualdır. Maraqlıdır ki, bu sahədə hər şeyi Çin özü edib, belə ki, Rusiya məlumat sızmasından ehtiyat edərək bu silahlarla bağlı kompleksləri onlara açıqlamayıb. Ümumi fikrə görə, bu, Çinin yalnız xeyrinə olub. Belə ki, HQ-9A adlanan zenit raket kompleksi Çin müdafiə sənayesinin ən qabaqcıl və proqressiv elementlərini özündə birləşdirir, çox güclü raketlə silahlandırılıb, CJ-202 antennası ilə işləyən radar sistemi ilə təchiz edilərək Çin istehsalı olan 4 oxlu şassi üzərində yerləşir. Qeyd edək ki, bu komplekslərin icracat prosesində adı FD-2000 gedir.

HQ-9A-nın yüksək döyüş effektivliyi xüsusilə fərqlənir, bu BTR-lər radar tərisi və rəqib aviasiyasi, o cümlədən tanklarının kütləvi tətbiqi şərtlərində belə uğurla fəaliyyət göstərməyə qadirdir. HDQ-9A Çində “yer-yer” tipli taktiki ballistik raketləri zərərsizləşdirməyi bacaran ilk tanklardır.

Çin kompleksi 125 kilometr uzaqlıqda, 1800 metr yüksəklikdə olan hədəfləri vurmağa qadirdir. Bununla belə onun minimal məhvetmə yüksəkliyi 25 metrdir, ballistik hədəfləri isə 7 kilometrdən 25 kilometrədək məsafədə 2000 metrdən 15 min metrədək yüksəklikdə məhv etməyə qadirdir. Batalyon 8 atəş qurğusu ilə təchiz edilib, atışa hazır raketlərin sayı isə 32-dir. Çin zenit kompleksi raket əleyhinə müdafiə sahəsində özünün yüksək döyüş effektivliyi ilə fərqlənir. O, bu xüsusiyyəti tamamilə təkmilləşdirilən elektron avadanlıqlar və proqram təminatı sayəsində əldə edib. Bununla belə, HQ-9A kompleksləri oxşar xüsusiyyətlərə malik Rusiya, Amerika və Avropa analoqları ilə müqayisədə daha ucuz qiymətə malikdir.

Azərbaycan üçün bu, cəlbedicidir. Çünki eyni xüsusiyyətlər şəraitində dövlət vəsaitlərinə qənaət edilməsi də az əhəmiyyətli məsələ deyil.

O cümlədən orta mənzilli HQ-16 zenit raket kompleksləri də uğurludur. Bu, Çin texnologiyaları ilə digər ölkələrin nümunələrinin bir silahda birləşdirilməsinin ən uyğun nümunələrindən biridir. Lakin bu xüsusiyyət Çin silahına Rusiyanın S-300P və “Buk-M2”sindən güclü olmağa maneə törətmədi.

HQ-16 atış məsafəsi 40 kilometr təşkil edən 328 kiloqramlıq zenit raketləri ilə təchiz edilib. Özüyeriyən kompleksə 4-6 raketlik daşınan atış konteynerləri də quraşdırılıb. HQ-16-nın radar sistemi kompleksi 150 kilometr məsafədə olan hava hədəflərini aşkar etməyə qadirdir.

Bu kompleks ordu təyyarələri, taktiki və strateji aviasiya, atəş dəstəyi helikopterləri, qanadlı raketlər və məsafədə idarə edilən uçuş aparatlarını dəf etməyi bacarır. Kütləvi uçuşların qarşısının alınmasını da intensiv radioelektron mübarizə şəraitində effektiv şəkildə təmin edir. O, müxtəlif hava şəraitində döyüş tapşırığını həyata keçirməyə qadirdir.

HQ-16 çoxkanallı kompleksdir. Onun atəş vasitələri eyni anda 6-yadək hədəfi onların hər birinə top vasitələrindən 4 raketlə atəşə tutmağı bacarır. Bu, dağlarda yüksək effektivliyə malik silahdır. Qarabağ hərbi fəaliyyət teatrı şərtlərində isə bu, az dərəcədə əhəmiyyətli məsələ deyil.

...Gördüyümüz kimi, Çin silahı bir sıra üstünlüklərə malikdir - ən müasir (ən qanuni olmasa da) texnologiyaların istifadəsi, ən yaxşı xarici nümunələrin üzünün köçürülməsi, öz növündə unikal silahlanmasının yaradılması, “qiymət-keyfiyyat” mütənasibliyinə yetərincə sərfəlilik. Çinlilərin öz silahlarının dünyanın ən güclü orduları, o cümlədən Azərbaycan Ordusuna ixrac etməkdə maraqlı olması isə bizim ölkə üçün yalnız sərfəlidir. Axı bu, Azərbaycan Ordusunu gücləndirə biləcək Çin silahlanmasının ən qabaqcıl və müasir nümunələrini əldə etməyə imkan verəcək, həmçinin Azərbaycan və Çin arasında hərbi-texniki əməkdaşlıq möhkəmlənə və bizim ölkəyə silah təchizatının diversifikasiyasını həyata keçirməyə imkan verməklə yalnız hərbi əlaqələri deyil, iki ölkə arasında çox mühüm olan siyasi münasibətləri də möhkəmləndirə bilər.

(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Teymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Çin-Azərbaycan   HQ-16   Type-92   Tip-99  

Xəbər lenti

Çin silah bazarı Azərbaycan üçün nə verə bilər? - II HİSSƏ

2018/01/101112[1]54354_1515687910.jpg
Oxunub: 433     20:19     11 Yanvar 2018    