Bağmanyan ordunu ələ saldı: "Ermənistan ordusunda oğurlanacaq nə var ki?"

2018/01/32432423_1515685421.jpg
Oxunub: 341     19:41     11 Yanvar 2018    
"Bizim orduda nə var ki, onu da oğurlasınlar".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan SQ BQR-nin sabiq müavini Haykaz Bağmanyan deyib.

O, Ermənistan müdafiə naziri Vigen Sarkisyanın istefası məsələsi ilə əlaqədar generalların toplanışlarının keçirilməsi, həmçinin ordudan oğurlamamağa dair general Seyran Saroyanın məlum açıqlamalarına münasibət bildirib.

Jurnalist müsahibəyə başlamazdan öncə Ermənistanda son günlər generalların keçirdiyi gizli toplantılardan söz açıb. O, Ermənistanın hakim respublikaçılar partiyasında müdafiə naziri Vigen Sarkisyanın istefasının müzakirə edildiyini, məsələ ilə bağlı İrəvanın kənarında yerləşən restoranlardan birində generalların toplantısının keçirilməsi barədə danışıb. "Mənbələrinə görə, generalların müdafiə naziri vəzifəsinə öz namizədləri var. Öz namizədlərinin müdafiə naziri vəzifəsinə gətirilməsi istiqamətində fəal işlərə başlayıblar. Bununla əlaqədar Serj Sarkisyana təklif veriləcəyi qeyd edilir. Hazırda bu məlumatın doğruluğunu dəqiqləşdirmək və ya təsdiq etmək mümkün deyil", - deyə jurnalist bir sıra maraqlı məqamlara toxunub.

Bağmanyan jurnalistin sözlərindən yayınsa da, açıqlamasında Ermənistan ordusunu ələ salıb.

Erməni jurnalistin "Sizin dəbdəbəli avtomobiliniz var. Seyran Saroyan isə deyib ki, heç kim ordu hesabına varlanmayıb. Onlara kənardakı dostları kömək edir ki, generallar ordudan oğurluq etməsinlər. Siz Saroyandan inciməmisiniz?" sualına Bağmanyan bu şəkildə cavab verib: "Düşünmürəm ki, bu məqsədlə demiş olsun. Həm də bizim orduda nə var ki, onu da oğurlasınlar".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Oğurluq   Bağmanyan  

Xəbər lenti

Bağmanyan ordunu ələ saldı: "Ermənistan ordusunda oğurlanacaq nə var ki?"

2018/01/32432423_1515685421.jpg
Oxunub: 342     19:41     11 Yanvar 2018    