“Tesla”nı dünyanın ən sürətli zirehli maşınına çeviriblər – VİDEO

2018/01/107_1515673684.jpg
Oxunub: 279     16:18     11 Yanvar 2018    
“Armormax” şirkəti “Tesla”nın “Model S9100D” avtomobilinin gülləkeçirməyən versiyasını təqdim edib.

Ordu.az Auto.bigmir.net saytına istinadən xəbər verir ki, bununla da “Tesla” dünyanın ən sürətli zirehli maşınına çevrilib.

Maşının qapı, tavan, dayaqlar və döşəməsinin zirehlənməsi üçün laminə edilmiş sintetik liflər və termik şəkildə hazırlanan ballistik ərintidən istifadə olunub.

Qeyd edək ki, “Armormax” şirkəti maşının zirehlənməsində klassik polad liflərdən ümumiyyətlə istifadə etməyib.

Maşın həmçinin təhlükəsiz “RunFlat” təkərləri, güc qurğusunun mühafizə edilən elementləri ilə təchiz olunub. Bununla belə, maşının çəkisi cəmi 250 kiloqram artaraq 2289 kiloqram təşkil edib.

“Tesla Model S 9100D” 773 at gücünə malik iki ədəd elektron matorlarla təchiz edilib. Maşın 2,6 saniyə ərzində 100 kilometr/saat sürət yığır, maksimal sürət isə 250 kilometr/saatdır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Tesla   Zirehli-maşın  

Xəbər lenti

“Tesla”nı dünyanın ən sürətli zirehli maşınına çeviriblər – VİDEO

2018/01/107_1515673684.jpg
Oxunub: 280     16:18     11 Yanvar 2018    