Tank müharibəsi: "Abrams", yoxsa "Armata" güclüdür? - Hərbi ekspert

2018/01/1515333101_tank_chart_6062667736.jpg
Oxunub: 450     14:38     11 Yanvar 2018    
Abrams tankı onilliklər ərzində dünyanın bir nömrəli tankı sayılırdı. Ekspertlər Rusiyanın yeni nəsil platforması olan T-14 "Armata" tankının "Abrams"ın üstünlüyünə şübhə gətirə biləcəyini iddia edirlər.

Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) "Ordu modernləşdirilməsinin ən əhəmiyyətli vəzifələri: 21-ci əsr üçün yeni böyük beşlik" hesabatında qeyd edildiyi kimi, Amerika tankları bu gün faktiki olaraq dəyişməz qalıb, 70-ci ildə hazırlanan tanklara çox oxşardır. Eyni zamanda, bir sıra yenilənmələrdən keçərək, hələ də böyük döyüş potensialına malik olan bir silah sistemi olaraq qalır.

Hesabatın müəllifləri Makkormik və Hanterin fikrincə, "Abrams" tankının mövcud versiyası - M1A2 İnkişaf Proqramlı Sistem v2 "Abrams" - nadir bir maşındır. Təmizlənmiş urandan istifadə olunan polad zirehlə örtülən “Abrams” tankı, bəzi ekspertlərin fikrincə, demək olar ki, dağıdılmayan bir sistem hesab olunur".

Eyni zamanda, Rusiya T-14 "Armata" tankına investisiyalar yatırır, yeni silahlara, aktiv müdafiə sistemlərinə (AMS) və insansız qülləyə sahib yeni nəsil tank kimi reklam etdirir. Rusiya mətbuatının verdiyi məlumata görə, Moskva 2020-ci ilə qədər 100 ədəd "Armata" istehsal etməyi planlaşdırır, tank isə hazırda qoşunlarda sınaqlardan keçirilir.

"Abrams" 71 tondan çox ağırlığa malikdir və güclü qaz turbin mühərriki sayəsində maksimum sürəti saatda 42 mili keçə bilər, burada o, T-72B, T-80 və T-90 da daxil olmaqla Rusiyanın bütün tanklarından daha üstündür.

Lakin CSIS hesabatının müəlliflərinə görə, "Abrams" tankının və Rus tanklarının imkanlarını bərabərləşdirən müəyyən konstruktiv xüsusiyyətlər var.

Amerika Birləşmiş Ştatları tankları ağır zireh qorunmasına etibar edərkən, Rusiya aktiv müdafiə sistemli daha kiçik və yüngül platformalara üstünlük verir.

Rusiyanın aktiv müdafiə sistemləri zirehin yüngül olmasını kompensasiya edə bilir və ən müasir TƏİRK-lərə qarşı effektivdir. Tək zəif yeri FMG-148 "Javelin"in üstdən hücüm rejiminə qarşı mübarizə apara bilməməsidir.

"Sıfırdan yaradılan etibarlı fəal müdafiə sistemi, T-14 Armata tankının əsas komponenti ola bilər", - deyə Strateji və Büdcə Araşdırmalar Mərkəzinin aparıcı eksperti Devid Conson bildirib.

Yeri gəlmişkən, hazırda ABŞ Ordusunun Zirehli Texnikaların Elmi Araşdırma Mərkəzi Abrams tankına quraşdırılacaq aktiv müdafiə sistemlərini sınaqdan keçirir.

CSIS Mərkəzindən olan Hanter effektiv aktiv müdafiə sisteminin yerləşdirilməsinin əhəmiyyətini kiçiltməməyi məsləhət bilib. "Bu ən qısa müddətdə reallığa çevrilməli təcili bir ehtiyacdır. T-14 tankı ekipajın daha yaxşı qorunması təmin ediləcəyi bir insansız qülləyə sahib olacaq. Bundan əlavə, ekipajı dörd nəfərdən üç nəfərə qədər azaltmağa və "Abrams" tankından əhəmiyyətli dərəcədə az çəkiyə malik daha yüngül bir sistem əldə edəcək".

"Ekipaj üzvlərinin sayının azalması, eyni sayda hərbçilərlə daha çox tank idarə etməyə imkan verir. Digər tərəfdən "Armata"nın "Abrams" tankının gedə bilməyəcəyi yollarla hərəkət edə biləcəyini bildirir",- deyə ekspert bildirib.

CSIS hesabatında qeyd edilir ki, Amerika tankının böyük kütləsi əsas məhdudlaşdırıcı amildir. ""Abrams"ın böyük kütləsi yalnız logistik bir kabusdur. Avropalı yollar üçün çəki məhdudiyyətləri tətbiq olunduğuna görə, bu platformalar yalnız alman və ingilis ağır yük maşınları tərəfindən daşınmalıdır".

Conson passiv zirehin və şəhər döyüşü üçün döşəmə altındakı sursatların daim əlavə olunması səbəbiylə sistemin kütləsinin artdığını söylədi. Bu yerüstü əməliyyatlar zamanı böyük problemlər yarada bilər.

RAND Korporasiyasının "NATO-nun şərq cinahında güclü dayanıqlılıq" məruzəsində bildirib ki, Rusiya ordusu 60 saat ərzində Estoniyanın paytaxtı Tallinə çata bilər.

CSIS hesabatında qeyd olunur: ""Abrams" keyfiyyətcə rus tanklarını üstələyə bilər, lakin real üstünlüyü həqiqi döyüşdə qazana bilmirsə, o zaman onun dəyəri heç nəyə yaramır. Rusiya Amerika müdafiəçilərini üstələyərək Avropada zirehli hərbi hissələri ilə daha sərbəst olaraq hərəkət edə biləcək".

Zireh T-14 tankına AMS boltları vasitəsilə bərkidilmir, layihələndirmə zamanı sistem tanka inteqrasiya olunur.

Hanter Rusiyanın hədəf rayonunu sürətli bir hücumla ələ keçirmək üçün tankların əla manevr imkanlarından istifadə edərək "qəfil zərbə və ələ keçirmə" əməliyyatları ilə tanındığını söyləyib: "Bunun üçün çox sayda əsgərə ehtiyacı yoxdur. Bu, Amerika Birləşmiş Ştatları üçün əsl bir çağırışdır. Ancaq ruslar çox sayda "Armata" tankını satın ala bilmirlər ".

"Rusların büdcəsi çox zəifdir. Açıq bir sual var: onlar bu məhdud büdcə ilə nə qədər qüvvəni real olaraq yeniləyə bilərlər?", - deyə Hanter soruşur.

İnformasiya agentliklərinin məlumatına görə, Rusiya əvvəlcə 2020-ci ilə qədər 2300 ədəd sistem qurmağı planlaşdırırdı, lakin sonradan bu sayı 100 platformaya endirdi.

"Eyni zamanda, Rusiya bu tankları ABŞ-a çox dost olmayan ölkələrə satmağa başlaya bilər. Ruslar böyük mütəxəssislərdir", - deyə Hanter bildirib.

Hanterin fikrincə, rusların istehsal etdikləri və ABŞ-I narahat edən bu sistemlərin bəzilərini, bəlkə də, Rusiya ilə döyüşdə görməyiblər, ancaq onları başqaları ilə müharibədə görmək mümkündür və alıcılar arasında Şimali Koreya, İran və Suriya ola bilər. Conson Rusların ABŞ-ın çəkindiyi ölkələrə silah satmaqdan xoşbəxtlik hiss etdiyini vurğulayıb. O hesab edir ki, ruslar öz arsenalında olanlardan daha zəif funksiyalı platformaları sata bilərlər.

"Rusiyanın "Armata" tankını inkişaf etdirdiyi üçün, biz geridə qalmamalıyıq. Buna görə, Amerika ordusu yeni bir tankın platformasınln yaradılması istiqamətində ilkin addımlarını atır", - deyə ABŞ-ın Vaşinqton Milli Mətbuat Klubunda çıxış edən Ordunun Baş Qərargah rəisi general Mark Milli bildirib.

O qeyd edib ki, ABŞ-ın mexanikləşdirilmiş piyada və zirehli bölmələrimiz üçün yeni bir zirehli platformaya ehtiyacı var. 2020-ci ildə silahlanmaya qəbul edilməsi planlanan "Armata" tankının əsl məqsədi haqqında suala cavab verən general Milli həm Birləşmiş Ştatlar, həm də NATO müttəfiqlərinə bu tankın yarada biləcəyi təhlükənin dərəcəsi barədə fikir səsləndirməyib.

"Ancaq Rusiya, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları üçün ciddi bir təhlükədir, son 15 ildə ənənəvi silah sistemlərini modernləşdirməyə ağır sərmayə yatırıblar", - deyə general vurğulayıb.

Milli yeni texnologiyaları öyrənən və yeni Amerikan tankının konsepsiyasını hazırlayan analitik qrupa rəhbərlik edir. "Ordu yeni zirehlər də daxil olmaqla oxşar sistemdə tətbiq oluna biləcək bir sıra yeni texnologiyaların tətbiqini nəzərdən keçirir", - deyə general açıqlayıb.

Onun sözlərinə görə, əvvəlcədən bu layihədə əsas diqqət zirehin materialına yönəldilib. "Əgər böyük miqdarda tədqiqat və araşdırmalar aparsaq, yeni bir maddə yarada biləcəyik. Kütləsi daha yüngül, qorunması isə eyni səviyyədə olacaq. Bu, real bir irəliləyiş olacaq. Müasir sursatlar da siyahımızda yer alır", - deyə Milli bildirib.

Generalın sözlərinə görə, insanlıq beş əsrdir kinetik silahdan və ya barıtdan istifadə edir, amma indi barıtsız kinetik sistemlərin faydaları görünür. Milli qeyd edib ki, iki inkişaf edən silah sistemi - lazer və rels topları - ümidverici hesab edilə bilər.

"Robotlaşdırma ordunun satın alacağı hər hansı bir yeni maşının əsas göstəricisi olacaq. Yəqin ki, biz döyüşdə komandirə, zəruri hallarda maşının rejimini seçmək kimi ikili istifadəyə imkan verən sistemə nail olmalıyıq. O, bir düymə ilə tankı robota çevirə biləcək. Abrams platforması təxminən qırx yaşında olsa da, onun komponentlərinin bir çoxu yenilənib və onun robotlaşdırılması mümkündür. Bu gün yaxşı, etibarlı bir tankımız var. Bu gün gördüyümüz M1 tankı, baş leytenant olduğum zaman, 80-ci illərdəki tanklar kimi görünür. Amma əlbəttə, bu eyni tank deyil. Daxili sistemlər, atəşi idarəetmə, doldurma, mühərrik, zireh və s. illər ərzində yenilənıb və modernləşdirilib", - deyə general çıxışını bitirib.

Hanterin sözlərinə görə, ordu yeni bir sistemin ortaya çıxmasında maraqlı olsa da, reallıqda bəzi tədqiqatların aparılması üçün maliyyələşmədə məhdudiyyətlər ola bilər.

2011-ci ilin "Büdcə xərcləri haqqında" qanuna əsasən, bu mövzuda tədqiqat və inkişaf üzrə xərclər tamamilə azaldılıb və bəzi hallarda 70 faiz ixtisar olunub.

"Hazırda ordunun büdcəsində bu araşdırmalar üçün pul yoxdur. Gələcəkdə imkanlar yarada bilmək üçün, müasirləşmə baxımından maraqlı bir iş görmək üçün bir sıra tədqiqat, elmi və texnoloji araşdırmalar aparılır. Lakin yaxın gələcəkdə satın alına biləcək heç bir şey yoxdur. Amma bu vəziyyətin düzəltmək lazımdır", - deyə Hanter bildirib.

"Yeni Amerika Təhlükəsizliyi" Mərkəzinin milli təhlükəsizlik proqramları direktoru Paul Şarr yeni bir tank yaradarkən ordunu ehtiyatlı olmağa dəvət edib: "İndi gedib yeni bir tank yaratmaqda heç bir mənfəət görmürəm. Ümumiyyətlə, Pentaqondakı insanlar "gələcək nəsil" sözündən istifadə edərkən mən bir az gərginləşirəm, çünki hamımız müdafiə naziri Ramsfeldin transformasiya dövrünün bir növ inqilabi düşüncəsini gördük".

Onun sözlərinə görə, çox vaxt rəsmilər təcili və bahalı ehtiyacların siyahısını ləğv edirlər, onların çoxu texnoloji cəhətdən mümkün deyil.

“Ordu vəsaitlərin, milyardlarla dollar sərf olunaraq sonradan ləğv edilən "Gələcəyin Döyüş Proqramı"na (Future Combat Systems) xərclənməyəcəyindən əmin olmalıdır. Ordu manevr, ölüm və həyatda qalmaq arasında kompromisə getməlidir. Eyni zamanda bütün bu yüksək xüsusiyyətləri bir maşında əldə etmək mümkün deyil”, - deyə o əlavə edib.

Hanter qeyd edib ki, nə vaxtsa “Abrams” tankının gec ya tez "ehtiyata çıxmaq" vaxtı gələcək. Amma hələ bu vaxt gəlməyib.

"Qabaqda yenilənmələrlə bağlı böyük işlər var. Tankın daha mobil olmasını təmin etmək üçün mühərriki təkmilləşdirə bilərsiniz. Nəzəri cəhətdən, siz yeni sursat yaratmaqla atəş gücünü artıra bilərsiniz. Abrams tankının döyüş imkanlarını artırmaq üçün bu gün çox iş görmək olar", - deyə ekspert bildirib.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Armata   Abrams  

Xəbər lenti

Tank müharibəsi: "Abrams", yoxsa "Armata" güclüdür? - Hərbi ekspert

2018/01/1515333101_tank_chart_6062667736.jpg
Oxunub: 451     14:38     11 Yanvar 2018    