Yaponiya “Aeghis Ashore”ləri qanadlı raketlərin tutulması üçün istifadə edəcək

2018/01/461461134534_1515657625.jpg
Oxunub: 258     11:58     11 Yanvar 2018    
“Öz ərazisində Amerika istehsalı olan “Aegis Ashor” raketdən müdafiə komplekslərini yerləşdirdikdən sonra Yaponiya onların imkanlarını artıraraq yalnız ballisik raketlərin deyil, eyni zamanda qanadlı raketlərin də zərərsizləşdirilməsini təmin etmək niyyətindədir”.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri İtsunori Onodera Havay adalarına rəsmi səfəri çərçivəsində bəyan edib.

“Biz qanadlı raketlər də daxil olmaqla müxtəlif növ raketlərdən müdafiəni təmin etmək məqsədilə gələcəkdə əsas strukturu inkişaf etmərmək istəyirik”, - deyə Onodera bildirib.

O qeyd edib ki, səfəri çərçivəsində Havay adalarında yerləşən belə bir komplekslə tanış oldu və onun imkanları barədə məlumat əldə etdikdən sonra təhlükəsizlik baxımından önəmli olduğuna şübhəsi qalmadı.

“Amerikalılar məni əmin etdilər ki, bu komplekslərin istifadəsi nəinki telekommunikasiya sistemlərinə, insan səhhətinə də heç bir təsir göstərmir”, - deyə Yaponiya müdafiə naziri vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Aegis-Ashor   Yaponiya  

Xəbər lenti

Yaponiya “Aeghis Ashore”ləri qanadlı raketlərin tutulması üçün istifadə edəcək

2018/01/461461134534_1515657625.jpg
Oxunub: 259     11:58     11 Yanvar 2018    