“Misirə göstərdiyimiz dəstək ikitərəfli əlaqələrimizin əsas amilidir” - Maykl Pens

2018/01/234234234_1515655213.jpg
Oxunub: 188     11:06     11 Yanvar 2018    
“Misirə səfərim zamanı bu ölkəyə ayrılan hərbi-iqtisadi yardımın azaldılması məsələsinə toxonmaq niyyətində deyiləm, biz Qahirə ilə əlaqələrin möhkəmləndirilməsini müzakirə edəcəyik”.

Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.

Pensə yanvarın 20-də Misirə həyata keçirəcəyi səfər zamanı prezident əs-Sisi ilə danışıqlar çərçivəsində hərbi-iqtisadi yardımın məhdudlaşdırılması məsələsinə toxunub-toxunmayacağı ilə bağlı sual ünvanlanıb, o isə cavabında “Hesab edirəm ki, Misirə göstərdiyimiz dəstək ikitərəfli əlaqələrimizin əsas amilidir. Lakin mənim əsas hədəfim Birləşmiş Ştatlar və Misir arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişafını təmin etməkdən ibarətdir”, - deyə bildirib.

Qeyd edək ki, ABŞ 1979-cu ildən etibarən Misirə hərbi-iqtisadi yardım göstərir. Lakin bunun üçün ABŞ Qahirəyə onların insan hüquqları müdafiəsi sahəsində aktiv fəaliyyət göstərməyi tələb edir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Misir  

Xəbər lenti

“Misirə göstərdiyimiz dəstək ikitərəfli əlaqələrimizin əsas amilidir” - Maykl Pens

2018/01/234234234_1515655213.jpg
Oxunub: 189     11:06     11 Yanvar 2018    