DTK-nın Ermənistan qırıntıları: Keçmiş "çekist"lərdən 60 nəfər qalıb?

2018/01/20_1515609276_1515649411.jpg
Oxunub: 1151     22:32     10 Yanvar 2018    
Ermənistan təhlükəsizlik xidmətində sabiq Dövlət Təhlükəsizlik Komitəsinin 60 əməkdaşı fəaliyyətini davam etdirir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il dekabrın 29-da Ermənistan təhlükəsizlik xidmətinin idarə rəisi A.Avetisyan Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin 21 dekabr tarixli sorğusuna cavab verib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi təhlükəsizlik xidmətinə sorğu göndərərək, xidmətin strukturu və orada işləyən keçmiş dövlət təhlükəsizlik komitəsinin əməkdaşlarının sayı və onlara verilən təqaüdlə bağlı məlumat verilməsinə dair sorğu göndərib.

Milli təhlükəsizlik xidməti idarəsinin rəisi bildirib ki, 1992-ci ildən keçmiş dövlət təhlükəsizlik xidmətinin 288 əməkdaşı təqaüdə çıxanadək işləməyə davam edib. Hazırda Ermənistan təhlükəsizlik xidmətində keçmiş dövlət təhlükəsizlik komitəsinin 60 əməkdaşı fəaliyyətini davam etdirir. Onların təqaüdünün həcminə gəldikdə isə, onların təqaüdü dövlət təqaüdləri haqqında qanunla tənzimlənir.

Avetisyan təhlükəsizlik xidmətinin strukturu haqqında məlumatın verilməsini isə dövlət sirri hesab edərək, bu barədə məlumat verməkdən imtina edib. Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi öz növbəsində təqdim edilməyən məlumata görə məhkəməyə müraciət edəcəyini bildirib.

Ordu.az

Teqlər: Ermənistan   Dövlət-Təhlükəsizlik-Xidmət   Avetisyan  

Xəbər lenti

DTK-nın Ermənistan qırıntıları: Keçmiş "çekist"lərdən 60 nəfər qalıb?

2018/01/20_1515609276_1515649411.jpg
Oxunub: 1152     22:32     10 Yanvar 2018    