ABŞ beynəlxalq müştəriləri üçün 120 helikopter istəyir

2018/01/24_1515607790.jpg
Oxunub: 244     22:08     10 Yanvar 2018    
ABŞ ordusu Səudiyyə Ərəbistanı və digər müştəriləri üçün 120 ədəd AH-6 helikopterlərin satışını həyata keçirməklə bağlı silah şirkətlərinə sorğu göndərib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, Federal Biznes İmkanlarının (FedBizOpps) internet saytı vasitəsilə bildirilən sorğuda qeyd edilib ki, AH-6SA (Səudiyyə) və AH-6i (beynəlxalq) konfiqurasiyasında “Little Bird” helikopterlərinin istehsalını və çatdırılmasını əhatə edir.

Ayrı-ayrılıqda modellər üçün neçə ədəd helikopterin tələb olunduğu açıqlanmayıb. Lakin 2016-cı ilin əvvəllərində açıqlanan məlumatda 72 ədəd AH-6i helikopterinin tələb olunduğu bildirilib. Yeni sorğuda 120 ədəd helikopterin göstərilməsinə görə ehtimal olunur ki, onlardan digər 48-i Səudiyyə Ərəbistanı üçün AH-6SA helikopterləri olacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Səudiyyə-Ərəbistanı   AH-6  

Xəbər lenti

ABŞ beynəlxalq müştəriləri üçün 120 helikopter istəyir

2018/01/24_1515607790.jpg
Oxunub: 245     22:08     10 Yanvar 2018    