Rusiyalı snayperlər Ermənistanda təlimlərə başlayıb

2018/01/21_1515603711.jpg
Oxunub: 213     21:02     10 Yanvar 2018    
Ermənistanda dislokasiya olunan 102-ci rus hərbi bazasının snayperləri cütlüklər və qruplar tərkibində “Snayper cütlüklərinin döyüşü” yarışlarına hazırlıq təlimlərinə səfərbər olublar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1 ay ərzində zabitlər və təlimatçılar ştat və ştatdankənar snayper silahlarından Kamxud təlim mərkəzində təlim keçəcəklər.

Təlim zamanı yeni gəlmiş hərbi qulluqçular Draqunov və Vintorez sərrast atış silahlarından yüksək və aşağı atmosferlərin təzyiqi altında, yan külək və aşağı temperatur rejimləri üçün düzəlişlərin tətbiqi ilə fərdi nişanalma və hədəflərin seçilməsi qaydalarını öyrənəcəklər.

Əlaltında olan və təbii vasitələrdən faydalanmaqla maskalanma, müasir ölçü vasitələri, iqlim stansiyalarının, radio stansiyaların, kəşfiyyat və naviqasiya komplekslərinin işini öyrənəcəklər. Məlumata görə, praktiki məşğələlərə bazanın atıcı snayper və kəşfiyyat bölmələrindən olmaqla 100-dən artıq snayper hərbi qulluqçuları cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Rusiyalı-snayperlər   Hərbi-təlimlər  

Xəbər lenti

Rusiyalı snayperlər Ermənistanda təlimlərə başlayıb

2018/01/21_1515603711.jpg
Oxunub: 214     21:02     10 Yanvar 2018    