Çin ballistik raketlərinin şəkillərini nümayiş etdirib - FOTOLAR

2018/01/IMG-20180110-WA0006_1515602491.jpg
Oxunub: 324     20:39     10 Yanvar 2018    
Öz hərbi gücünü inkişaf etdirən Çin raket imkanlarını göstərən bir sıra şəkilləri dərc edib.

Ordu.az Express.uk saytına istinadən xəbər verir ki, “People’s Liberation Army Daily” qəzeti tərəfindən dərc edilən fotolarda nəhəng ballistik raketlərin səmaya yüksəlişi, özündən sonra qoyduğu toz buludu, yaxud da ətrafa dağıtdığı qırıntılar görünür.

Ölkənin Silahlı Qüvvələrinin mətbu orqanı olan qəzet bildirib ki, Pekin mobil atılan DF-11 və DF-16 raketlərini açıqlanmayan məkanlarda sınaqdan keçirib.

Qəzet əlavə edib ki, sözügedən raketlər 620 milə qədər mənzilə malikdir. Bu o deməkdir ki, Çinin özündən atıldıqda belə, raketlər Asiyanın böyük hissəsini vura bilər.

“Mobil atılan ballistik raket nəzəri olaraq Çinin istənilən nöqtəsindən, hətta aviadaşıyıcılardan atıla və dünyanın istənilən nöqtəsini vura bilər”, - deyə yazıda qeyd olunur.

Ağalar Ağalarlı
Ordu.az

Foto

Teqlər: Çin   Ballistik-raketlər  

Xəbər lenti

Çin ballistik raketlərinin şəkillərini nümayiş etdirib - FOTOLAR

2018/01/IMG-20180110-WA0006_1515602491.jpg
Oxunub: 325     20:39     10 Yanvar 2018    