Dövlət başçısı: "Keçən il 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb"

2018/01/1515571703232554797-1000x669-234534_1515593751.jpg
Oxunub: 253     18:14     10 Yanvar 2018    
"Keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb".

Ordu.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

İlham Əliyev deyib ki, elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb: "Keçən il kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülüb. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. İçməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki olimpiya kompleksi istifadəyə verilib".

Prezident qeyd edib ki, məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb, 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb: "Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Şıxarx qəsəbəsində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır".

Ordu.az

Teqlər:

Xəbər lenti

Dövlət başçısı: "Keçən il 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb"

2018/01/1515571703232554797-1000x669-234534_1515593751.jpg
Oxunub: 254     18:14     10 Yanvar 2018    