"Neptun nizəsi": Üsamə bin Laden necə məhv edildi? – Hərbi ekspert (Araşdırma) – IV Yazı

2018/01/45645_1515592592.jpg
Oxunub: 516     18:10     10 Yanvar 2018    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

ABŞ prezidenti Barak Obama 2011-ci il mayın 2-də Üsamə bin Ladenin ABŞ-ın hərbçiləri tərəfindən öldürüldüyünü təsdiqlədi. "Əl-Qaidə" liderinin cəsədinin heç vaxt ictimaiyyətə təqdim edilməməsinə baxmayaraq, onun ölüm faktı mübahisələr doğurmadı.

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Dəniz pişikləri" XTQ tərəfindən "bir nömrəli beynəlxalq terrorist" Üsamə bin Ladeninin məhvindən 7 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq Ağ Ev rəsmiləri bu günə qədər "Əl-Qaidə" liderinin ölümünü sübut edəcək heç bir sübutu nə ictimaiyyətə, nə də ekspertizaya təqdim etmədilər. Buna baxmayaraq, Nyu-Yorkdakı əkiz göydələnləri məhv etməkdə günahlandırılan terroristin ölüm faktına bu günə qədər şübhə ilə yanaşan heç kim yoxdur. Lakin Amerikanın "Ən dəhşətli düşməninin" aradan qaldırılması əməliyyatının şərtləri mübahisə mövzusu olaraq qalır və yeni məlumatlar ortaya çıxarkən müzakirələrin intensivliyi artırır.

Rəsmi versiyaya görə, MKİ "Əl-Qaidə"də kuryer olan Əbu Əhməd əl-Küveytinin 2010-cu ilin payızında Pakistanın paytaxtından 50 kilometr aralıda yerləşən kurort şəhərdə görünməsi bin Ladenin mümkün yeri haqqında versiya irəli sürməyə imkan verdi. Onun kənardan müşahidəsi tikanlı məftil və 5 metrlik bir beton divar ilə ilə əhatə edilən 3 mərtəbəli bir evə gətirib çıxardı. Evdə internetın, sabit telefon xəttinin olmaması şübhələri artırdı. Amerikalılar bin Ladenin telefon danışıqlarını izləyərək,1998-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin Əfqanıstan və Sudandakı bazalarına raket zərbəsi endirdikdən sonra onun telefondan istifadə etmədiyini bilirdilər. Dekabr ayında isə Lenqlidə "əl-Qaidə" liderinin Abbottabaddakı villada gizləndiyinə şübhə etmirdilər.

Bin Ladenin aradan götürülməsi üçün Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqona üç üsul təqdim edildi: obyektin havadan bombalanması, pilotsuz uçan aparatından nöqtə zərbəsi və xüsusi təyinatlı qüvvələrin istifadəsi. Nəticədə sonuncu seçimdə dayanıldı. Buna səbəb Amerika rəhbərliyinin Səddam Hüseynin aqibətini Üsamə bin Ladenə də yaşatmaq, dünyada heç kimin ABŞ-dan gizlənə bilməyəcəyini, onun da demokratik məhkəmə qərarı ilə cəzalandırmaq niyyətinin nümayiş etdirilməsindən ibarət idi. 2011-ci ilin fevralında ciddi məxfilik şəraitində "Dəniz pişikləri" ABŞ-da inşa edilən bin Ladenin evinin tam həcmlı modelləri üzərində təlimlərə başladı.

"Neptun nizəsi"

Kod adı "Neptun nizəsi" olan əməliyyatın həyata keçirilməsi üçün aysız gecələrin seçilməsi təsadüfi deyildi. Mayın 1-də yerli vaxtla saat 23:30-da Əfqanıstanın şərqindəki Cəlalabaddan Pakistan sərhədinə doğru iki MH-60 "Black Hawk" (Qara Şahin) helikopteri uçurdu. Bu helikopterlərin heyəti 23 nəfər "Dəniz pişikləri"ndən, bir tərcüməçi və gizli otaqları tapmaqda faydalı ola biləcək alman itindən (ovçarka) ibarət idi. MH-60 helikopterlərini dörd MH-47 helikopteri müşaiyət edirdi, onlardan ikisi Əfqanıstan sərhədində qaldı, digər ikisi isə 25 xüsusi təyinatlı ilə Pakistanın insansız vadisində enərək mühərrikləri söndürmədən sonrakı göstərişləri gözləməyə başladı. "Carl Vinson" təyyarə daşıyıcısından havaya qalxan "Prowler" xüsusi təyyarəsi Pakistan radarlarını boğaraq saxta hədəflərin görüntüsünü yaradırdı.

Bin Ladenin evinin həyətinin üzərində - aşağı hündürlükdə, bir "Qara Şahin" yüngül toxunuşla yerə çırpıldı. Xüsusi təyinatlılardan heç biri zədələnmədi. Plana əsasən, bu qrup helikopterdən asılan kəndir vasitəsilə evin damına enməli idi. Evin damına enməyi planlaşdıran ikinci "Qara Şahin" də bir az irəliyə gedərək orda enmək məcburiyyətində qaldı. Hücum zamanı ağır bir atışma baş verdi, ancaq "Dəniz pişikləri" zərər görmədilər. "Bir nömrəli terrorçu"nu yataq otağında silahlı müqavimət göstərməyə cəhd edərkən başından vuraraq öldürdülər. Həmin əməliyyatda bin Ladenin oğlu Xalid, kuryeri əl-Küveyti, qardaşı və müdafiə üçün qalxan kimi istifadə edilən həyat yoldaşı həyatını itirdi.

Ağ Evdə ABŞ prezidenti Barak Obama və kabinet üzvləri tərəfindən xüsusi əməliyyatın gedişini videokonfrans vasitəsilə izləyirdilər. Keçmiş dövlət katibi Hillari Klinton sonralar bu hadisənin həyatının ən stresli an olduğunu təsdiq etdi: "Mən nəfəsimi tutdum. Əlimlə ağzımı örtərək ekranı izlədiyim həmin günün məhşur bir fotosu var ".

Həmin hadisə dünya KİV-lərinin də diqqətindən yayınmadı. "Reuters" yazırdı: "Bin Ladenin evində olan bütün sənəd və məlumatları toplayan "Pişiklər" uğursuz "Qara Şahin"i partladaraq, bin Ladenin cəsədini də götürüb hamısı bir helikopterə qoyaraq Cəlalabada uçdular. Əməliyyat 40 dəqiqə davam etdi".

Bazaya qayıtdıqdan sonra həyata keçirilən DNK araşdırması, öldürülən şəxsin "bir nömrəli terrorist" olduğunu təsdiqlədi. Cəsədin məzarının radikallar tərəfindən ziyarətgaha çevrilməsinin qarşısını almaq üçün Obama bin Ladeni Ərəb dənizinin dərinliklərində "dəfn etdirdi". Bir neçə saatdan sonra Obama qələbə çıxışı ilə Amerika xalqına müraciət etdi. O, "Ədalət zəfər çaldı" deyərək 2001-ci il 11 sentyabr hücumunun yüzlərlə qurbanının xatirəsini yad etdi.

Şübhələr

Lakin üç aydan sonra - mayın 1-dən 2-ə keçən gecə baş verən hadisələrin rəsmi versiyası çat verməyə başladı. "New Yorker" jurnalı, terrorist liderin aradan qaldırılması üçün "Neptun nizəsi" əməliyyatında iştirak edən bir neçə "Dəniz pişiyi"ndən gizli qalmaq şərti ilə müsahibə götürdü.

"Bin Laden ilə nə etməklə bağlı fərqli bir nəzər nöqtəmiz olmayıb. Yuxarıdan əmr gəlmədi, onun həbsi və ya saxlanılmasına aid tapşırığımız olmayıb. Bizə əsir lazım deyildi" deyə komandolardan biri jurnala izah etdi.

Sonra İngiltərənin "The Sunday Times" qəzeti bin Ladenin ölümünün şiddətli atışmalardan sonra deyil, xüsusi təyinatlıların enməsindən bir dəqiqə yarım sonra baş verdiyini iddia etdi. "Əməliyyat çox səliqəli şəkildə aparıldı, yalnız 12 atəş açıldı", - deyə "Dəniz pişikləri"ndən biri qəzetə bildirib.

Onun sözlərinə görə, komandolar birbaşa üçüncü mərtəbəyə daxil oldular. Əvvəlcə əsgərlərdən biri dəhlizə qaçan Üsamənin üçüncü həyat yoldaşı Hairəni yerə sərdi. İkinci mərtəbədə terroristin kiçik oğlu Xalid vuruldu. Sonra iki "pişik" terroristin özünün olduğu yataq otağının qapısını qırdı. İçəridə bin Laden və onun gənc həyat yoldaşı Amal var idi. Amerikalıların iddiasına görə, bin Laden Amala tərəf əyiləndə, Amal qışqırdı: "Yox, yox, bu deyil!" Sonra terrorist AK-47 silahını götürmək üçün uzananda "pişik"lərdən biri iki atəş açaraq qışqıran qadını ayağından yaralayır. İlk güllə döşəməyə, ikincisi isə qadının ayağını yaralayrı. Bin Ladenin əli silaha çatdığı anda "pişiklər"in hər ikisi yenidən atəş açır. Bir güllə terroristin sinəsini, digəri isə başını dağıdır.

Çox səs-küyə səbəb olanlardan biri də "Neptun nizəsi" əməliyyatının iştirakçısı Mark Ouen adlı şəxsin müəllifi olduğu və 2013-cu ildə ABŞ-da çap olunan "Çətin gün" kitabı oldu. Televiziya kameralarına özünü təqdim edərkən bunun onun əsl adı olmadığını, təhlükəsizlik səbəblərindən efirə çıxmadan öncə ciddi şəkildə qrimləndiyinə dair xəbərdarlıq etdi. Lakin jurnalistlər tezliklə müəllifin köhnə "dəniz pişiyi" Mett Bissonett olduğunu anladılar. Onun terroristi müqavimət göstərərkən öldürülməsi barədə rəsmi versiyası da, həqiqətin qəsdən təhrif olunması barədə yenidən düşünməyə vadar edir. Əməliyyatın əsas "açar" anını Bissonett belə təsvir edir: "Hücum qrupunun snayperi bin Ladenə dəhlizə baxan zaman atəş açdı. <...> Yataq otağında çarpayının yanında yerdə uzanan bir adam gördüm. Onun əynində bir ağ köynək, bej rəngli pantolon və eyni rəngli bir üst geyim var idi. Güllə başının sağ tərəfinə dəymişdi. Yaradan qan və sanki beyin axırdı. Cəsədin ürəyi hələ də döyünürdü. Silahlara əl ataraq sinəsinə bir neçə atəş açdıq".

Bissonettin sözlərinə görə, bin Ladenin helikopterlər endikdən sonra sərəncamında olan təxminən 15 dəqiqə ərzində silahları doldurmaması onu heyrətləndirib. "Qapının üstündə bir rəf gördüm. Rəf üçüncü mərtəbədə bin Ladenin dayandığı yer üzərində idi. Əlimi uzatdım, oradan iki AK-47 avtomatı və koburada Makarov tapançası götürdüm. Çölə çıxdım və iki ədəd varil tapdım ki, onlar isə AK-47 tüfəng və Makarovun tapançası idi. Mən onların daraqlarının çıxartdım, çaxmağı çəkdim və silahı yoxladım. Hər iki avtomat boş idi. Bin Laden özünü müdafiə etmək üçün hazırlanmağı lazım bilmədi. Üsamə bin Laden döyüşməyə hazır deyildi".

On illər boyu öz ardıcıllarına canlı bomba kəməri ilə şəhid olmağa və ya binaları təyyarələrlə darmadağın etməyi əmr edən bir terror təşkilatı liderinin öz əllərinə şəxsi silahını almaması çox düşündürücüdür.

Bin Laden 25 milyon dollar təslim etdi

Nəhayət, nüfuzlu amerikalı jurnalist və "Pulitser" mükafatı laureatı Seymur Herşin "London Review" dərgisində çap olunan silsilə məqalələrində Abbottabad ətrafındakı bir villada baş verən hadisələrin beşinci versiyası iddia olundu. Onun iddialarına görə, 2006-cı ildən bin Laden Pakistan xüsusi xidmətlərinin nəzarəti altında faktiki əsirlikdə olub. "Neptun nizəsi" isə prezident Obamanın ikinci müddətə prezident seçki kampaniyasının başlanması ilə savadlı planlanan və əlaqələndirilən bir əməliyyatın tərkib hissəsi olub.

Ağ Evə yaxın məxfi mənbələrə istinad edərək məsələyə ətraflı toxunan Herş, Pakistanın terrorçunu Vaşinqtona transfer etmək niyyətində olduğunu, lakin əvəzində "hər hansı bir xidmət" almağı düşünürdü. Lakin ABŞ kəşfiyyat xidmətləri bin Ladenin dəqiq yeri haqqında məlumat əldə edə bildi və MKİ "bir nömrəli terroristi" aradan qaldırmağa qərar verərək ABŞ prezidentinin seçki kompaniyasına əhəmiyyətli töhfə verdi.

Digər iddialara görə, bin Laden haqqında məlumatı verən şəxslər üçün ayrılan 25 milyon dollar Pakistanda daha əvvəldən terrorçunu izləyən, ehtiyatda olan kəşfiyyatçı bir zabitin 2010-cu ilin avqustunda ABŞ səfirliyinə gəlməsinə səbəb olub.

Həmin gecə Abbottabad ətrafında baş verənlər tam aydın olacaqmı? Bunun üçün ABŞ kəşfiyyatı xidmətləri "Neptun nizəsi" haqqında məlumatları açıqlamaq barədə razılığa gəlməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Araşdırma Ordu.az-a məxsusdur

Teqlər: Bin-Laden   Əfqanıstan-ABŞ   Terror  

Xəbər lenti

"Neptun nizəsi": Üsamə bin Laden necə məhv edildi? – Hərbi ekspert (Araşdırma) – IV Yazı

2018/01/45645_1515592592.jpg
Oxunub: 517     18:10     10 Yanvar 2018    