ABŞ Ermənistana Rusiyadan silah almağı qadağan edir? - Rusiyalı ekspert

2018/01/345345_1515589812.jpg
Oxunub: 369     17:08     10 Yanvar 2018    
"Amerika sanksiyaları rus silahlarının satışını qadağan edə bilməz".

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer 168.am saytına verdiyi müsahibədə Amerikanın rus hərbi saneye müəssisələrinə tətbiq etdiyi yeni sanksiyaları şərh edərkən deyib.

Xatırladaq ki, Amerikanın xarici siyasət şurasının analitiki Stiven Blank qeyd edib ki, ABŞ-ın yeni sanksiyaları digər dövlətləri rus silahları almasından çəkindirə bilər. "Rus silahlarının Cənubi Qafqaza gəlməsinin dayandırılması pis olmazdı, heç olmasa bu tərəflərin sülh əldə etməsinə kömək edərdi".

Onun sözlərinə görə, rus silahları alanlara dövlət səviyyəsində müəyyən istisnalar edilsə də, Rusiyadan böyük həcmdə silah alan Ermənistan surprizlərlə rastlaşa bilər. "Ümumiyyətlə tamamilə bir hökümətə sanksiyalar tətbiq etmək mümkündür" - deyə Blank əlavə edib.

Blankın açıqlamalarını şərh edən rus analitik Felqenqauer bildirib ki, rus silahlarının Cənubi Qafqazda mövcudluğu münaqişələrin həll edilməməsinə xidmət etmir. Belə ki, tərəflər münaqişə şəraitində olduğuna və müharibə etməyə hazırlaşdıqlarına görə, rus silahı əvəzinə istənilən ölkənin silahları Cənubi Qafqazda peyda ola bilər.

Onun sözlərinə görə, silah satışı Rusiya üçün ciddi biznesdir. "Bu vəziyyətdə Rusiya ilk növbədə bizneslə məşğul olur, ikinci növbədə isə siaysət aparmaqla bölgədə öz təsirini saxlayır. Lakin qərb unutmamalıdır ki, bütün müharibə əməliyyatlarının dayandırılmasında məhz Rusiya dayanır. Məhz Rusiyanın müdaxiləsi nəticəsində aprel döyüşlərinin genişlənməsinin qarşıısı alındı. Münaqişə həll edilmir, çünki bunu münaqişə tərəfləri istəmir, onlar müharibəyə hazırlaşır. Ümumiyyətlə yaxşı olardı ki, Cənubi Qafqaza silah tədarük edilməyəyədi, ancaq bu mümkün deyil, bölgədə müharibənin hər an yenidən bərpası təhlükəsi ehtimalı olduğundan tərəflər istənilən halda silah alacaqlar", - deyə Felqenqauer qeyd edib.

Ekspertin sözlərinə görə, bu sanksiyalar ümumiyyətlə rus hərbi sənaye şirkətlərinin silah satışına, o cümlədən Azərbaycan və Ermənistana silah satmasına qadağa qoya bilməz.

"ABŞ tərəfindən silah alan ölkələrə qarşı da sanksiya tətbiq ediləcəyi məlumatlarına gəldikdə isə ABŞ həmin ölkələrlə başqa problemləri olduğu halda da sanksiyalar, o cümlədən maliyyə yardımlarından məhrum edilməsini tətbiq edə bilər. Son vaxtlar ABŞ bir neçə ölkəni bu yardımlardan məhrum etdi. Bu da Tramp administrasiyasının tətbiq etdiyi sanksiya növlərindən biridir. Ona bu yardımları dayandırmaq və ya azaltmaq üçün müəyyən bəhanələr lazımdır. Ancaq Cənubi Qafqaz incə bir mövzüdür və ABŞ-ın maliyyə sərf etməsi təsadüfi deyil.

Bu maliyyə yardımı olmadan ABŞ bu bölgədə təsirindən və varlığından tam məhrum ola bilər. Ermənistanla bu nə dərəcədə mümkündür demək çətindir, bütün bunlar ABŞ-Ermənistan münasibətlərinin səviyyəsindən asılıdır. İstənilən halda xəbərdarlıq bəyanatı verilib. Nə dərəcədə ciddi nəticələrə səbəb olacağını isə demək çətindir", - deyə ekspert Felqenqauer əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: ABŞ-Rusiya   Ermənistan   Sanksiyalar  

Xəbər lenti

ABŞ Ermənistana Rusiyadan silah almağı qadağan edir? - Rusiyalı ekspert

2018/01/345345_1515589812.jpg
Oxunub: 370     17:08     10 Yanvar 2018    