Yeni xidməti sevis: Ermənistan "Ölüm mələkləri" adlı qruplar formalaşdırmalıdır - ANALİZ

2018/01/1497346729_untitled-3456_1515584708.jpg
Oxunub: 641     15:37     10 Yanvar 2018    
Daha öncə xəbər veridiyimiz kimi, "Haykakan Jamanak" qəzeti yanvarın 4-də işğal altında olan Qarabağda baş verən mina partlayışı nəticəsində 2 erməni hərbi qulluqçunun yaralanması barədə məlumat yaydı.

Qəzetin məlumatına görə, əsgərlərdən birinin sağ, digərinin sol ayağı amputasiya edilib. Məlumatda bildirilirdi ki,yaralı əsgərlədən birinin atası xahiş edib ki, övladının adını açıqlamasınlar. Qəzetin məlumatına, dərhal Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan cavab verib:

"Bizim hər hansı bir şey gizlətmək niyyətimiz yoxdur. Gizlətməmişik və əsgərin ölümü barədə məlumat verilib (halbuki verilməyib-red.), daha sonra bizi nədəsə günahlandırmaq yaxşı hal deyil. Lakin yaralı hərbi qulluqçular haqqında hər zaman məlumat verilməsi məcburi deyil. Dəfələrlə faktlarla əsaslandırmışıq ki, əgər hərbi qulluqçuların həyatına təhlükə yoxdursa, həmin yaralılar barədə məlumat vermək və "düşmən" tərəfə fəaliyyətinin səmərəliliyinə dair fakt, bəzən də başqa məlumatlar ötürmək məqsədəuygun deyil. Bundan əlavə bir şey deyə bilmərəm".

Hovhannisyana xatırladaq ki, qeyd etdiyi açıqlamasında diqqət çəkən vacib bir məqam var. Baş verən hadisə barədə mətbuata yaralı erməni əsgərlərindən birinin valideyni məlumat verib. Yəni heç də hər şeyu Hovhannisyanın qeyd etdiyi kimi deyil. Bir ayağını itirən əsgər anasının öz oğlundan xəbərdar olmaması yəqin ki, "informasiya müharibəsi"nin tərkib hissəsidir.

Sual yaranır. Yaralanan, ayağının birini itirən hərbi qulluqçunun valideynlərinin mətbuata məlumat verməsi, onların diqqətdən kənarda qalması, laqeyd münasibətin və ya kifayət qədər diqqətə layiq olmamalarının nəticəsi deyilmi?

"Xalq-Ordu" konsepsiyasından çıxış edən düşmən bəzən özünü qardaş İsraillə müqayisə edir. Təbii ki, müqayisə təmamilə yersizdir. Qeyd edək ki, İsrail ordusunda hərbi qulluqçuların valideynlərinə itki barədə məlumat vermək üçün xüsusi bölmə mövcuddur. Belə halda telefonla və ya başqa bir üsulla yox, birbaşa evlərinə getməklə üzbəüz məlumat verirlər. Bu zaman valideynə bəd xəbəri vermək üçün mütləq hərbi geyimdə olmaqla, həmin bölmənin 3 hərbi qulluqçusu gedir. Bu xidmət növü "Ölüm mələkləri" adını qazanaıb.

Qısası, Ermənistan Müdafiə nazirliyi tezliklə bir yox bir neçə "Ölüm mələkləri" adlı xüsusi qruplar formalaşdırmalıdır. Çünki Azərbaycan ordusunun zərbələri nəticəsində kifayət qədər təxribatçı erməni əsgəri məhv ediləcək.

Alpər Mövludoğlu
AnalizOrdu.az-a aiddir

Teqlər: Erməni-ordusu   Ölüm-mələkləri  

Xəbər lenti

Yeni xidməti sevis: Ermənistan "Ölüm mələkləri" adlı qruplar formalaşdırmalıdır - ANALİZ

2018/01/1497346729_untitled-3456_1515584708.jpg
Oxunub: 642     15:37     10 Yanvar 2018    