Oraq və çəkicin xaçla qarşıdurması: T-34-76 və T-34-85 topları “Pələng” T-VI zirehinə qarşı - XATİRƏLƏR

2018/01/3zYHf__Zo51Rft76LLqSGS-lX_MxbF-EiAQVcjFkWcoQJkQa-y_AkZxM7iILoMCWV6Vzxlltr8l4u7rZ1Rxxxlz9PASPRZGGq-Lvd_Xvls3aq4ovgJvGJXT1vWezn6Jk345345_4545410592.jpg
Oxunub: 718     11:18     05 Yanvar 2018    
T-34 komandirinin xatirələri

Orta səviyyəli sovet tankı T-34-lə ağır alman tankı “Pələng” T-VI-nı müqayisə etmək kobud səhvə yol verməkdən başqa bir şey deyil. Bir çox müharibə tarixçilərinin əsərlərində yetərincə məntiqli bu iddianın təsdiqinə rast gəlmək olar.

Lakin müharibənin gerçəkləri qeyri-iradi olsa belə, həyatlarının T-34 və “Pələng”in imkanlarından asılı olan insanları – döyüşən tankçıları bu müqayisələri etməyə vadar edirdi.

Məsələn, T-34-76-nın topuyla “Pələng”i zədələmək nə dərəcədə real idi? Adətən bu sual daha qızğın müzakirələrə səbəb olur.

Bəs “Pələng”lə döyüşdə öz atəş imkanlarını T-34-də vuruşanlar necə qiymətləndirirdilər?

Məşhur Ural könüllü tank korpusunun sıralarında döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Pavel Kuleşovun xatirələrində belə bir epizod var:

“Burada mənim açıq döyüşdə “Pələng” T-VI tankı ilə vuruşduğum hadisə xatırlanır. Mən onunla təkbətək çıxdım. Orada yaşayış məntəqəsi var idi, kənarında isə bu alman tankı - “Pələng” gizlənmişdi. Elə alındı ki, ona qarşı getdim... T-VI bizim maşından bir qədər fərqlənirdi. Bizim maşın mükəmməldir, amma onlarda topun və pulemyotlardan atəşin açılması və qüllənin çevrilməsi idarəetmə blokundan həyata keçirilirdi...

Maşının komandiri sirk işçisinə bənzəyirdi. Sağ əliylə lüləni, sol əliylə topu fırlayırdı, ayaq buraxıcısı mexanik idi və bir ayaq buraxıcısında onun sağ ayağı durmuşdu.

Gedirsən, səni əsmə tutur: bir parça səma, bir parça yer görünür. Faktiki olaraq sol ayağın üzərində dayanır və bu vəziyyətdə işləyirsən. Mexaniki buraxıcı isə ling sistemidir. O linglər işləyənədək hədəf artıq getdi. Onlarda isə hər şey elektriklə idarə olunan idi! Ora-bura, ziq-zaqvari üsulla sürərək gedirdim: mexanik-sürücüylə birgə bu sistemi əvvəllər məşq etmişdik. Bir ayaq linglərlə işləməli idi, digər tərəfdən isə mexanik-sürücünün başına təkanlar verərək sağa, sola dönməsiylə bağlı əmrlər vermək lazım idi. “Pələng” isə nişana kilometr yarım məsafədən düşə və bizim T-34-ü vura bilirdi. Onun düz vuruşu 2 kilometrdir! Bizdə 76 millimetrlik top var idi, “Pələng” tipli tankları 400-500 metr məsafədən vura bilirdik. Və döyüş sahəsində manevr edərək elə bir anı hesabalamaq lazım idi ki, mənim mərmim dəqiq olsun. Belə bir vəziyyət seçib yaxın məsafəyə gəldikdə, qısa dayanma əmri verdim.

“Pələng” fırlanmağa başladı, getmək istəyirdi və bizə gövdəsini çevirdi. Atəş açdım, gördüm ki, mərmi hədəfə dəydi, alman tankı alovlandı. Atəşi dayandırdım: düşündüm ki, yola davam edərəm. Sən demə mənim mərmim sürət qutusunun, yan friktsionların yerləşdiyi transmission bölməyə düşüb və yanan da elə onlar olub. Ancaq almanlar bu məqamdan istifadə edib topu döndərərək mənim maşınıma atəş açdılar. Mərmi qüllənin aşağı hissəsində sağ tərəfə düşdü, qülləni vurdu: silah dolduranımız tikə-tikə oldu, radistin başı dağıldı... Mərmi düşəndə mexanik-sürücünün lyuku cəftədən açıq idi – o, qapağı qaldırıb atıldı. Mən də atılmağa cəhd etdim, ancaq lyukum bağlı idi. Onu açanda isə dartınma yarandı və alov mənə sarı uzandı. Tank şlemlərindən radiostansiyaya, tankın əlaqə qurğusuna dördsimli naqil gedir və yuvaya taxılan fişka. Atıldım, ancaq fişkanı yuvadan çıxarmağı unutmuşdum deyə naqil məni yenidən yanan tanka qaytardı... Sonra necə, haradan atıldığımı xatırlamıram... Hansısa üsulla 30 metr aralıya qaçmağa müvəffəq oldum və yalnız orada güclü partlayış səsi eşitdim: tank dağıldı, örtüyü partladı. Başımı yelləməyə başladım: heç nə eşitmir, danışa bilmirdim! Bədənimdə bir cızıq belə yox idi, sadəcə kontuziya almışdım. Sonra isə yerli tibb məntəqəsində özümə gəldim, 10 gün müalicə olundum və tədricən danışmağa və eşitməyə başladım”.

Alman tankçıları öz yanan “Pələng”lərini tərk etmədilər, əvəzində öz 76 millimetrlik mərmiləri ilə onları vurmağı bacaran “abırsız” T-34-dən qisas aldılar. Bu döyüşdə necə rəqiblər qarşılaşdılar...

“Pələng”in zirehinin möhkəmliyinin və T-34-85-in topunun marşal Jukovun gözləri qarşısında yoxlanması

T-34-85-in topunun imkanlarını “Pələng”in zirehi ilə döyüşdə yoxlamaq Pavel Kuleşova cəbhə zabiti üçün heç də ənənəvi olmayan şərtlərdə müəssər olub:

“Mən T-34-85 tankı aldım. Onları baş leytenant Potapov sürüb gətirdi: tankın birində özü qaldı, digər “səksənbeşliyi” (T-34-85 tankı) isə mən qəbul etdim. Həmin dövrdə bizim tank sənayemiz yeni modernləşdirilmiş tanklar – 85 millimetrlik topa malik T-34-85 tankları – istehsal etməyə başlamışdı. Bu maşınlarda yeni TŞ-15 nişangahı, topun və pulemyotların idarə edilməsi və qüllənin döndərilməsi üçün sistem və s. quraşdırılmışdı.

Bu yeni maşınlarla göstəriş xarakterli atışlar həyata keçirmək barədə göstəriş gəldi. Mən isə əla atırdım: atışla hər zaman uğurlu döyüşlərim var idi. Almanlar müdafiədə dayanırdılar, gizlənirdilər. Mənim ekipajıma əmr verildi ki, gecə tankı ərazidən çıxarmalı, iki alman tankının – “Pələng”in sürüb gətirdikləri meydançaya aparım. Tanklardan birini alın zirehi istiqamətində qoydular, digərini isə gövdə zirehi. Öz maşınımı çıxardım və hədəflərdən təxminən 1700 metr məsafədə saxladım. Bu top alman tanklarını 2 kilometrədək məsafədə vura bilirdi! “Pələng”ləri yanaşı qoydular və mənə 1-ci Ukrayna cəbhəsi üçün atəş açmaq əmr edildi. Həmin dövrdə cəhbədə qoşunlara komandanlığı Jukov edirdi.

Burada həmçinin komandir qülləsi T-34-85 var idi və maşının komandiri özü atəş açmırdı – atəşi tuşlayıcı və doldurucu açırdı. Ancaq mən tuşlayıcını durğuzub yerində özüm oturdum. Zamanım var idi, üç mərmi atdım. Ancaq heç biri hədəfə dəymədi – təşviş məni bürüdü! Anlamıram, çox yaxşı atəş açmağıma rəğmən hədəfləri vura bilmədim. Maşını dəyişmək olmaz – artıq səhər açılır, almanlar fərqinə vara bilərlər. Mərminin bir pud – 16 kiloqram çəkisi var. Onu güllə oyuğuna göndərdikdə, cəftənin çivi qalxır və hədəfi vurur – sən demə, onu bir qədər irəliyə doğru aparmaq lazım idi. Tankın nişangahında 1 millimetr səhvə yol verməklə 2 kilometr məsafədən 3-4-5 metr yanılmaya səbəb olurdu, elə buna görə mənim mərmilərim hədəfə dəymədi. Briqada komandiri Fomiçev mənə baxıb deyir: “Nə olub sənə?” – “Yoldaş polkovnik, Mixail Yuryeviç, mən artıq öz səhvimi başa düşdüm. Atəş açacam mən, hər şey yaxşı olacaq”. Sonra Jukov bizə yaxınlaşdı. Məruzə etdim ki, ekipaj göstəriş xarakterli atəşlərə hazırdır və mənə üç mərmi gövdə zirehinə, üç mərmi isə alın zirehinə atmaq barədə əmr verirlər. Əladan daha yaxşı atəş açdım, bu barədə Jukova məruzə etdim. Alın zirehinə tərəfimdə atılmış hər üç mərmi onu deşib keçdi və içəridə partladı. Gövdəyə dəyənlər isə hər iki divarı dəldi və yalnız bundan sonra partladı. Zərbə dəlikləri arasındakı məsafə təxminən 40-60 santimetr idi – bax belə sıxlıqla vurmuşdum! Bu göstəriş xarakterli atışlara görə marşal Jukov tərəfindən adlı saatla təltif edildim. Saata verilən arayışda yazılmışdı: “Qvardiyanın kiçik leytenantı Kuleşov Pavel Pavloviçə verilir... Ali Baş Komandanlığın katibi Sovet İttifaqı marşalı Jukov tərəfindən”.

Molibden defisiti alman tankçılarına baha başa oturdu

1700 metr məsafədən hər üç mərmi “Pələng”in alın zirehini deşib keçdi və içəridə partladı, gövdəyə dəyən üç mərmi isə hər iki divarı dəldi. Sınağın nəticəsi çox uğurlu deyilmi? Bəlkə, veteran uzun onilliklərdən sonra hansı məsafədən atəş açdığını tam dəqiq xatırlamırdı? İstənilən halda “təxminən 1700 metr məsafədən” özlüyündə mütləq dəqiqliyi ifadə etmir – “təxminən” elə “təxminən”dir.

Lakin burada daha bir halı nəzərə almaq lazımdır. 1944-cü ildə sovet qoşunları tərəfindən Kubinka Elmi-Tədqiqat Poliqonunda bir neçə T-VİB (“Şah pələngi”) ələ keçirildikdən sonra qənimət maşınları üzərində təcrübələr keçirildi. Zirehin möhkəmliyinin dəyərləndirilməsi üçün qənimət maşınlarını atəşə tutuldu. Məlum oldu ki, “Pələng-B” tankının zirehinin keyfiyyəti onun sələfi ilə müqayisədə xeyli pisləşib: “İlk tək-tək açılan atəşlərdən zirehdə çat və çapıqlar əmələ gəlirdi, qrup şəkilli mərmi atəşlərindən (3-4 mərmi) sonra isə çapıq və dəliklər”. Məsələ nədə idi?

Zirehin keyfiyyətinin aşağı düşməsinin səbəblərindən biri Almaniyanın mineral-xammal məhdudluğu ilə bağlı idi.

Alman tanklarının zirehlərinin METİ-48 (Mərkəzi Elmi Tədqiqat və Təcrübə İnstitutu) laboratoriyasında tədqiq zamanı “alman tankları T-VI və T-V-də molibdennin keyfiyyətinin tədricən düşməsi və T-VIB-də ümumiyyətlə mövcud olmaması faktı müşahidə olunub. Bir elementin (Mo - molibdenin) digəri ilə (V – vanadiumla) əvəzlənməsinin səbəbini Almaniyanı molibdenlə təmin edən mövcud ehtiyatların və bazaların itirilməsində axtarmaq təbiidir”.

Əgər T-VİB-də molibdenin yoxluğu zirehin keyfiyyətinin qəfil pisləşməsinə səbəb oldusa, T-VI-da onun keyfiyyətinin tədricən pisləşməsi hansı nəticələrə səbəb ola bilərdi? Belə kəskin olmasa da, pisləşəcəyini təxmin etmək məntiqi olar.

Pavel Kuleşov təcrübələrin aparıldığı dəqiq tarixi qeyd etməyib. Ancaq onun xatirələrindən anlamaq olar ki, söbət 1944-cü ilin baharından gedir. Ola bilərmi ki, “Pələng”in zirehinin keyfiyyətinə aşağı düşməsi ilə nəticələnən molibden defisiti almanlarda artıq həmin vaxt müşahidə olunurdu?

Ağalar Qəribov
Ordu.az

Teqlər: Pələng-T-VI   T-34  

Xəbər lenti

Oraq və çəkicin xaçla qarşıdurması: T-34-76 və T-34-85 topları “Pələng” T-VI zirehinə qarşı - XATİRƏLƏR

2018/01/3zYHf__Zo51Rft76LLqSGS-lX_MxbF-EiAQVcjFkWcoQJkQa-y_AkZxM7iILoMCWV6Vzxlltr8l4u7rZ1Rxxxlz9PASPRZGGq-Lvd_Xvls3aq4ovgJvGJXT1vWezn6Jk345345_4545410592.jpg
Oxunub: 719     11:18     05 Yanvar 2018    