Suriyada terrorizmlə mübarizə davam edir - İCMAL

2017/12/12_1513495064.jpeg
Oxunub: 284     22:51     16 Dekabr 2017    
Deyr əz-Zorda terrorçular tərəfindən həyata keçirilən partlayışlar dinc əhalinin ölümünə səbəb olub. Rusiya Aerokosmik Qüvvələri İdlib vilayətində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasına zərbələr endirib. İŞİD snayperləri Deyr əz-Zorda PYD terrorçusunu öldürüblər.

Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin qısa icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: Həmanın şimalında terrorçuları üstələyərək “Siriyatel” rabitə qovşağı üzərində nəzarəti bərpa ediblər.

Rusiya Aerokosmik Qüvvələri: İdlibin cənubunda İŞİD-ə əhəmiyyətli zərbələr endirib.

İŞİD: Hələbdə naməlum şəxslərin hücumu nəticəsində rəhbərlərindən birini itirib; Dəməşqin cənubunda Suriya ordusunun mövqelərini atəşə tutub.

“Həyat Təhrir əş-Şam”: Dəməşqin cənub-qərbində Suriya ordusunun raket atışına məruz qalıb.

PYD: Hələbdə SQQ ilə döyüşləri davam etdirir.

Dəməşq vilayəti: Suriya Quru Qüvvələri Colan təpəlikləri yaxınlığında “Həyat Təhrir əş-Şam”ın mövqelərini atəşə tutmağa davam edirlər. “Al Masdar” agentliyinin məluatına götə, Muqr əl-Mir yaşayış məntəqəsi yaxınlığında ordu terrorçulara çox güclü zərbələr endirib. 30-dan çox raket zərbəsi nəticəsində terrorçular sığınacaq obyektlərindən məhrum olublar.

Hazırda Colan təpələrinin şərq ətəklərində qarşıdurmalar davam edir.

Əl-Yarmuk yaşayış məntəqəsi yaxınlığında isə İŞİD və “Ən Nüsra Cəbhəsi” arasında silahlı qarşıdurmalar davam edir. İŞİD-in rəqibinin 5 terrorçusunu əsir götürdüyü bildirilir.

Hələb vilayəti: “Al Masdar” agentliyi xəbər verir ki, Hələb vilayətində İŞİD və PYD terrorçuları arasında qarşıdurma baş verib. Nəticədə PYD terrorçularından biri məhv edilib.

Hazırda PYD və İŞİD arasında ara-sıra "atəşkəs"in pozulması müşahidə edilir.

Deyr əz-Zor vilayəti: Vilayətin PYD terrorçularının nəzarətində olan şərq hissəsində növbəti dəfə İŞİD tərəfindən qoyulmuş minalar partlayıb. Bombalardan biri Dərnaj yaşayış məntəqəsində partlayıb və nəticədə bir dinc sakin həlak olub.

PYD qüvvələrinin ölkənin digər vilayətlərində məğlub edilən qüvvələri isə Deyr əz-Zora qayıdarkən Rusiya Aerokosmik Qüvvələri tərəfindən hücuma məruz qalıblar. Suriya ordusunun snayperləri isə terrorçulardan bir neçəsini məhv etməyə nail olub.

İdlib vilayəti: Rusiya hərbi təyyarələri ölkənin cənubunda hökumət qoşunlarının terrorçular üzərinə hücumlarını dəstəkləyir. “Al Masdar” xəbər verir ki, nəticədə “Həyat Təhrir əş-Şam”ın müdafiə mövqelərinə ciddi zərbələr endirilib və terrorçular geri çəkilmək məcburiyyətində qalıblar.

Həmçinin “Həyat Təhrir əş-Şam”ın rəhbərlərindən biri Əbu Bəkr Rəs-əl-Hosn vilayətin cənubunda yerləşən Maarat Məsrin kəndi yaxınlığında ölü vəziyyətdə tapılıb. Onun yerli sakinlər tərəfindən öldürülməsinə dair iddialar var.

Həma vilayəti: vilayətin şimalında hökumət qüvvələri ilə “Fəth əş-Şam Cəbhəsi” terror qruplaşması arasında döyüşlər səngimir. Lakin hökumət qüvvələri “Siriyatel” rabitə qovşağı üzərində nəzarəti bərpa etməyə müvəffəq olublar.

Həma vilayətinin şimalında isə İŞİD və Ən-Nüsra cəbhəsi arasında qızğın döyüşlər davam edir. Lakin tərəflərin itkiləri barədə hələ heç bir məlumat açıqlanmayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya-böhranı   Terror  

Xəbər lenti

Suriyada terrorizmlə mübarizə davam edir - İCMAL

2017/12/12_1513495064.jpeg
Oxunub: 285     22:51     16 Dekabr 2017    