"Sarkisyanı dəhşətə gətirən fikirlərim olub" - Erməni inqilabçı ilə MÜSAHİBƏ

2017/12/127296768768_3026835294.jpg
Oxunub: 913     14:06     16 Dekabr 2017    
Xəbər verdiyimiz kimi, Martin Avagyan adlı saxta "Facebook" istifadəçisi sentyabr ayında qeydiyyatdan keçərək, xüsusi qrup yaradıb və Sarkisyan hakimiyyətini qorxudacaq bəyanatlar səsləndirib. Hazırda Ermənistanda axtarışda olan şəxsin Robert Kurkyan olduğu müəyyən edilib.

Ordu.az xəbər verir ki, məsələ ilə bağlı erməni jurnalist Anna Papikyan "Facebook" vasitəsilə Kurkyanla əlaqə yaradıb və ondan müsahibə alıb.

O, bildirib ki, artıq məsələ ilə bağlı ABŞ hüquq mühafizə orqanları onu sorğu sual edib və o, Ermənistan xalqının necə müstəmləkəçi və total diktatura şəraitində yaşadığını izah edib. Ermənistan tərəfinin onun haqqında axtarış və həbs hökmü çıxarmasına baxmayaraq, ABŞ-da belə əsassız həbslər olmadığını qeyd edib. Kurkyan, ABŞ vətəndaşı oldunu və yalnız ABŞ hüquq mühafizə orqanlarının onu həbs edə biləcəyini vurğulayıb.

"Erməni xalqının azad seçim yolu ilə hakimiyyət dəyişikliyi etməsi hüququndan məhrum edilməsi, onların üsyan yolu ilə çevriliş etməsinə haqq qazandırır", - deyə öz fəaliyyətini əsaslandırıb.

O, bu barədə öz fikirlərini yazdığını və ermənilər arasında dəstək aldığını xüsusilə diqqətə çatdırıb.

"Ədalət naminə döyüşçülər" təşəbbüs qrupunun ona məxsus olduğunu, heç bir üzvünün olmadığını, ümumiyyətlə adamlardan ibarət qrupa malik olmadığını bildirən, Robert Kurkyan sadəcə fikirlərini bölüşdüyünü, xalqın xoşuna gəldiyini, hakimiyyəti isə dəhşətli dərəcədə qorxutduğunu qeyd edib. Ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini, bunu hakimiyyətin söz azadlığının məhdudlaşdırılması və xalqı qorxutmağa hesablandığını deyib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Terror  

Xəbər lenti

"Sarkisyanı dəhşətə gətirən fikirlərim olub" - Erməni inqilabçı ilə MÜSAHİBƏ

2017/12/127296768768_3026835294.jpg
Oxunub: 914     14:06     16 Dekabr 2017    