Livan 6 ədəd yeni helikopter alacaq

2017/12/5024304_original456456_1513413777.jpg
Oxunub: 440     12:41     16 Dekabr 2017    
2017-ci il dekabrın 13-də ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının komandanı, general Cozef Votelin Beyruta səfəri çərçivəsində Amerika tərəfi ABŞ Müdafiə Nazirliyinin “Building Partner Capacity” proqramı əsasında Livana 120 milyon dollardan çox hərbi yardımın ediləcəyini bəyan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Livandakı səfirliyi məlumat yayıb.

120 milyon dollarlıq (204 milyon manat) yardım paketinin əsas hissəsi “MD Helicopters” şirkətinin 6 ədəd MD530G helikopterinin verilməsi olacaq.

Qeyd edək ki, 6 helikopterin ümumi qiyməti 94 milyon dollar (159 milyon manat) təşkil edəcək. Bu qiymətə texniki qulluq, çatdırılma və ekipaj üzvlərinin hazırlanması da daxildir.

Əlavə olaraq bildirək ki, son 10 il ərzində ABŞ Livana 1 milyard dollardan çox hərbi və texniki yardım göstərib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Livan   Helikopter   MD530G  

Xəbər lenti

Livan 6 ədəd yeni helikopter alacaq

2017/12/5024304_original456456_1513413777.jpg
Oxunub: 441     12:41     16 Dekabr 2017    