Pakistanın hansı silahları Azərbaycanı maraqlandıra bilər? – I HİSSƏ (FOTOLAR)

2017/12/2_3024261624_1513412986.png
Oxunub: 861     12:26     16 Dekabr 2017    
Pakistan Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə yardım göstərən müttəfiq və etibarlı dostdur. İslamabad Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən bizim ölkəni dünya arenasında aktiv şəkildə dəstəkləyir.

Pakistan Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən soyqırımı qətiyyətlə mühakimə etdiyini bildirən, qətnamə qəbul edən və beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə səsləyən ilk ölkədir.

Pakistan senatı 2012-ci il fevralın 1-də Azərbaycanın Xocalı şəhərində baş verən hadisələri soyqırım kimi tanıyan qətnamə qəbul edib. Pakistan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və rəsmi İslamabad Ermənistanı hələ də Azərbaycan torpaqlarının işğal edilməsi ilə əlaqədar olaraq müstəqil dövlət qismində tanımayıb. Öz növbəsində, Azərbaycan da Kəşmir məsələsində Pakistanın dəstəkləyir.

Yuxarıda qeyd edilənlər açıq şəkildə ölkələrimiz arasında ikitərəfli əlaəqlərin yüksək səviyyəsini nümayiş etdirir. Təbii ki, hərbi-texniki əməkdaşlıq da bu münasibətlərdən kənarda qala bilməz. Böyük hərbi təcrübəyə malik (Hindistanla bir neçə müharibədən sonra) Pakistan son illərdə öz hərbi sənayesini əhəmiyyətli dərəcədə gücləndirib. Bu mənada Çin Pakistana həm hərbi texnologiya, həm də silah nümunələri ilə Hindistana qarşı uğurla müqavimət göstərməyə kömək edir. Odur ki, Pakistan silahından danışarkən biz “Pakistan-Çin silahı”nı nəzərdə tutmalıyıq. Bu silahlar isə demək olar ki, hər gün daha müasir olur, bu da öz növbəsində Pakistanın texnologiya və sənayesinin güclənməsinə səbəb olur.

Təbii ki, öz arsenalını “qiymət-keyfiyyət” münasibətində dünya ölkələrindən müxtəlif növ ən müasir və effektiv silahlarla təchiz edən Azərbaycan Ordusu Pakistan müdafiə sənayesinin yeniliklərində maraqlıdır. Bu, Azərbaycan prezidenti İlham Əliyevin Pakistan rəhbərliyi ilə danışıqları çərçivəsində dəfələrlə qeyd edilib. Həmçinin seçim yetərincə zəngin və müxtəlifdir.

Ordu.az oxucularının diqqətinə Azərbaycan Ordusunu daha da gücləndirə biləcək Pakistan silah nümunələrini təqdim edir.

Bu siyahıda ilklər arasında dərhal 2-ci nəsil Çin-Pakistan əsas döyüş tankı olan MVT-2000-in (“Al-Khalid”) adını qeyd etmək olar. O, 1997-ci ildə Çin Xalq Azadlıq Ordusunun silahlanmasına qəbul edilən “Ture 96” tankının Çin versiyasının yaxşılaşdırılmış modifikasiyasıdır. “Əl-Xalid” tankları artıq Mərakeş, Banqladeş və Myanma ordularının (Pakistanın özünü nəzərə almasaq) silahlanmasında var.

Tank bir çox cəhətlərdən Fransa istehsalı olan “Leklerk” tankının müasir atəş idarəetməsi sisteminin analoqudur. “Əl-Xalid” tankları Fransa istehsalı olan istilik görməsi ilə təchiz edilib. Mühərrik 50 dərəcədən yüksək temperatur havada işləməyə uyğunlaşdırılıb. Tankın maksimal sürəti 65 kilimetr/saatdır. 450 kilometr məsafə qət edə bilər. Tankın çəkisi 48 ton təşkil edir. Ekipajı 3 nəfərdən ibarətdir. Tankda 125 milimetrlik elektron avtomat doldurmasına malik 2A46 topuna, 762 millimetr kalibrə malik “86 tipli” pulemyot, qüllədə 12,7 millimetr çaplı “W-85” pulemyotu və 12 ədəd tüstü qumbarasına malikdir. Tuşlama qurğuları lazer məsafəölçəni, istilik görüntüsü yaradan avadanlıqlarla təchiz edilib. Tankın gövdəsi və qülləsinə dinamik müdafiə quraşdırılıb. “Əl-Xalid”də həmçinin hərəkət hissəsini qapayan yeni gövdə ekranları da mövcuddur.

Azərbaycan Ordusu üçün “Əl-Xalid” tanklarının Ukrayna istehsalı olan 6TD-2 mühərrikləri ilə təchiz edilməsi də cəlbedicilik yaradır. Həmçinin motor-transmissiya bölməsində T-80UD və T-84 tanklarına bənzər şəkildə Sovet tank quruculuğu məktəbinin, xüsusən də T-72M-in xüsusiyyətləri hiss olunur. Bu, tanka texniki qulluğu və onun Azərbaycan əsgərləri tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır. Belə ki, bizim tankçı və mexaniklər bir çox tanış xarakterik xüsusiyyətlərə malik müasir tankla işləməkdə problemlə üzləşməyəcəklər.

Pakistan müdafiə sənayesi həmçinin bu yaxınlarda HAMZA MCV zirehli maşınını təqdim etdi. O özündə yüksək hərəkətliliyi, genişliyi, yük qaldırıcılığını birləşdirir, yaxşı silahlanmaya və Birinci Dünya Müharibəsinin tanklarını xatırladan ciddi görkəmə malikdir.

BTR-i inkişaf etmiş ballistik və mina əleyhinə müdafinin nisbəti nəzərə alınan təkər şassisi fərqləndirir, gövdənin zirehlə təmin edilməsi NATO-nun STANAG 4569 standartının 4-cü səviyyəsinin tələblərinə cavab verir. Layihənin maraqlı cəhəti zirehli pəncərələrdən maksimal istifadədir – maşında onların sayı 16-dır, bu isə özünəməxsus rekord göstəricidir. Ciddi görünüşlü Pakistan BTR-i böyük marağa səbəb olur və düşünürəm ki, bu, əbəs yerə deyil.

Azərbaycan Ordusuna Pakistan silah sənayesinin nümunələri arasından alına bilinəcək ən maraqlı silah vahidlərindən biri də ballistik raketlərdir. Ermənistanda “İskəndər”lərin peyda olması ilə onların istifadəsinə dair mümkün təhlükə imkanı da yarandı.

Pakistanın Amerika, Britaniya və Çin şirkətləri ilə birgə hazırladığı raketlər də böyük marağa səbəb olur. Bu yaxınlarda Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizin pakistanlı həmkarların köməkliyi ilə öz ballistik raket istehsalına başlayacağını bəyan edib.

Qeyd etmək yerinə düşər ki, Pakistan ən müxtəlif orta və yaxın mənzilli ballistik raketlər istehsal edir. “Abdali” (“Hətf-2”) birpilləli, sərt yanacaqlı ballistik raketi mobil bazalanmaya malikdir. O, aerodrom və hərbi bazalar kimi hədəflərin məhv edilməsinə istifadə oluna bilər. 180 kilometrədək məsafədə yerləşən hədəfləri məhv edə bilər. Bu, bahalı olmayan effektiv raketdir.

“Qəznəvi” (“Hətf-3) 320 kilometrədək məsafədə yerləşən hədəfləri məhv etməyə qadir kiçik mənzilli ballistik raketdir. O, sərt yanacağa, yaxşı məhvetmə qabiliyyətinə malik effektiv raketdir. Çəkisi 5 tona yax yaxındır, döyüş başlığının çəkisi isə 700 kiloqram təşkil edir. Bu güclü silah erməni işğalçılarına məhvedici zərbələr endirməyə qadirdir.

...Gördüyümüz kimi, Pakistan silah bazarı Azərbaycana xeyli sayda maraqlı silah təqdim etməyə qadirdir. İcmalın ikinci hissəsində sizə Pakistanın Azərbaycan Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, o cümlədən digər qoşun növlərinə nə təklif edə biləcəyindən bəhs edəcəyik.

Teymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Pakistan   Azərbaycan  

Xəbər lenti

Pakistanın hansı silahları Azərbaycanı maraqlandıra bilər? – I HİSSƏ (FOTOLAR)

2017/12/2_3024261624_1513412986.png
Oxunub: 862     12:26     16 Dekabr 2017    