Şimali Koreyadan gələn il nə gözlənilir? - ANALİZ

2017/12/gettyimages-852052024456456_3026678156.jpg
Oxunub: 534     15:53     15 Dekabr 2017    
Şimali Koreyanın hərbi imkanları bu il böyük sıçrayış əldə edib.

KXDR-in həqiqətən də nüvə silahına sahib olduğunu sübuta yetirmək üçün etməli olduğu daha bir şey var: uzaq mənzilli üfüqi trayektoriyalı qitələrarası ballistik raketin atılması.

Şimali Koreya keçən ayın sonlarında fəzaya doğru 2780 mil hərəkət edən yeni Xvason-15 raketinin sınaq atışını edərkən bir daha dünyanı qorxuya saldı.

Fövqəladə uçuş qüvvəsinə malik raket, atıldığı yerdən 590 kilometr kənarda Yapon sularına düşdü. Lakin ABŞ-ın şərq sahillərini hədəf almağı planlaşdıran Şimali Koreya bilməlidir ki, bu Pxenyandan Nyu Yorka qədər olan 6782 mil məsafənin çox az bir hissəsini təşkil edir.

Asiya-Sakit okean regionu üzrə mütəxəssis Evan Mediros bildirir ki, horizontal raketlərin testi Kimin 2018-ci ildə növbəti addımı ola bilər.

ABŞ prezidenti Barak Obamanın keçmiş müşaviri bu həftə Nyu-Yorkda yerləşən Asiya Cəmiyyətində bildirib ki, Kim Çen In məqsədinə nail olduğunu düşünmürəm.

"Hesab edirəm ki, onun qarşısında duran əsas problem Amerika Birləşmiş Ştatlarını tam əhatə edə biləcək nüvə-başlıqlı QABR-a sahib ola bilməməsidir. Horizontal raket sınaqları edənə qədər də buna sahib olduğuna inanmayacam. Bu günə qədər edilən sınaqlar gümbəz trayektoriyalı adlanır. Yəni siz raketi göyə atırsınız, o mümkün olduqca yüksəyə qalxır və daha sonra aşağı enir. Bu zaman sadəcə bir parabola cızmış olursunuz. Bunun ən pis tərəfi odur ki, onlar sınağı edir və sonda nüvə partlayışı həyata keçirirlər. Bununla da guya dünyaya göstərirlər ki, bizim nəinki nüvə gücünə malik QABR-mız var, hətta nüvə başlıqlarımız da qaydasındadır”, - deyə müşavir bildirib.

Mediros bildirib ki, Trump hökuməti bu təhdidi ciddiyə alır.

"Nəzərə almalıyıq ki, önümüzdə həddindən çox hərbi seçimlərimiz var. Bu elə bir şeydir ki, əvvəlcədən çox ciddi şəkildə Tramp administrasiyası ilə müzakirə edilməlidir. Bu tipli şeyləri siz ictimaiyyətlə paylaşa bilməzsiz. Çünki danışıqların hansı mərhələdə olduğunu tutuzdura bilmirsiz, amma bu da faktdır ki, müharibə seçimi də gündəmdə qalmaqdadır”, - deyə Mediros əlavə edib.

Bir çox analitikə görə silah sınaqlarının məqsədi ABŞ-ı Şimali Koreya ilə diplomatik əlaqələrə girməyə məcbur edərək, Kim Çen In rejimini dünyanın gözündə leqallaşdırmaqdır.

ABŞ Dövlət Katibi Reks Tillerson bir neçə gün öncə Şimali Koreya ilə danışıqlara istəkli olduğunu bildirsə də, cəmi 24 saat sonra Ağ Ev geri addım atdı.

Ağ Evin mətbuat xidmətindən verilən məlumatında bildirilir ki, Kim Çen In öz davranışlarını yaxşılaşdırmayınca KXDR-lə heç bir danışıq mümkün deyil.

"Şimali Koreya yenidən sınaq keçirərsə, bu onların danışıqlar mövzusunda ciddi olmadıqlarını göstərəcək. ABŞ, müttəfiqləri və Çin basqını maksimum həddə qaldırmaqla Şimali Koreyanın bütün imkanlarından məhrum etməlidir”, - deyə Mediros bildirib.

Nəticədə belə bir qənaətə gələ bilərik ki, gələn il KXDR-in raket sınaqlarını daha da artırması, ABŞ-ı sanksiyaları daha da sərtləşdirməyə təşviq edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   ABŞ   Nüvə-sınağı  

Xəbər lenti

Şimali Koreyadan gələn il nə gözlənilir? - ANALİZ

2017/12/gettyimages-852052024456456_3026678156.jpg
Oxunub: 535     15:53     15 Dekabr 2017    