Dünya müasir əsgər yetişdirir: Texnoloji avadanlıqlar və yeniliklər – Hərbi ekspert (ARAŞDIRMA)

2017/12/16_13620032901.jpg
Oxunub: 895     15:33     15 Dekabr 2017    
Daha öncə, ümumən Silahlı Qüvvələrin saxlanılaması üçün küllü miqdarda vəsait lazım olduğu barədə yazılarımız dərc olunub. İkinci dünya müharibəsində əsgər döyüşə pambıq lifli formada, əldə tüfəng, başda polad dəbilqə, yağış örtüyü və alminium su qabı ilə yollanırdı. Ortalama bir əsgərin təchizatı bu günün qiymətlərilə 170 dollar ətrafında dəyişirdi. Daha sonra 70-ci illərdə bu rəqəm 1100 dollara qədər yüksəldi. Zirehli gödəkcələr və yeni, optik nişangahlı silahlar meydana gəldi. Bu qayda ilə əsgərin saxlanılmasına dair xərclər qədimdən bu günə qədər artan xətlə davam edir. Hazırda bir əsgərin avadanlıqlarının toplam dəyəri 28000- 60000 dollar arasında dəyişir. Bu rəqəm hər zaman artmaqda davam edəcək. Müasir əsgərlər mühafizə eynəkləri, bağlı mövqelərdə olan düşməni görəcək planşetlər, yanmayan və soyudulan geyimlər, GPS bağlantılı saatlar, əsgərin səhhətinə nəzarət sistemi, görüntülü kompozit dəbilqələr və saymaqla bitməyən bir çox yeniliklərlə təchiz olunurlar. Deməli müasir müharibəni yalnız müasir əsgər apara biləcək.

Ordu.az bu ehtiyac və tələbatı nəzərə alaraq, Sizləri müasir avadanlıqlar barədə, bəzi məlumatlarla tanış etmək qərarına gəldi.

Müasir əsgər avadanlıqları çoxsaylı sistem dəstlərindən ibarət olan geniş anlayışdır. Deməli, silah və nişangahlardan başlayaraq, ən son nümayiş olunan "gələcək əsgər"lərin naviqasiya, müdafiə və xüsusi avadanlıqlardan ibarət son sistemlərinə diqqət yetirək.

Həqiqətən, "gələcək əsgərlərin" avadanlıqlarının əksəriyyətinə "gələcək" deyilə bilməz, çünki onlar artıq "indiki" zamanda artıq istifadə olunur və dünyanın bir çox ordularında xidmət edirlər. Hərbi sənaye əsgərlərin avadanlıqlarına olan münasibətini ciddi şəkildə dəyişib. Bu gün təklif olunan sistemlər getdikcə daha az patentləşdirilir və açıq memar konsepsiyasına əsasən digər komponentləri qəbul etməyə daha çox hazırlaşır.

Belə ki, “Rheinmetall” şirkəti Bundesverdən IdZ-ES döyüş avadanlıqları üçün yeni bir sifariş alıb. Bundesver bununla bu sistem ilə təchiz olunan tağımlarının ümumi sayını 158-ə çatdırmağı düşünür.

“Rheinmetall” Alman Bundesverini IdZ-ES sistemi ilə təchiz edirdi (alman abbreviaturası tərcumədə "Gələcəyin Əsgəri - Geniş sistem"), bu ilin yazı üçün başqa bir sifariş alıb. 310 milyon avroluq müqavilə Alman ordusuna, əvvələr təchiz olunan 90 piyada tağıma əlavə olaraq 68 piyada tağımını da təchiz etməyə imkan verəcək. Alman sifarişindən başqa “Rheinmetall” vahid əsgər sistemi layihəsi çərçivəsində Kanada Silahlı Qüvvələrinə “Argus” sistemi verir. Onlar isə hal hazırda ixrac versiyası olan “Gladius” IdZ-ES silahlanmaya qəbul ediblər.

Belə bir sistemin inkişaf təcrübəsini əsas götürərək, “Rheinmetall” şirkəti yeni avadanlıq olan “Gladius”u 2.0 DSEI sərgisində mövcud olan üç konfiqurasiyada təqdim etdi: yüngül, əsas və qabaqcıl. Bu avadanlıq əsasən ixrac yönümlüdür, onun təməlinə funksional rahatlıq anlayışı əsas yer tutur. Belə ki, yeni sistem radiostansiyadan asılı deyil (əvvəlki sistem tək “Thales Solar” 400 IdZ-ES radiostansiyasına uyğun idi) və onlar bu gün dörd radiostansiya ilə - “Elbit” PNR 1000, “Harris” 7850 Mobile, “Rohde & Schwarz” MR3000 və “Thales Solar” 400 çalışa bilir. Əsas versiyaya 5 düyümlü ekrana malik kiçik bir şəxsi kompüter (adətən hazır məhsulun tələblərinə uyğun müəyyən olunur), radiostansiya, qulaqlıq və öz güclərinizi real zamanda izləmək üçün geniş funksiyalar ilə təmin olunan gecə görmə gözlükləri daxildir. 3M “Peltor”, “Nacre” və ya “Invisio” qulaqlıqları arasında seçim edə bilərsiniz. Digər qulaqlıqlar da istifadə edilə bilər.

İxracat bazarı üçün, “Rheinmetall” açıq arxitekturaya əsaslanan “Gladius” 2.0 işləyib hazırladı. Bunun tərkibinə dövlət qurumları tərəfindən təmin edilən müxtəlif radiostansiyalar və sistemlər daxil edilə bilər ki, bu da avadanlıqların elastikliyini və modulyarlığını artıra bilər.

“Gladius” 2.0-da orijinal “Gladius” sistemi və ya IdZ-ES kimi elektron bir kürək çantası yoxdur. “Rheinmetall” “Tacnet Soldier” döyüş idarəetmə sistemi PDA tipli kompüterə yüklənir və bu proqram təminatı açıq olduğu üçün bütün əhatə etdiyi mövcud sensorlardan gələn məlumatları birləşdirir. Nəticədə ümumi əməliyyat mənzərəsi təmin olunur. “Tacnet Soldier” döyüş idarəetmə sistemi (DİS) bölük səviyyəsinə qədər istifadə edilə bilər. “Tacnet Vehicle” və “Tacnet Command Post” kimi iki digər proqram variantları ilə əlaqələndirilir. Əgər potensial sifarişçinin nəqliyyat vasitəsi DİS ilə təchiz olunubsa, o zaman seçim üçün iki variant var: ya Dis dəyişilərək əvəzinə “Tacnet Vehicle” quraşdırılır, yaxud da Bundesverdə olduğu kimi IdZ-ES avadanlıqları üçün yeni interfeys hazırlanır.

Qabaqcıl versiya, böyük ekrana malik bir tablet , yuxarı komandanlıq ilə səsli mesaj və məlumatlarla paylaşmaq üçün ikinci radiostansiyadan ibarət bir rabitə dəstindən ibarətdir. Yüngül versiyası isə yalnız bir radio stansiyasından və qulaqlıqdan ibarətdir. Məsələn, atıcının əlləri silahla işləmək üçün daim azaddır, çünki daxili GPS funksiyası koordinatları ona verəcək və digər qurğulara diqqəti yayındırmağa ehtiyac yoxdur. Yeni avadanlıq günəş panelləri də daxil olmaqla, müxtəlif enerji mənbələrindən qidalana bilər. “Rheinmetall” şirkəti, sərgidə təqdim olunan “Gladius” 2.0 nümunə avadanlığının tərkibinə FLIR/Prox Dynamics-dən olan nano-BLA PD-100 PRS Black Hornet 2-ni əlavə edib.

Bu ənənənin davamı olaraq “Safran” şirkəti, “Felin” V1.3-ə əsaslanan “NeoFelis” döyüş avadanlıqlarının ixrac versiyasını hazırlayıb. Bunlar isə funksional rahatlıq və aşağı çəkilərinə görə daha üstün versiyadır. Enerji sərfiyyatı da daha azdır. Bir dəfə yükləmə ilə daha üzün müddət sistem çalışa bilir.

İlk addım olaraq qoruyucu lövhələrlə və MOLLE (Modular Lightweight Load Carrying Equipment - avadanlığı gəzdirmək üçün yüngül modul sistemi) ilə təchiz olunan yeni döyüş jiletinin istehsal edildi. Əvvəlcə naqilli, daha sonra isə naqilsiz variantın istehsalı nəzərdə tutulur.

Yan tərəfdə daşınan əsas kompüter daha yüngül və daha kiçik ölçülüdür, xüsusi enerji və gücə malik lityum ion batareyaları isə 72 saata qədər işləmə müddətini təmin edir.

Avadanlıq RIF NG radiostansiyası ilə təklif olunur, lakin “NeoFelis” sistemi digər texniki qərarlar üçün də açıqdır. İnsan-maşın interfeysinə gəldikdə isə bu, adi smartfon vasitəsilə həyata keçirilə bilər, çünki bu sistemlər rəqəmsal əsrdə doğulan müasir əsgərlərin həyatının bir hissəsidir. Operativ idarəetmə üçün öz qüvvələrini izləmə funksiyasını daxil edən patentli bir proqram hazırlanıb. Bu proqram və əlavəsi sifarişçinin istəyinə və ehtiyaclarına görə asanlıqla dəyişə bilir. Avadanlığa həmçinin bir qol saatı daxildir. Bu saat PDA və ya smartfona baxmadan əsgəri planlaşdırılan marşrutla istənilən yerə apara bilər. PDA və ya smartfona sifarişlə digər məlumatlar əks olunur.

Bu döyüş avadanlıqları ilə Sinqapur ordusu da təmin edilib.Onların ACMS (Advanced Combat Man System) adlana əsgər sistemi keçən onillikdə ST Kinetics tərəfindən hazırlanıb. Şirkət, indi ARIELE (Army Individual Eco-Lightweight Equipment - Ordu üçün fərdi yüngül və ekoloji avadanlıq) adlı inkişaf etdirilən yeni bir versiyasını ixrac üçün təklif edir.

Bu avadanlığa bir neçə yeni və artıq tanış olan, lakin əhəmiyyətli dərəcədə təkmilləşdirilən sistem daxildir. Sensor və fərdi avadanlıqlardan başlayaq. Mesajları dəbilqədə şəffaf displeydə göstərməkdən başqa SHADES (Shielded Advanced Eyewear System) sistemi, qüvvələrinin mövqeləri barədə məlumatlar ilə əsgəri təmin edə bilər, həmçinin simsiz silah modullarını idarə etməyə də imkan verir. SHADES, örtülü məlumatların optimal görünüşünü təmin edən avtomatik parlaqlığa nəzarət sistemi ilə təchiz olunub. Bu kateqoriyada ikinci sistem - ARCTIC (Adaptive Real-Time Core Temperatur Cooler - real vaxtda adaptiv ağıllı temperatur nəzarətçisi) vasitəsilə aktiv soyutma sisteminin köməyi ilə bədən temperaturunu tənzimləyir. Soyutma effekti, geyim və qoruyucu avadanlıqların ARCTIC alt sistemləri ilə birləşməsi və xüsusi maddə ilə örtülməsi hesabına daha da güclənir. Bu tip sistemlərin hamısındadə passiv soyutma texnologiyaları istifadə olunur.

Sinqapur şirkəti ST Kinetics, hazırda “Ariele” əsgər avadanlığını təklif edir. Bunların tərkibinə qorunma, uniforma və enerji istehsalı üçün müxtəlif alt sistemləri daxildir.

Avadanlığın tərkibinə GEAR (Garment Engineered by Advanced Research) istehsalı olan müasir materiallarda istifadə edilməklə hazırlanan geyim, təzyiq altında tökmə üsulu ilə hazırlanan və əsgərin daşıdığı yükü maksimum dərəcədə tarazlayan PACK (Pouches And Carriage Kit) boşaltma dəsti vardir. Bu dəst aktiv soyutma sisteminə də malikdir.

Həmçinin Sinqapur avadanlıqlarının tərkibinə yeni bədən zirehi olan PROTEC (Personal Reinforced Outer Tactical Equipment Carrier) də daxildir. Daha ergonomik quruluşa və aşağı çəkiyə malik olması ilə bərabər daha böyük sahəni müdafiə edən zireh, güllə əleyhinə PLATE (Personal Lightweight Armour Technology) lövhələrlə təmin olunub. Əsgərin fiziki vəziyyətinin monitorinq sistemi olan SEXSE (Soldier Enhanced Sensing Equipment) vasitəsilə şəxsi heyətin ürək düyüntülərinə, dəri temperaturuna, ürək sıxılmalarına, tənəffüs tezliyinə və dərinin qalvanik reaksiyasına nəzarət olunur. Yorğunluğun başlanğıcını vaxtında aşkar etmək də mümkündür.

Bu sistem döyüş tapşırığı yerinə yetirildikdən sonra bütün əldə olan məlumatları analiz edir, displeydə nümayiş etdirir və ya mobil şlyüz vasitəsilə “bulud saxlanması”na göndərir. Yuxarıda göstərilən sistemlərin əksəriyyəti kifayət qədər enerji mənbəyi olmadan düzgün işləməyəcək. Bu məqsədlə, ST Kinetics PoEMS (Power & Energy Management System) adlanan enerji istifadəsinin idarəetmə sistemini hazırlayıb. Bu sistem enerji istifadəsini optimal variantda həyatda keçirir. Əsgərlərin enerji tələbatlarının davamlı ödənilməsi məqsədilə ARIELE sisteminin tərkibinə BRACES (Bionic Regenerative Active Energy System) sistemini əlavə etdilər. Bu isə əsgərin hərəkət enerjisini elektrik enerjisinə çevirir. Əsgərin bir saat hərəkəti ortalama olaraq 6vatt enerji verir. Bu isə naqilsiz olaraq batareyaların yüklənməsi üçün istifadə oluna bilər.

Zirehli gödəkcələr üçün plitələr hər bir əsgərin döyüş avadanlığının əsas komponentidir. Müqayisə edərkən, kütlədə azalmaya baxmayaraq müdafiə səviyyəsinin qorunub saxlanılması bu sahədə mütərəqqi bir inkişaf olduğunu göstərir. İnqilabi dəyişikliklər hələlik nəzərdə tutulmayıb. Keramik plitələrin işlədilməsi ilə bağlı problemlərdən biri onların bütövlüyüdür. Bütün keramika materialları çox kövrəkdir, bu da normal gündəlik fəaliyyət zamanı olduqca tez-tez baş verən zərbə və düşmələr zamanı çatlamağa səbəb olur. Bu çatlar, güllə dəydikdə plitənin səmərəliliyinə mənfi təsir göstərə bilər. Beləliklə, güllə keçirməyən bütün plitələrin müntəzəm olaraq yoxlanılması çox vacibdir. Yoxlama üsullarından biri də rentgendən istifadə etməklə mümkündür.

Bunun üçün plitələrin bütün avadanlıqlardan yığılması, digər plitələrlə əvəz edilməsi, sınaqdan keçirilmiş plitələrin müvafiq laboratoriyaya göndərilməsi, yoxlanılması və təhlilin aparılması lazımdır. Göründüyü kimi, bu uzun və bahalı bir prosesdir. Belə bir prosedurun qarşısını almaq üçün, “Rheinmetall” şirkəti plitənin özünə yerləşdirilən 60 qram çəkisində və “Sensing Armour” adlandırılan texnologiya tətbiq etdi. Bu sensor plitədən 25 mm yuxarıda çıxıntıya səbəb olur. Bu çıxıntıya ölçmə cihazları qoşulur, plitənin seriya nomrəsi və vəziyyəti haqqında məlumat əldə olunur. Plitədə problem olmadıqda yaşıl diodlu işıq yanır. Əlavə yoxlamaya gərək olduqda isə sarı diod yanır. Qurğu 3000 ədəd ölçmə nəticələrini yadda saxlaya bilir. Onları kompyuterə yükləməklə hər bir plitənin tarixi barədə statistik məlumatları əldə etmək olar. Bu isə istismar müddətində və satınalmalarda vacib rəqəmlərdir.

Sensing Armour texnologiyasının tətbiqi zirehlərin qiymətini qaçınılmaz bir şəkildə artırır, ancaq ənənəvi yoxlama metodlarının istisna olması, bütün xərclərin tez bir zamanda geri qayıtmasına gətirib çıxaracaqdır. Bundan əlavə, bu sistemin tətbiqi əsgərin təhlükəsizliyini artıracaq, çünki plitələr hətta hər gün yoxlanıla bilər. Hal-hazırda Sensing Armour sistemi təcrübə mərhələsindədir və çalışmalar 2018-ci ilin əvvəlində başa çatdırmaq planlaşdırılır. Yaxın zamanlarda bu texnologiya nəqliyyat vasitələrinin və digər sistemlərin zirehlə təmin olunmasında istifadə oluna bilər.

Digər əsas istiqamət baş qorunmasıdır. Keçən il AUSA sərgisində “Ceradyne” Inc. (ZM şirkətinin bir hissəsi) yeni döyüş dəbilqəsi olan Combat II Ballistic Helmet L110 təqdim edib. Dəbilqə patentli şovsuz tökmə texnologiyasından istifadə edilərək ultra yüksək molekulyar polietilenə əsaslanan kompozit materiallardan hazırlanır. “Ceradyne” dəbilqələrində inkişaf etmiş geometriya həyata keçirilib. Bu, dəbilqə,uzun yaxalığa malık zirehli gödəkcə ilə geyilən zaman sərbəst hərəkət etməyə imkan verir. Böyük ölçülü dəbilqənin çəkisi 1500 qr təşkil edir. L110 dəbilqələri qara, yaşıl və qəhvəyi rənglərdə kiçik, orta, böyük və ən böyük ölçülərdə istehsal olunur.

Eyni zamanda eşitmə orqanlarının qorunması sistemlərini yada salmaq lazımdır. Qulaq yastıqlarını və xarici telefonları gələn dəfəyə saxlayaq. Bu dəfə yeni sistemləri araşdırmaqla kifayətlənək.

ZM Peltor şirkəti, TER-200 EU (Tactical EarPlug ) adlı yeni bir eşitmə müdafiə sistemi dəstini hazırladı. Bu dəst, yükləyici funksiyasını həyəta keçirən qermetik futlyara qoyulur. Üç qələvi (alkalen) AA batareyası 16 dəfə doldurma dövrünə sahibdir. Futlyar qatlandıqda 1,5 saatlıq tam yükləmə dövrü başlayır. Əlavə olaraq futlyarın müvafiq kabellərdən birilə kompüterə və ya normal şəbəkəyə birləşdirməyə imkan verən Micro USB çıxışı var. Futlyarda yükləmə cihazı, iki qoruyucu qulaqlıq və 4 ədəd başlıq daxildir. Bütün dəstin çəkisi 272 qr ağırlığındadır. Yalnız 4 qr ağırlığında olan hər bir qulaqlıq, lityum-ion batareyası ilə yüklənir və təxminən 16 saata qədər davamlı işləyir. Qulaqlıq, boyuna keçirilən TEP-LOOP-200 mikrofonunun siqnallarını qəbul etməyə imkan verən çox yönlü mikrofon və çox kiçik bir antenlə təchiz olunub.

Laboratoriya sınaqları göstərir ki, zəifləmə əmsalı istifadə olunan başlıqdan və tezliyin növündən asılıdır. Orta zəifləmə Ultrafit ZM modeli üçün 34.9 dB, ZM Tork modelində isə 40.4 dB-ə bərabərdir. Təxmin edilən qorunma 30 dB və 36 dB-dir. Qulaqlıqlar IP67 standartına uyğun olaraq suya və toza qarşı qorunur. Zəruri hallarda, külək səs-küyündən qorunmaq üçün qalxanlar da sifariş edə bilərsiniz. Hər bir qulaqlıqda olan düyməni yandırıb/söndürməklə üç səs səviyyəsi arasında seçim edilə bilər. Ultrafit ZM başlıqları böyük, orta və kiçik ölçülərdə mövcuddur. TER-200 EU sistemi hazırda kütləvi istehsal olunur.

Eşitmə qorunmasına daha çox diqqət yetirən ZM Peltor şirkəti, yeni ZM TEP-200EU markalı, aktiv eşitmə qorumalı və naqilsiz qoşulma sisteminə malik olan gurultu əleyhinə qulaqlıqları təklif edir.

ZM Peltor şirkəti tərəfindən istehsal olunan və boyun ətrafında taxılan ZM TER-200 EU müxtəlif kommunikasiya avadanlıqlarına kabelsiz bağlana bilər.

Eurosatory 2016 sərgisində, Fransız şirkəti Elno geniş səs qəbulunu təmin edən qulaqlıqları nümayiş etdirdi. Vaxt keçdikcə yenidən işlənən məhsul “Hoplite” adını aldı. Bu qulaqlıqlar yüksək səslə mübarizə aparmaq üçün istifadə olunur. Bundan əlavə, “Hoplite” qulaqlıqları xüsusilə aşağı tezliklərdə səs-küyün səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq üçün effektiv sistemlə təchiz olunub. Hər bir qulaqlıq iki mikrofona malikdir, bu da müxtəlif istiqamətlərdən səsləri tutmağa imkan verir. Bundan əlavə, “Hoplite” proqramı sayəsində, xarici səsin həcmi bərpa edilir və istifadəçinin məkan qavrayışı təmin edilir.

Rahatlıq bu texnologiyanın əsas istiqamətlərindən biri idi, buna görə də dizaynda gel yastıq, hər iki tərəfə quraşdırılan və səs maneələrini dəf edən elastik mikrofondan istifadə olundu. “Hoplite” qulaqlıqları birbaşa hərbi radiostansiyalara, daxili rabitə sistemlərinə və birbaşa telefonlar rabitəsinə qoşula bilər. Qulaqlıqlar radiostansiyadan, daxili rabitə sistemindən və quraşdırılan akkumlyatorlardan qidalana bilər.

500 qr ağırlığında olan “Hoplite” sistemi standart konstruksiyasında baş qarniturudur, hər bir qulaqlığın döyüş dəbilqəsinin çöl tərəfinə bərkidilməsi nəzərdə tutulur. İlk dəstlərin təslim edilməsi bu ilin sonu üçün planlaşdırılır. 2018-ci ilin ortalarına qədər nəzərdə tutulan həcmdə məhsul istehsalına çatmaq nəzərdə tutulub.

Hazırda sadə radiostansiyaları çoxpilləli komanda heyətini bir lokal şəbəkədə birləşdirən kompüterlər və qulaqlıqlar əvəz edir. Komandirlər və şəxsi heyət bir birinin atəş mövqeyini istənilən anda, havadan və günün istənilən vaxtından asılı olmayaraq onlayn görə bilir.

Dəbilqələrdə quraşdırılan GPS, mikrofonlar, monitorlar, gecə görmə cihazları, çoxfunksiyalı lazerlər və müxtəlif rabitə modulları artıq bu gün bir çox ordularda istifadə olunan yeniliklərdir. Vahid döyüşü idarəetmə sisteminə qoşulan bu sistemlərin tətbiqi olmadan müasir müharibələrdə uğurdan danışmağa dəyməz. Müasir müharibə üçün müasir əsgər və müasir silah və avadanlıqlara ehtiyac və tələbat var.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Müasir-əsgər   Texnologiya  

Xəbər lenti

Dünya müasir əsgər yetişdirir: Texnoloji avadanlıqlar və yeniliklər – Hərbi ekspert (ARAŞDIRMA)

2017/12/16_13620032901.jpg
Oxunub: 896     15:33     15 Dekabr 2017    