Ermənistanda “Facebook” əməliyyatı: Partizan mübarizəsinə qoşul, qalib gələcəyik – DETALLAR (ÖZƏL)

2017/12/29162d45755793064c56e06e8e504a16456456_1513255450.jpg
Oxunub: 1245     16:32     14 Dekabr 2017    
Bu gün Ermənistanın Təhlükəsizlik Xidməti əsas məqsədi ölkə ərazisində terror aktlarının hazırlanması və həyata keçirilməsi olan cinayətkar şəbəkənin üstünü açdığını elan etdi.

Erməni KİV-lərindən əldə edilən məlumata görə, Təhlükəsizlik Xidməti amerikalı bir erməninin Ermənistanda cinayətkar qrup yaratmaq istədiyi barədə məlumat açıqlayır. Daha sonra, həmin qrupun hakimiyyət nümayəndələrinə qarşı silahlı basqın təşkil etməyi planlaşdırdığı bildirilir. Nəticədə Təhlükəsizlik Xidməti, Martin Avakyan adlı istifadəçinin “Facebook” səhifəsində silahlı basqın çağırışları olduğunu aşkar edir.

Maraqlıdır, daha sonra cinayətkar şəbəkənin “Sasna Tsrer-2” qruplaşması olduğu bildirildi.

Ordu.az aparılan araşdırmada Ermənistanda baş verən hadisə və onun ətrafında yaşanan proseslərin əsl mahiyyətini təqdim edəcək. Doğurdanmı aşkar edilən qrup terror qruplaşmasıdır? Bəlkə erməni xalqının xilaskarı...

Obyektiv olaraq təqdim edilən araşdırmada, hörmətli oxucu buna özü qərar verəcək.

Belə ki, sözügedən səhifədə hakim respublikaçılar partiyasının üzvü olan Hakop Hakopyanın evinin, avtomobillərinin və biznes sahələrinin yandırılmasına çağırış edilib.

Diğər çağırışda isə xalqı silah götürüb Varujan Avetisyana qoşulmağa səsləyiblər. Təhlükəsizlik məqsədilə görüşlər keçirilmədiyi, hər bir erməninin silahlı mübarizəyə qoşula biləcəyi, silah kimi istənilən əlaltı əşyadan istifadə etməyə dair çağırışlar qeyd edilib. İlk zərbə hədəfi hakimiyyətə xidmət edənlərin əmlakı ola bilər deyə qeydlər aparıldığı müəyyən olunub.

Başqa bir çağırışda isə yazılıb ki, biz hakimiyyətin dayağı hesab edilənlərin cəzalandırılması və məsuliyyətə cəlb edilməsi üçün partizan mübarizəsini məqsədə uyğun hesab edirik. Mübarizə üsulları fəqli olmaqla Ermənistanda və ondan kənarda aparıla bilər.

İndi isə ətraflı

Ədalət naminə döyüşçülər
Arayik Xandoyanı məhkəmədə döydüyünə görə bu, həyatı və şəxsi əmlakının məhv edilməsi ilə cavab verməlidir.
- İstənilən yolla qorxu abu havasının hakimiyyət əleyhinə mübarizəyə çevrilməsi mümkündür.
- Bunu kim edəcək? Bəli sən, məhz sən bilirsən o, harada işləyir və yaşayır.

Erməni xalqının birliyi hər şeydən üstündür. Xristian və ya başqa din nümayəndəsi olmasından və harda yaşamasından asılı olmayaraq erməni, həmişə erməni olaraq qalır.

Partizan hədəfli taktika

Ölkədə hökm sürən iqtisadi və mənəvi psixoloji vəziyyəti nəzərə alaraq, Ədalət naminə döyüşçülər, yeni səmərəli mübarizə taktikası hazırlayıblar. Biz hakimiyyətin dayağı hesab edilənlərin cəzalandırılması və məsuliyyətə cəlb edilməsi üçün partizan mübarizəsi taktikasını məqsədə uyğun hesab edirik. Bu mübarizə vasitələri cəlb etmə dərəcəsindən asılı olaraq müxtəlif və ağrılı ola bilər. Mübarizə fəaliyyətləri həm Ermənistanda, həm də Ermənistandan kənarda aparılacaq.

Hərəkata necə qoşulmaq olar?

Yaşayış yerindən asılı olmayaraq hər bir kəs qoşula bilər. Əgər, bunu oxuyursansa, ədalətin bərpa olunması zərurəti hiss edirsənsə, onun naminə mübarizə aparmağa hazırsansa, demək sən artıq Ədalət naminə döyüşçünün üzvüsən.

Sirr saxlama qaydalarına əməl et, sakitcə Ədalət naminə döyüşçünün elanlarını izlə və sən atılacaq addımların ardıcıllığını biləcəksən.

Təhlükəsizlik qaydaları

- Sadiq dostların tapılmasında diqqətli ol, 60% həmfikir olmayana demə, yadda saxla ki, divarların da qulağı var. FB-yə çox güvənmə

- FB müzakirələrində iştirak etmə, bu kimi müzakirələri ancaq hakimiyyətin casusları təşkil edir

- Tək və ya ən çoxu 2 nəfərlik qrupla fəaliyyət göstər, daha böyük qruplar təşkil etmək məxfiçiliyin pozulmasıdır

- Partizan aktına hazırlaşan döyüşçü sosial şəbəkələrdə görünmür və orada qruplar toplamır

- Əgər artıq silahın yoxdursa, onu əldə etmək cəhdlərindən uzaq ol, əks halda polis tələsinə düşərsən

Davamı olacaq...

Minlərlə xalq nümayişlərinin bu gün gözlənilməsi real deyil. Qorxu və zorakılıq vəziyyəti hökm sürür.

Hədəfli partizan fəaliyyəti ilə xalqın etibarını qazanmaq və hakimiyyətin cəzasızlıq hissini sındırmaq mümkündür.

Nə qədər ki, erməni öz əli ilə daxili dagıdıcı, erməni əleyhinə olan hakimiyyəti cəzalandırmayıb, öz xalqına və ölkəsinə sahib çıxmayıb, erməni və Ermənistanın özünü məhv prosesi davam edəcək.

Xalqı küçələrə çıxaracağıq. 09.09.2017

Silahlanmış və hər şeyə qadir olan rejimə qarşı mübarizə aparmaq üçün xalq özü də gərək silahlanmış olsun. Keçən illər buna sübutdur. Sasna Tsrerin silahlı üsyanından sonra hədəfli partizan mübarizəsindən başqa mübarizə üsulu qalmır. Qarşıdakı həbs edən, döyən, silahsız insanlara silah tətbiq edən, hətta lazım gəldikdə qumbara atan dişlərinədək silahlanmış satqın polisdirsə, xalqı yenidən mübarizə aparmaq üçün küçələrə çağırmaq yersizdir. Keçən illər göstərdi ki, heç kəs qanunları pozduğuna görə cavab vermədi. Ölkəni işğal etmiş rejim özü xalqı silahlı müqəddəs mübarizəyə məcbur edir. Xalq başa düşür ki, indiki mərhələdə hədəfli partizan mübarizəsindən başqa yol yoxdur. Sözsüz ki, sülh yolu ilə mübarizə aparmağa səsləyən saxta liderler peyda olacaq. Ancaq vaxt ölkənin ziyanına işləyir. Xilas olmaq üçün sərt vasitələr lazımdır. Ölkəni zəbt etmiş cinayətkar bandanın heç bir üzvü cəzasız qalmayacaq. Ölkəni ölümcül zərbə altında qoyduqlarına görə öz həyatları və sağlamlıqları hesabına ödəyəcəklər.

Partizan mübarizəsinə qoşul, qalib gələcəyik.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Sarkisyan-rejimi   Kriminal-rejim  

Xəbər lenti

Ermənistanda “Facebook” əməliyyatı: Partizan mübarizəsinə qoşul, qalib gələcəyik – DETALLAR (ÖZƏL)

2017/12/29162d45755793064c56e06e8e504a16456456_1513255450.jpg
Oxunub: 1246     16:32     14 Dekabr 2017    