Putindən hərbi zarafat: “Burada kortik var idi, görməmisən?”

2017/12/putin7456456_1513249820.jpg
Oxunub: 231     15:09     14 Dekabr 2017    
Böyük mətbuat konfransı çərçivəsində Putin jurnalistin hərbi xərclərin artmasının sosial sahəyə mənfi təsir göstərə bilməsinin mümkünlüyü ilə bağlı sualına özünəməxsus cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın NTV kanalı məlumat yayıb.

Rusiya prezidenti bəyan edib ki, Rusiya iqtisadiyyatının dağılmasına yol vermədən öz təhlükəsizliyini təmin etməlidir.

O həmçinin əlavə edib ki, ABŞ-da hərbi xərclər üçün 700 milyard ayrılıb, Rusiyada isə cəmi 46 milyard.

“Lakin bu məbləğ kifayət deyil. Ordu və donanmanın inkişafına diqqət göstərmək zəruridir”.

Putin fikrini daha yaxşı izah etmək üçün köhnə zarafatı yada salıb.

“Öz ordusunu yedirtmək istəməyənlər başqasının ordusunu doyurarlar”, - deyə Putin bildirib.

Daha sonra isə Rusiya lideri daha müasir hesab etdiyi lətifəni danışıb.

“Ehtiyatda olan zabitin oğlunun yanına gəlir və soruşur: “Burada kortik var idi, görməmisən?” Oğul qılıncı qol saatına dəyişdiyini bildirir. Atası isə saatı göstərməyini xahiş edir və gördükdən sonra deyir: “Yaxşı saatdır”. Sonra isə qısa bir fasilə verərək əlavə edir: “Bax, tutaq ki, sabah quldurlar gəldi, bütün ailəni öldürdülər, böyük bacını zorladırlar, sən isə çıxıb “Moskva vaxtı ilə saat filandır” deyəcəksən?”

Rusiya prezidenti vətəndaşları ölkəni silahlanma yarışında daxil etmədən yalnız təhlükəsizliyini təmin etməyə çalışması barədə əmin etməyə çalışıb. Onun sözlərinə görə, hərbi xərclər bir neçə önəmli nüans nəzərə alınaraq formalaşdırılıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Putin   Hərbi-xərclər  

Xəbər lenti

Putindən hərbi zarafat: “Burada kortik var idi, görməmisən?”

2017/12/putin7456456_1513249820.jpg
Oxunub: 232     15:09     14 Dekabr 2017    