Rusiya NATO-ya qarşı: Taktiki aviasiya qüvvələrinin nisbəti – Analiz (FOTOLAR)

2017/12/81193567567_1513169382.jpg
Oxunub: 561     16:37     13 Dekabr 2017    
Genişmiqyaslı qeyri-nüvə münaqişəsində təyyarə daşıyıcılarının mümkün rolunu müəyyən etmək üçün yaxın gələcəkdə, məsələn 2020-ci ildə Rusiya və NATO-nun neçə taktiki təyyarəyə sahib olacağını araşdıraq. Hərbi Hava Qüvvələrinin hesablanmasında müəllif, mütləq etibarlılığa nail olmağı özünə vəzifə kimi müəyyən etmir və onları açıq mənbələrdən toplayır. Lakin təyyarələrin sayında və növündə səhv edilməməlidir.

Ordu.az hərbi ekspert Andrey Çelyabinskinin analizini təqdim edir.

2020-ci il üçün RF-nın nəzərdə tutulan HKQ:

PAK FA – 12 ədəd. Bunlar qoşunlarda təcrübə istismarı üçün nəzərdə tutulub, buna görə də ümumi olaraq nəzərə alınmamalıdır.

Su-35S - 98 ədəd. Təxminən, 48 ədəd təyyarə üçün müqavilə artıq icra edilib, indi isə 2020-ci ilin sonuna qədər 50 ədəd təyyarə üçün ikinci müqavilə icra ediləcək.

Su-30 M2/CM - şayiələrə görə 2020-ci ilə qədər 180-ə qədər təyyarə təslim ediləcək.

Su-33 – təxminən 14 ədəd təyyarə.

Su-27 SM / SM3 – 61 ədəd təyyarə. Ümumiyyətlə, əvvəlcə ən azı 100 ədəd təyyarə yenilənməli idi, lakin yaxınlarda Su-27SM3 haqqında bir şey eşitmədim. Yəqin ki, proqram bağlanıb.

MiQ-35 - 30 ədəd təyyarə

MiQ-29SMT - 44 ədəd təyyarə

MiQ-29UBT - 8 ədəd təyyarə

MiQ-29KR - 19 ədəd nəqliyyat təyyarəsi

MiQ-29KUBR - 4 ədəd təyyarə

MiQ-31 - 113 ədəd 2020-ci ilə qədər modernləşdiriləcək.

Rusiya Hava Qüvvələrində 69 ədəd MiQ-31, 120 ədəd MiQ-29 və 78 ədəd Su-27 modernləşdirilməyib.

Cəbhə aviasiyasına gəlincə, burada hər şey daha mürəkkəbdir:

2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsi alınacaq, ancaq onların sayı arta bilər. Hazırda ildə 16-18 ədəd təyyarə istehsal etdiklərini nəzərə alsaq, təyyarə sayını 142-yə çatdırmaq mümkündür. İndi isə hesablayaq.

Su-24 - 0 təyyarə. Çünki, mövcud planlara görə, 2020-ci ilə qədər Su-24 Hava Qüvvələrindən tamamilə silinməlidir. Digər tərəfdən, beynəlxalq vəziyyətin ağırlaşması halında bu qərar yenidən nəzərdən keçirilə bilər. Və həqiqətən, hətta silahlanmadan çıxarılması haqqında qərar verildiyi halda, modernləşdirilmiş Su-24-lər saxlanclarda qoyula bilər. Rəqəmlərdə bu günə olan Su-24-lərin təxminən yarısını - 120 təyyarəni nəzərə alaq.

Su-25 - 200-ə qədər təyyarə ola bilər.

Tu-22M3M - 30 ədəd təyyarənin modernləşdirilməsi planlaşdırılır. Bu uzun mənzilli raket daşıyan təyyarələrin taktiki aviasiya tapşırıqlarının həlli üçün istifadə ediləcəyi ehtimalı var.

Əlbəttə ki, qeyri-strateji funksiya yerinə bilən Tu-95 və Tu-160 da var, lakin praktikada, NATO ilə münaqişə vəziyyətində bu rolu ifa edəcəyi inandırıcı deyil.

Qırıcılar- 458 ədəd

Tutucular - 113 ədəd

Taktikı bombardmançılar - 262 ədəd

Uzunməsafəli raket daşıyıcıları - 30 ədəd.

Ümumilikdə, 863 yeni və ya təkmilləşdirilən təyyarə, 267 təkmilləşdirilməyən təyyarə və 200 hücum təyyarəsi -cəmi 1330 təyyarə aşkar edilib.

Aydındır ki, bütün bu təyyarələr eyni zamanda havaya qalxa bilməz, çünki təmir və texniki xidmət ehtiyacları ləğv edilməyib. Amma bu gün 90-cı illər olmadığı üçün, döyüşə hazır olmayan təyyarələrinin sayı normalar çərçivəsində olacaq.

Bəs rəqiblərimizdə nə var? Əvvəl NATO-nun Avropa ölkələrində olan təyyarələri hesablayaq.

Almaniya. Rəsmi olaraq bu gün Almaniyanın hava qüvvələrində 125 ədəd "Eurofighter" və 93 ədəd "Tornado" var. Əslində döyüş tapşırıqlarını 55 ədəd "Eurofighter" və 29 ədə "Tornado" yerinə yetirə bilər. Ümumiyyətlə, Almaniyada 180 ədəd "Eurofighter" almaq planlaşdırılır, lakin nə qədər müddətə alacağı və 2020-ci ilə qədər hansı sayda olacağı bəlli deyil. Həmin tarixə qədər bir zamanlar ən güclü hava qüvvələri olanlar ən çoxu yüz döyüşə hazır və cari təmiri davam edən təyyarələrlə öyünə bilərlər.

Fransa. 2020-ci ildə müxtəlif dəyişikliklər edilən 167 ədəd "Mirage 2000", 115 ədəd "Rafal, daha 44 ədəd "Rafal" isə 2020-ci ilə qədər HHQ-nə təhvil veriləcək. Toplam - 326 təyyarə. Bu böyük bir qüvvə kimi görünür, ancaq təyyarələrin təxminən 40% -i döyüşə hazırdır.

İngiltərə - 141 ədəd "Eurofighter" (toplam 232 ədəd sifariş olunub), 76 ədəd "Tornado". Müəllifə "Eurofighter"lərin çatdırılma cədvəli məlum deyil. Məsələn, 160-a qədər təyyarə ala bilsələr- cəmi 236 təyyarə olacaq. Amma təyyarələrin döyüşə hazırlığ vəziyyəti Fransa və ya Almaniyaya nisbətən daha yaxşı olduğuna inanmağa əsas yoxdur.

İtaliya – 83 ədəd qırıcı-bombardmançı "Eurofighter" 68 ədəd "Tornado", 82 ədəd hücum təyyarəsi AMX ACOL və AMX-T ACOL

İspaniya – 86 ədəd F-18 və 61 ədəd "Eurofighter"

Yunanıstan – 156 ədəd F-16, 22ədəd Mirage-2000, 34 ədəd "Fantom II" və 34 ədəd "Korsar"

Türkiyə -260 ədəd F-16, 51 ədəd "Fantom II", 35 ədəd yaşlı F-5 modeli

Norveç – 57 ədəd köhnə F-16

Hollandiya – 63 ədəd yaşlı F-16

Belçika - 68 ədəd yaşlı F-16

Danimarka - xidmətdə 30 ədəd yaşlı F-16 var və bunlar 2020-ci ilə qədər istismardan çıxarılacaq. Biz isə onları da hesaba alaq

Portuqaliya - 30 ədəd yaşlı F-16

Macarıstan və Çexiya –hər birində 12 ədəd İsveç istehsalı SAAB, cəmi – 24ədəd

Bolqarıstan - 15 ədəd MiQ-29 və 14 ədəd Su-25

Rumıniya - 12 ədəd F-16 və 36 ədəd MiQ-21

Slovakiya – 12 ədəd MiQ-29

Xorvatiya - 16 ədəd MiQ-21

Polşa - 48 ədəd F-16, MiQ-29 və Su-22 var, lakin onlar Hava Qüvvələrindən istismardan çıxarılır.

Ümumilikdə, 2177 ədəd təyyarə var. Onlardan isə ən azı 814 ədədi çox köhnə və yaşlı təyyarələrdir.

Əslində 2177 ədədi 1330-dan daha çoxdur, yəni NATO-ya daxil olan Avropa ölkələrinin HHQ-nin, Rusiya HKQ-dən əhəmiyyətli dərəcədə güclü olduğu görüntüsü yaranır. Ancaq bir az daha dərinə getsək hər şeyin tamamilə fərqli olduğu ortalığa çıxacaq.

Birincisi, əlbəttə ki, döyüşə hazır olan təyyarələrin faizi ilə bağlıdır. Təəssüf ki, Rusiya HKQ-in yeni təyyarələri üçün bu rəqəm müəllifə məlum deyil. Eyni zamanda, ABŞ Hava Qüvvələri üçün F-15 və F-16 təyyarələrinin hazırlıq səviyyəsi 71-74%-dir. A-10 hücum təyyarələrində isə hətta 77% -ə çatır. Bu gün hazırlıq göstəricilərinin bizdə pis olmasını düşünmək üçün heç bir səbəb yoxdur.

Tutaq ki, Rusiyanın HKQ-nin istismara hazırlıq səviyyəsi 70%- dir. Eyni zamanda ən müasir təyyarə ilə təchiz olunan Avropanın ən güclü hava qüvvələrnə sahib olan - Almaniya, Böyük Britaniya və Fransa - 40% döyüşə hazırlıq səviyyəsi ilə son dərəcə aşağı göstəriciyə malikdir. Biz hətta 2020 il üçün təkmilləşdiriləcək 383 ədəd MiQ-31BM təyyarələrini nəzərə almasaq, ən müasir rus təyyarələrinin (Su-35/30 və MiQ-35/29 SMT / K), ümumi sayını NATO üzvü olan Avropa ölkələri ilə müqayisə etsək, ən pis halda Avropa ölkələrinin 1,5 dəfə (440 "Eurofighter" və 159 "Rafale", cəmi - 599 təyyarə) üstün olduğunu görərik. Biz döyüşə hazır təyyarələrin sayını müqayisə etsək, (RF üçün 70% və NATO üçün 50%) 299-a qarşı 268 təyyarə alınır ki, bu da təxminən paritet təşkil edir.

RF-nın 931-997 təyyarəyə qarşı NATO-nun üzvü olan Avropa ölkələrinin 1088- 1197 təyyarə ilə üstünlüyə sahibdir. Avropa ölkələri üçün orta hesabla hazırlıq faizi 50-55%, Rusiya Federasiyasında isə döyüşə hazırlıq faizi 70-75% -dən az olmadığını nəzərə alarsaq Avropa ölkələrinin üstünlüyünün minimal olduğu məlum olar. Lakin bu hamısı deyil. Təyyarələrə sahib olmaq kifayət deyil, onlar bacarıqla idarə edilməlidir. Rusiya HKQ vahid komandanlığa tabedir. NATO Hava qüvvələri 19 ölkədən ibarətdir. Əlbəttə ki, NATO ölkələrinin hava qüvvələri birgə təlimlər keçirir, lakin onların kifayət qədər kütləvi və güclü olması mümkün deyil.

Xatırladaq ki, NATO pilotlarının təlimləri çox müxtəlif səviyyəlidir. Müəllifin buna dair dəqiq məlumatları yoxdur, lakin türk və ya bolqar pilotlarının hazırlanmasının Fransız və ya ingilis pilotların hazırlığı ilə eyni səviyyədə olması ehtimalı yoxdur.

NATO-nun üzvü olan ölkələrin qarşılıqlı əlaqələrini də nəzərə almaq lazımdır.

Aralarında ziddiyyətli bir yerli münaqişənin olması halında, Avropanın NATO ölkələri kimi, monolit mübarizəyə girəcəkləri inandırıcı deyil. Yunanıstanın silahlı qüvvələrinin Türkiyənin maraqları üçün son damla qanına qədər mübarizəsini aparacağını düşünmək elə də asan deyil.

Yenə də, münaqişəyə cəlb olunan dövlətlərin bütün təyyarələrinin döyüşə atacaqlarını gözləmək çətindir. Siz genişmiqyaslı bir toqquşmada, məsələn, Şərqi Avropada, nə Britaniya, nə də Fransa hava qüvələrini tam gücü ilə deyil, "məhdud kontingentini" göndərilməsi ilə məhdudlaşacağının şahidi olacaqsınız. Əlbəttə ki, Rusiya Federasiyasının da eyni problemləri var. Uzaq Şərq Dairəsini tam boşaldaraq təyyarələrin hamısını cənub sərhədlərinə göndərmək mümkün deyil. Ümumiyyətlə, Rusiya Federasiyasının döyüşə hazır təyyarələrinin faiz göstəriciləri Avropadan daha yüksəkdir.

Lojistik məsələlər

Təbii ki, Avropanın hava limanı şəbəkəsi çox böyükdür və 1800-dən çox sərt səthli havalimanına malikdir. Soyuq müharibənin sonunda, avropalılar öz hərbi büdcələrinə çox qənaət etdiyindən Şərqi Avropaya yaxın hava qüvvələrini cəmləşdirmək onlara bəzi problemlər yaradacaq. Rusiyada belə çətinliklər olmur, olsa da bir ölkə daxilində bu problemləri həll etmək daha asandır. Yuxarıda Avropanın üstünlüyü kağız üzərində görünür. Laki faktiki münaqişə anında vəziyyət dəyişə bilər.

Bəs Hərbi Hava Qüvvələrindən kənara çıxaraq, Hava Hücumundan Müdafiə kimi mühüm amili nəzərə alsaq necə olar?

Rusiya Silahlı Qüvvələri, NATO üzvü olan Avropa ölkələrindən daha güclü yerüsütü hava hücumundan müdafiə sisteminə malikdir. NATO-nun hava müdafiə sisteminin yerüstü komponentlərinin olmadığını demirik. Əvvəlki dövrlərdə, soyuq müharibə zamanı NATO, ənənəvi olaraq hava üstünlüyünə güvənirdi. Sovet İttifaqının dağılmasından və Avropanın hər yerində hərbi büdcələrin kəsilməsindən sonra əlbəttə ki, onlar hava hücumundan müdafiə sistemlərinin inkişafı və yenilənməsi üçün vəsaitə qənaət etməyə başladılar. Həmin dövrdə NATO-ya yeni ZRK lazım idimi? 90-cı illərdə, anidən Rusiya ilə hərbi qarşıdurma olsaydı, sual yaranır Rusiya Hava Qüvvələrini dağıtmaq yox, onları necə tapmaq olardı...

Tərkisilah olunma siyasəti düşmənin zəif olduğu dövrdə yaxşıdır. O, birdən-birə inkişafa başladıqda başqa tədbirlər görülməlidir. Sözsüz, heç bir yerüstü HHM sistemi müasir aviasiyaya qarşı tam effektiv ola bilməz. Amma müəyyən problem və çətinliklər yaradaraq itkilərinin sayını artıra bilər.

Yaxın dövrlərə kimi, NATO aviasiyası taktiki idarəetmədə, raket silahlarında, REM vasitələrində və pilotların hazırlığında üstünlüyə malik idi.

Lakin 2011-2020-ci illərdə rabitə və komanda- idarəetmə məsələlərinə diqqət artırılması nəzərdə tutulub. Biz bu məsələ ilə bağlı eyni səviyyədə bərabər ola bilməsək də ən azı arada olan gerilik məsafəsini azaltmağa ümid edə bilərik. Raket silahları ilə bağlı vəziyyət də tədricən stabilləşir, məsələn, 2020- ci ildə külli miqdarda orta mənzilli raketlərin STRQ təslim ediləcəyi gözlənilir. REM vasitələrinə gəldikdə, geridəqalma tamamilə aradan qaldırılıb və indi ehtimal etmək mümkündür ki, NATO bizi təqib etməyə çalışacaq. Döyüş hazırlığında vəziyyət xeyli təkmilləşdirilib. Rusiya HKQ təlimlərinə daha böyük resurslar sərf edir. Suriyadakı müharibə pilotlara böyük döyüş təcrübəsi əldə etməyə imkan yaratdı.

Yuxarıdakıları nəzərə alaraq, Rusiya Federasiyasının HKQ (kifayət qədər hazırlıqlı pilotların olduğu halda ) yaxın gələcəkdə NATO-nun Avropa ölkələrinin Hərbi Hava qüvvələri ilə paritet təşkil edə biləcəyini, hətta hipotetik münaqişənin ilkin mərhələsində hava üstünlüyü əldə etmək kimi yaxşı bir şansı olduğu qənaitənə gələ bilərik.

Əlbəttə ki, bu analiz, ABŞ Hava Qüvvələrini yada salmadığımız zamana qədər doğrudur. 2020-ci ilə qədər yarısı döyüşə hazır vəziyyətdə olacaq F-35-ləri hesaba almasaq belə ABŞ Hava Qüvvələri 1,560 ədəd qırıcıdan (184 ədəd F-22; 449 ədəd F-15S və 957 ədəd F-16) və 398 ədəd hücum təyyarəsindən (287 ədəd A-10 və 111 ədəd AV-8V ) ibarətdir. Əlavə olaraq 247 ədəd F-18 və 131 ədəd AV-8V təyyarəsi də Dəniz piyadalarının hava qüvvələrinin sərəncamındadır. 867 ədəd F-18 isə göyərtə aviasiysına daxildir. ABŞ-ın sərəncamında 3203 ədəd taktiki aviasiya təyyarəsi var və ABŞ HHQ baxımından NATO-nun Avropa ölkələrinin və RF HKQ-nin cəminin HHQ-dən daha güclüdür.

Beləliklə, deyə bilərəm ki, ABŞ havada böyük bir üstünlüyə malikdir deyə bilərəm. Ancaq ... bir müdrik atalar sözündə deyildiyi kimi: "Silahınız, əlinizin çatdığı məsafədən bir millimetr uzaqdadırsa, o zaman sizin silahınız yoxdur". Hal-hazırda ABŞ, Avropanın bazalarında nəqliyyat və kəşfiyyat təyyarələri hesaba alınmadan 136 ədəd F-15 və F-16 döyüş təyyarələri yerləşdirib. Bu hava qrupu Avropadakı qüvvələrin tarazlığına ciddi təsir göstərə bilməz. Havada üstünlüyün təmin edilməsi tamamilə ABŞ hava qüvvələrinin ABŞ-dan Avropaya ötürülməsi sürətindən asılı olacaq. Göründüyü kimi, qəliz bir şey yoxdur- yanacaq dolduruldu, kabinəyə oturuldu və Atlantik okeanını uçub keçdilər. Ancaq bu cür sadə yalnız üçüncü dərəcəli döyüş filmlərində olur. Hətta, ən sadə döyüş təyyarələri bir saat uçuşa 25 insan/saat texniki xidmət tələb edir. İnsanlara ehtiyacımız var, avadanlıq lazımdır, təyyarələrin enəcəyi və xidmət göstərəcəyi aerodromlar havadan qorunmalıdır, yanacaq, sursat və digər maddi vəsatlərə ehtiyacımız var. Problem bundadır ki, Avropada amerikalıların belə bir bazaları yoxdur. Və 40-50% döyüşə hazırlıq səviyyəsi olan Avropalılarln özlərinin də bu şəraiti yoxdur. Bütün yuxarıda sadalananları ABŞ-dan Avropaya çatdırmaq görünə biləcəyi qədər sadə bir məsələ deyil.

"Səhra qalxanı" əməliyyatını xatırlayaq

Daşınmalar 1990-cı ilin avqustun əvvəlindən başlayaraq 1991-ci il yanvarın ortalarınadək davam etdi. 729 ədəd taktiki aviasiya təyyarəsi və 190 ədəd Dəniz piyadalarının təyyarəsi, cəmi - 919 taktiki təyyarə daşınıb. Həmçinin 5 diviziya, 4 briqada , 1 quru qoşunlarının alayı və 1 dəniz piyada alayı ABŞ-dan İraqa daşınıb.

"Çöl Fırtınası" nın başlanğıcına bu kontingent bir aylıq döyüş üçün bütün lazımi təchizatla təmin edilmişdi. Şübhəsiz ki, bu böyük bir nəticədir. Lakin bu qruplaşmanın yaradılmasına beş aydan çox müddət tələb olundu. 1990-cı ilin avqustun 7-dən 1991-ci il in yanvarın 17-nə qədər daşınmalar həyata keçirildi. Əlbəttə ki, biz geniş miqyaslı münaqişə vəziyyətində tək təyyarələrin deyil, həm də quru qoşunlarının iri kontingentinin daşınmasından bəhs edirik. Bütün NATO ölkələrində eyni problem mövcuddur- kağız üzərində sayı çox olan HHQ-ni və quru qoşunlarını bir yerə toplayana qədər müharibə üç dəfə bitər. Biz artıq bir dəfə 95 döyüş tankı olan üç diviziyaya sahib Bundesver ordusunu xatırladıq.

Fransa silahlı qüvvələri - iki tank diviziyası, üç xüsusi təyinatlı alay və qəfil münaqişə halında Taiti, Cibuti və s. oxşar yerlərdən çıxarılaraq döyüş bölgəsinə atılması çox çətin olacaq xarici legiondan ibarətdir. İtaliya üç diviziyaya malikdir, Böyük Britaniya isə iki diviziya və bir neçə briqadaya malikdir. Bütövlükdə, NATO üzvü olan Avropa ölkələri, bir yerə toplaya bilsələr, böyük qüvvəyə malikdir.

Bu isə qəfil hərbi münaqişə anında problem yarada bilər. Əgər yuxarıda göstərilənlər doğrudursa, yaxın gələcəkdə RF qəfil genişmiqyaslı münaqişə zamanı NATO ilə havada bərabərlik yarada bilər. ABŞ-a isə həftələr yox, aylar lazımdır ki, havada üstünlüyünü reallığa çevirsin.

Əgər münaqişəyə uzunmüddətli münasibətlərin korlanması (aylarla) öncəlik edəcəksə, o zaman müharibə ABŞ-ın 1,5-2 dəfə hava üstünlüyü ilə başlayacaq.

(Ardı var)
Tərcümə etdi: Ədalət Verdiyev
Ordu.az

Teqlər: HHQ   HHM   Rusiya-NATO  

Xəbər lenti

Rusiya NATO-ya qarşı: Taktiki aviasiya qüvvələrinin nisbəti – Analiz (FOTOLAR)

2017/12/81193567567_1513169382.jpg
Oxunub: 562     16:37     13 Dekabr 2017    