Müharibə teatrının “Dəniz Pişikləri”: ABŞ XTQ-lərinin bəşəri müstəvidə rolu – Hərbi ekspert (I Yazı)

2017/12/494315034534534_1512803298.jpg
Oxunub: 4806     10:58     09 Dekabr 2017    
Son illərin savaş texnologiyalarının artması, müharibələrdə nanotexnologiyaların, robotların, xüsusi elektron vasitələrin döyüş çöllərinə ayaq açmasına baxmayaraq, insan faktoru zəruri olaraq qalır. Bunun da bircə və əsaslandılmış səbəbi var - heç bir müasir texnologiya kritik anda müstəqil düşünərək, vəziyyətdən asılı olaraq qərar verə bilmir. Buna hələlik ancaq insan qadirdir.

Bəs belə olan halda adı oxunduqda və eşidildikdə hərbçilərin, komandirlərin və hətta hərbiyə aid olmayan insanların üzündə titrəyiş, qəlbində hörmət, fikrində şərəf duyğusu oyadan bu savaş dünyasının seçilmişləri kimdir? Onlar niyə belə sayılıb-seçilən və hörmət olunandırlar? Axı müharibə teatrında hər döyüşçünün özünün inkar olunmayan vəzifəsi var.

Bu vəzifələr də bir-biri ilə sıx əlaqəlidir. Lakin yenə də hərbi kontingentlər həmin şəxslərin əməyini daha yüksək qiymətləndirir, onların olduğu sahədə döyüş ssenarisinin mütləq şəkildə dəyişəcəyi qənaətinə gəlirlər. Bəhs etdiklərimiz maşın və texnoloji inqilab deyillər. Onlar da əsgərdirlər. Universal da deyillər. Onları seçilən edən illər boyunca təlim və tədris, gündəlik məşğələlər və ən əsası fərqləndikləri ücün fərqli olmaq hədəfidir. Onlar nağıl və əfsanə qəhrəmanları da deyil. Qəhrəmanlıq istəyi bəzən onların da payına əlillik və daha çox halda isə həyatlarını itirmək bahasına başa gəlir.

Bəs kimdir onlar? Superəsgərlərmi? Döyüş meydanının hakimlərimi? Zirehli məxluqlarmı? Kimdir onlar?

Bu yazıda Sizlərə dünya hərbçiləri içərisində kifayət qədər tarixə malik olan “ABŞ Xüsusi Təyinatlıları barəsində” analitik məlumatımızdan bəhs edəcəyik.

Amerika Birləşmiş Ştatlarının iştirak etdiyi bütün hərbi münaqişələrində Xüsusi Təyinatlı Qüvvələr (XTQ) – “US Special Forces” iştirak edib. İraq kompaniyasında hətta kütkəvi olaraq XTQ dən istifadə olunub. Bunu isə Səddam Hüseynin tezliklə həbs olunması istəyi, komanda mərkəzlərinin və ordunun elit hissələrinin komandir heyətinin zərərsizləşdirilməsi istəyi ilə izah edirdilər. Analoji əməliyyatlar ABŞ XTQ-ləri tərəfindən Əfqanıstanda da həyata keçirilib.

Qeyd etmək lazımdır ki, XTQ-lər ən böyük çətinliklərlə terror əleyhinə mübarizə zamanı rastlaşırlar.

XTQ-lər arasında “yaşıl beretlər”, “reyncerlər”, ”dəniz pişikləri” xüsusi yer alır. Ümumiyyətlə, ABŞ XTQ-lərinin ümumi sayı məxfi olaraq saxlanılır. Samuel Soutvort və Stiven Tannerin tərtib etdiyi “ABŞ-ın Xüsusi Təyinatlı Qüvvələri/US Special Forces” istinad kitabçasına görə, Amerika xüsusi təyinatlıları dünyada çox saylı və ən yaxşı hazırlığa malik hərbi qüvvələr hesab olunur. Amerika silahlı qüvvələri ənənəvi olaraq 5 qoşun növünə ayrılır. Buraya dəniz piyadaları, aviasiya və dəniz qüvvələri, sahil mühafizəsi, həmçinin quru qoşunları aiddir. Onların hər birinin Xüsusi Təyinatlı Qüvvələri mövcuddur. Xüsusi təyinatlı qüvvələrin bütün əməliyyatları 1987-ci ildə yaradılan Xüsusi Əməliyyatlar Qərərgahı (US Special Operations Command) tərəfindən tənzimlənir. Bundan əlavə, ABŞ-ın bütün XTQ-ləri hazırlıq təlim və tədrisiniə görə, bənzər metodikalardan istifadə edir, oxşar silah və ləvazimatlardan yararlanırlar.

Reyncerlərin yaradıcısı və xaç atası sayılan mayor Robert Rocers 1759-cu ildə hələ reyncerlər hindu qəbilələri ilə mübarizə aparan zaman 19 qayda tərtib edib ki, bu qaydalar hal-hazırda da müasir müharibələr anlamında böyük əhəmiyyət kəsb edir. Bunlardan “Heç zaman heç şeyi unutma”, “Düşməni onun səni görəcəyindən daha əvvəl gör”, “Nə etmisən və nəyi görmüsənsə, onu dəqiq və yalansız şəkildə danışmağa adət et”, “Düşərgədən getdiyin yolla geri qayıtma”, “Çayı kecərkən heç zaman acıq sahələrdən istifadə etmə”, “Meşədə heç zaman iy verən məhsullardan istifadə etmə”, “Gecələr düşərgələdiyin zaman içki içmə və düşməni sərxoş hesab etmə”, “Hər zaman otların içində uzanaraq düşməni müşahidə et, dursan, artıq sən hec nə müşahidə etməyəcəksən”i fərqləndirmək olar ki, hazırda bu dövrdə də öz aktuallığını itirməyib.

ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri geniş kütlə arasında “yaşıl beretlilər” kimi tanınır. Onlar ordu daxilindən “yaxşıların yaxşısı” prinsipi ilə seçilmiş fiziki hazırlıqlı, intellektual səviyyəsi yüksək və dünyagörüşlü əsgərlərdir. Onlar əsasən, partizan müharibəsi aparmaq, xüsusi əməliyyatlar hazırlamaq, qeyri ənənəvi döyüş taktikası üzrə hərəkət etmək ücün hazırlanırlar. Bundan əlavə, onlar antipartizan, diversiya, terrorəleyhinə əməliyyatlar üçün də təlim keçərək bu aspektlərin təlimini də mənimsəyirlər.

“Zülmdən azad olmuşlar” (De Oppesso Liber) devizli bu qüvvələrin bir səmti də xarici hərbçilərin hazırlanmasıdır. Vəzifələrin çox və fərqli olması “yaşıl beretlilər”in (YB) daha çox seçilmiş olduğunu göstərir. Vəzifələr isə bunlardır: döyüş əməliyyatlarında iştirak etmə, xüsusi kəşfiyyatlar, terrorizmlə mübarizə, xilasetmə-axtarış tədbirləri, humanitar və sülhməramlı əməliyyatlarda iştirak, narkoticarətlə mübarizə, girovların azad edilməsi, hərbi cinayətkarların beynəlxalq məhkəmələrə təslimi ücün əsir alınması və s.

(Ardı var)
Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

Teqlər: ABŞ   XTQ  

Xəbər lenti

Müharibə teatrının “Dəniz Pişikləri”: ABŞ XTQ-lərinin bəşəri müstəvidə rolu – Hərbi ekspert (I Yazı)

2017/12/494315034534534_1512803298.jpg
Oxunub: 4807     10:58     09 Dekabr 2017    