NATO AMS-in ilkin meyarlarını dəqiqləşdirir

2017/12/766_1512675851.jpg
Oxunub: 199     23:45     07 Dekabr 2017    
NATO-nun Standartlaşdırma Agentliyi Aktiv Müdafiə Sistemlərini (AMS) əhatə edən Standartlaşdırma Sazişinin (STANAG) ilkin detallarını açıqlayıb.

Ordu.az “Janes” agentliyinə istinadən xəbər verir ki, STANAG 4686 artıq yumşaq və sərt öldürücü AMS-in sınaq metedologiyasını da müəyyənləşdirib.

STANAG 4686-nın ilk cildi AMS-in qarşılaşa biləcəyi mərmi təhdidlərinin təsnifatlandırılmasını əhatə edir. Bu təsnifatlandırmaya tank əleyhinə raketlər, qumbaratanlar, kimyəvi və kinetik enerji ilə işləyən tank əleyhinə kumilyativ mərmilər və digər partlayıcı qurğular aiddir.

Bu tipli mərmilər üzərində toplanan məlumatlar mərminin növünü, fiziki ölçülərini, silahlanma diapazonunu, sürət profilini əhatə edir və təhdidlərin AMS-in təhdid bazasında necə toplanmasını kodlaşdırır.

Ordu.az

Teqlər: NATO   AMS  

Xəbər lenti

NATO AMS-in ilkin meyarlarını dəqiqləşdirir

2017/12/766_1512675851.jpg
Oxunub: 200     23:45     07 Dekabr 2017    