Hindistan ordusu PUA ilə bağlı bəyanat yaydı

2017/12/774_1512672431.png
Oxunub: 191     22:37     07 Dekabr 2017    
Hindistana məxsus pilotsuz uçuş aparatında (PUA) texniki problem üzə çıxdıqdan sonra əlaqə itib və o Çinin ərazisinə daxil olmuşdur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan ordusunun mətbuat xidmətindən bildirilib.

Hindistanın Çin hava fəzasını pozması ilə bağlı Çinin irəli sürdüyü iddialardan bir neçə saat sonra açıqlama verən Hindistan ordusunun mətbuat xidməti bildirib ki, adi təlim uçuşu edən hind PUA-sı bəzi texniki nasazlıqlar səbəbindən yerdəki idarəetmə mərkəzi ilə əlaqəni itirdikdən sonra Səkkəm ərazisindəki demarkasiya xəttini keçib.

“Protokola uyğun olaraq Hindistan sərhəd təhlükəsizlik qoşunları dərhal Çinli həmkarlarına məsələ ilə bağlı məlumat veriblər. Hadisənin dəqiq səbəbi hələlik araşdırılır”, - deyə bəyanatda bildirilir.

Ordu.az

Teqlər: Hindistan   Çin   PUA  

Xəbər lenti

Hindistan ordusu PUA ilə bağlı bəyanat yaydı

2017/12/774_1512672431.png
Oxunub: 192     22:37     07 Dekabr 2017    