ABŞ YND sistemlərinin inkişafı üçün tədqiqatlar aparmaq istəyir

2017/12/770_1512662775.jpg
Oxunub: 139     20:05     07 Dekabr 2017    
ABŞ ordusu hazırda və gələcəkdə Yerləşdirmə, Naviqasiya və Dəqiqlik (YND) imkanlarını artıracaq, inkişaf etdirəcək tədqiqatlar aparmaq üçün təkliflər verilməsini tələb edir.

Ordu.az “Janes.com” saytına istinadən bildirir ki, məqsəd düşmənin radio tezliklərində və GPS siqnallarının dağıdıldığı ərazilərdə əsgərlərin əməliyyatlara davam etməsinə şərait yaradacaq imkanların təmin edilməsidir.

ABŞ ordusu, xüsusilə, şəhər mühitində əməliyyatların idarə olunmasında önə çıxan fərqli çətinlikləri əhatə edən yanaşmalar tələb olunduğunu vurğulayıb.

Buna nail olmaq üçün Kommunikasiya - Elektron Tədqiqat, İnkişaf və Mühəndislik Mərkəzinin komandanlığı, Enerji və İnteqrasiya İdarəsi müxtəlif sahələrə aid texnologiya və sistemlərin xüsusiyyətlərini - dizaynını, artımını, uyğunlaşdırılmasını və nümayişini həyata keçirəcək.

Ordu.az

Teqlər: ABŞ   YND-sistemləri  

Xəbər lenti

ABŞ YND sistemlərinin inkişafı üçün tədqiqatlar aparmaq istəyir

2017/12/770_1512662775.jpg
Oxunub: 140     20:05     07 Dekabr 2017    