İraq ABŞ-ın Qüdsdən geri çəkilməsini tələb edir

2017/12/345345_1512651491.jpeg
Oxunub: 182     16:54     07 Dekabr 2017    
İraq cümə axşamı günü ABŞ hökumətinin Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarından imtina etməyi tələb edib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Bu qərarla bağlı bəyanat verən İraq hökuməti qərarın bölgənin və dünyanın sabitliyini riskə atacağından narahat olduğunu bildirib.

“ABŞ administrasiyası ekstremizm və terrorizm üçün əlverişli şərait yaradacaq hər hansı addımların atılmasının qarşısını almaq üçün bu qərarını geri götürməlidir”, - deyə bəyanatda bildirilir

Xatırladaq ki, ABŞ İraqda İŞİD-ə qarşı apardığı müharibədə xüsusi rol oynayan koalisiyaya rəhbərlik edir. Hal-hazırda İraqda 5000 ABŞ hərbçisi fəaliyyət göstərir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İŞİD   ABŞ  

Xəbər lenti

İraq ABŞ-ın Qüdsdən geri çəkilməsini tələb edir

2017/12/345345_1512651491.jpeg
Oxunub: 183     16:54     07 Dekabr 2017    