Azərbaycan HDQ keçmişdən bu günə: Qarabağ müharibəsində iştirak edən Dəniz Piyada Taborumuz – FOTOLAR

2017/12/image_1512650764.jpg
Oxunub: 531     16:26     07 Dekabr 2017    
Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təşkil edib. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı.

Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi.

Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı. Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris sülh konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqları, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vəsaitlərlə təmin olunmasına köməklik olunması ilə bağlı müraciət olunmuş, 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artileriya silahları sifariş olunmuşdu. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmadı.

Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olundu. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25% hərbi gəmilərinə sahib oldu. 26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladı.

İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil oldu. Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində Azərbaycan Respublikasının milli maraqlarının qorunması və təhlükəsiz iqtisadi fəaliyyət üçün əlverişli əməliyyat şəraitinin saxlanmasını, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində enerji infrastrukturuna, üzmə vasitələrinin hərəkətinə nəzarəti və onların təhlükəsizliyinin təmin edilməsini, naviqasiya, hidroqrafiya və hidrometeorologiya təminatını həyata keçirir. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlandı.

Müharıbə dövründə isə HDQ Düşmənın hərbi dəniz qüvvələrinə qarşı mübarizə aparır, düşmənin dəniz əlaqəsini, kommunikasiyalarını və rabitəsini siradan çıxarır, dənizdə öz qoşunlarının dəniz əlaqəsini, kommunikasiyalarını və rabitəsini qoruyur, dəniz istiqamətindən sahili müdafiə edir, düşmənə dənizdən zərbə endirərək ona aid ərazilərin ələ keçirilməsini təmin edir.

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırıldı. Ağdam, Tər-Tər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 1994-cü il aprelin 19-da cəbhə bölgəsinə göndərildi və iyulun 25-də vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə döndü.

4 noyabr 1997-ci il tarixli “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı.

Döyüş hazırlığı planına əsasən Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi üzrə hər il Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və hərbi gəmilərinin iştirakı ilə Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı birgə təlimlər keçirilir. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində davamlı iş aparılır. Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və gəmiləri Silahlı Qüvvələrin yaranmasının ildönümünə həsr olunmuş hərbi paradlarda və gəmilərin təntənəli düzülüşündə və keçidində iştirak etmişdir.

Keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. Hərbi gəmiləri Azərbaycanın balansına qəbul edilməsində HDQ-nin keçmiş komandanı, kontr-admiral Rafik Əsgərov mühüm rol oynayıb. O vaxt Rusiya müəyən bəhanələrlə Bakı bazasında yerləşmiş müasir gəmiləri açıq dənizə çıxararaq Mahaçqalaya aparıb və hələ də geri qaytarmayıb.

HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-ın Sərhəd Mühafizəsi 2001-ci ildə S-201 patrul kateri və 48 futluq 3 patrul kateri bağışlayıb.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini həyata keçirir, qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlər görür, sərhəd rejimi və üzmə vasitələrinin hərəkətinə nəzarəti və onların təhlükəsizliyini, habelə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində neft-qaz platformaları və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edir.

Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Hazırda AAHDM Amerikanın Sahil Mühafizəsi Akademiyası ilə əməkdaşlıq edir.

Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə 2003-cü ildən AAHDM-nin nəzdində gəmi şturmanı, suüstü gəmilərin silahları, suüstü gəmilərin rabitə və radiotexniki vasitələri, gəmi-dizel və dizel elektrik enerji qurğuları ixtisasları üzrə 10 aylıq zabitlər kursu fəaliyyət göstərir.

Azərbaycanla ABŞ arasında imzalanmış hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində də əsas yeri Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsi tutur. İş Planı çərçivəsində Azərbaycan HDQ-nin xüsusi təyinatlılarına xüsusi hərbi dəniz əməliyyatları, dəniz enerji infrastrukturlarının təhlükəsizliyini təmin etmək, minadan təmizləmə əməliyyatları, Xəzər dənizində istənilən şəraitdə gəminin yoxlanılması, gəmiyə daxil olma, axtarış və zəbt etmə əməliyyatlarına hazırlamaq, sualtı əməliyyatlar və sahilyanı kəşfiyyat həyata keçirmək imkanı və s. sahədə təlimlər keçirilir.

Hərbi Dəniz Qüvvələri olmadan milli maraqlar, dəniz sərhədlərinin təhlükəsizliyi və suverenliyin qorunması haqqında danışmağa dəyməz. Dənizdən ola biləcək təhdidlərin qarşısının alınması, Azərbaycan dövlətinin və müttəfiqlərinin maraqlarının və təhlükəsizliyinin zəmanətli qorunması, Hərbi Dəniz Qüvvələrimizin hərbi potensialının və fəaliyyətinin əsasını təşkil etməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Azərbaycan   HDQ  

Xəbər lenti

Azərbaycan HDQ keçmişdən bu günə: Qarabağ müharibəsində iştirak edən Dəniz Piyada Taborumuz – FOTOLAR

2017/12/image_1512650764.jpg
Oxunub: 532     16:26     07 Dekabr 2017    