Əməliyyatda erməni əsgərin ürəyi iki dəfə dayanıb - Gizlədilən yaralı əsgər danışdı

2017/12/top_4537947297.jpg
Oxunub: 297     16:17     07 Dekabr 2017    
"Əsgər yoldaşlarım məni 800 metrədək daş və torpaq arasından əlləri ilə sürüyərək aşağı endiriblər. Həmişə ön xətt mövqelərində səslər gəlirdi, ancaq hadisə günü eşidilən səs bir az daha fərqli və yaxın səs idi. Silahların doldurulması və ayaq səsləri kimi səslər eşitdim. Müşahidə aparmaq üçün görünməmək şərti ilə qismən qalxdım, dönən məqamda atəş açdılar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər veri ki, 2017-ci il iyunun 2-də işğal altında olan Qarabağda qondarma qurumun Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissəsində 10 ay xidmət etdikdən sonra çavuş Levon Qazaryan qoşunların təmas xəttinin Talış istiqamətində döyüş növbətçiliyini dəyişərkən yaralanıb.

O, səslər eşitdiyini və posta "diversiya" həyata keçirildiyini, hücum edildiyini düşünərək qarşısını almaq istədiyini bildirib. Təxribatçı əsgərin sözlərinə görə, yaralandıqdan sonra avtomobil yolu olmadığına görə əsgər yoldaşları onu 800 metrədək məsafədə daş və torpaq arasından əlləri ilə sürüyərək aşağı endiriblər. Oradan maşınla Ağdərədəki hərbi hospitala aparılıb. Atası Aleksan Qazaryanın dediyinə görə, onu Ağdərədə əməliyyat edərək, ağciyər və qaraciyərindən əməliyyat ediblər.

Yaralı erməni əsgəri Levon Qazaryanın əməliyyatı 5 saat davam edib. Əməliyyat zamanı 2 dəfə ürəyi dayanıb. Onun ağciyərinin bir hissəsi çıxarılıb, müxtəlif nahiyyələrində qırıqları olub. Vəziyyəti ağır olduğundan süni nəfəsalmaya qoşularaq hava nəqliyyatı ilə İrəvana təxliyyə edilib. İrəvan hospitalının reanimasiya şöbəsində 2 ay müalicə olunub. Onun yaralanması haqqında ailəsinə hərbi komissarlıq məlumat verib. Bir illik xidmət müddətindən sonra hərbi xidmətə yararlı olmadığına görə təxris edilib.

Əlillik dərəcəsi almaq üçün Üçmüədzin şəhər sosial təminat şöbəsinə müraciət edib. Komissiya müayinə etdikdən sonra ona əlillik dərəcəsinin verilməsi müraciətini rədd edib. Komissiya heyəti izah edib ki, bundan öncəki qanunla əlillik dərəcəsi verilə bilərdi, ancaq qanunda baş vermiş son dəyişikliyə görə əlillik dərəcəsi düşmür. Həkimlər onun valideynlərinə deyib ki, şükür et ki, övladın əlil olmayıb. Ancaq valideynlər deyir ki, sağlam vermişəm, sağlam qaytarın, onun döş qəfəsində 50-dək tikiş var və ağciyərinin yarısı yoxdur.

Yaralı erməni əsgərinin valideynləri sakit olsalar da, onların qohumları yaranmış vəziyyətə narazılıq bildirib. Onlar tələb edir ki, bəs hər ay maaşlarımızdan hərbi qulluqçulara sığorta adı ilə tutulan 1000 dram vəsaiti kimə verirlər, yaralı Levon Qazaryana heç bir sığorta vəsaiti verilməyib.

Atası banklardan məcbur kredit götürməklə müalicə xərclərini ödəyir.

Yaralı erməni əsgərin atası bildirib ki, nə müdafiə nazirliyindən, nə də qulluq etdiyi Ağdərədəki hərbi hissəsindən heç kim maraqlanmayıb. Heç bir dövlət yardımı edilməyib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Qarabağ  

Xəbər lenti

Əməliyyatda erməni əsgərin ürəyi iki dəfə dayanıb - Gizlədilən yaralı əsgər danışdı

2017/12/top_4537947297.jpg
Oxunub: 298     16:17     07 Dekabr 2017    