Estoniya XİN: Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqik

2017/12/0456456_1512647609.jpg
Oxunub: 216     15:51     07 Dekabr 2017    
"Estoniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir".

Ordu.az xəbər verir ki, bu barədə Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının açılış mərasimində Avropa Birliyinə rəhbərlik edən Estoniyanın xarici işlər naziri Sven Mikser deyib.

"Biz Dağlıq Qarabağ, Gürcüstan və Moldova kimi uzun müddət davam edən münaqişələrin sülh yolu ilə həllinə sadiq qalmağı çox vacib hesab edirik" - deyə Mikser bildirib.

Mikser, təşkilatın fəaliyyətinin genişlənməsi və təşkilatın əhəmiyyətli fəaliyyəti üçün ATƏT-də güclü və müstəqil qurumların mövcudluğunu vacib hesab etdiyini vurğulayıb. O, həmçinin bildirib ki, ATƏT-in əsas vəzifələrindən biri təşkilata üzv ölkələrin ərazilərində yaşayan 1 milyarddan artıq insanların təhlükəsizliyinin təmin olunmasıdır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Estoniya   Qarabağ  

Xəbər lenti

Estoniya XİN: Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqik

2017/12/0456456_1512647609.jpg
Oxunub: 217     15:51     07 Dekabr 2017    