Britaniya müdafiə naziri: “Ölü terrorçular bizə zərər verə bilməzlər”

2017/12/409050264324234_1512644191.jpg
Oxunub: 172     14:50     07 Dekabr 2017    
“İŞİD sıralarında vuruşmaq məqsədilə Britaniyanı tərk edənlərin sayı əhəmiyyətli dərəcədə artır”.

Ordu.az saytının “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya müdafiə naziri Qevin Uilyamson açıqlama verib.

Statistik açıqlamalardan narahatlığını dilə gətirən nazir bildirib ki, İŞİD-ə qoşulan hər bir Britaniya vətəndaşı məhv edilməli və ölkəyə geri dönməsinin qarşısı alınmalıdır.

Qevin Uilyamson bəyan edib ki, Suriya və İraqda fəaliyyət göstərən britaniyalı terrorçular Birləşmiş Krallığın milli təhlükəsizliyini təhlükəyə atırlar.

Məlumat üçün qeyd edək ki, təxminən 300-ə yaxın Britaniya vətəndaşı terrorçulara qarşı müharibədə iştirak etmək məqsədilə ölkəni tərk edib. Onlar, xüsusilə, İŞİD-in propaqandasından məsuldurlar. Bundan başqa, daha 1000 britaniyalı İŞİD-ə qoşulmaq məqsədilə döyüş zonasına gedib. Onlardan yarısının geri döndüyü, 100 nəfərin isə öldüyü bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İŞİD   Britaniya  

Xəbər lenti

Britaniya müdafiə naziri: “Ölü terrorçular bizə zərər verə bilməzlər”

2017/12/409050264324234_1512644191.jpg
Oxunub: 173     14:50     07 Dekabr 2017    