Türkiyə “Harrier”lər almağı planlaşdırır

2017/12/045645645645_1512643411.jpg
Oxunub: 256     14:41     07 Dekabr 2017    
Türkiyə “Şimşək” II Müştərək Hücum Qırıcılarının sürətli qalxan və şaquli enən (TQDE) versiyası olan F-35B-lər hazır olana qədər “Harrier” qırıcılarını almağı planlaşdırır.

Ordu.az “Janes” agentliyinə istinadən xəbər verir ki, Türkiyə bir müddət öncə 19-20 ədəd TQDE versiyalı F-35B almaq istəyini ABŞ-a bildirib.

Bu haqda Türkiyə və qərb sənaye mənbələrindən məlumat əldə edən agentlik əlavə edir ki, bu qırıcılar “Lockheed Martin”dən alınması planlaşdırılan 100 ədəd F-35A-ya əlavədir.

Türkiyə əvvəlcə “Harrier” almaqla bağlı Birləşmiş Krallıqla danışıqlar aparsa da, daha sonra ABŞ dəniz piyadalarının inventarında olan AV-8B üçün ABŞ-a müraciət edib. Çünki sözügedən təyyarələr 2010-cu ildən etibarən Böyük Britaniyanın silahlı qüvvələrində istifadə olunmayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Harrier  

Xəbər lenti

Türkiyə “Harrier”lər almağı planlaşdırır

2017/12/045645645645_1512643411.jpg
Oxunub: 257     14:41     07 Dekabr 2017    