Yaponiya HÖMQ-ü qanadlı raketlərlə təchiz etməyi düşünür

2017/12/2929456456_1512636530.jpg
Oxunub: 187     12:44     07 Dekabr 2017    
Yaponiya Hava Özünü Müdafiə Qüvvələrini (HÖMQ) uzaq mənzilli qanadlı raketlərlə təchiz etməyi düşünür.

Ordu.az Asahi.com saytına istinadən xəbər verir ki, bu raketlər Şimali Koreya ilə baş verə biləcək fövqəladə hallarda düşmən nəqliyyat vasitələrini və hərbi qurğularını vurmaq imkanına malikdir.

Yaponiya hökuməti 2018-ci ilin büdcə planında təkliflərin hazırlanması üçün xüsusi tədqiqatların maliyyələşdirilməsinə əlavə vəsait ayırmaq qərarına gəlib.

Lakin bu tipli uzaq mənzilli raketlərin istifadəsi hökumətin HÖMQ-ü sadəcə müdafiə məqsədilə istifadə etmək siyasətinə zidd ola bilər.

Qurudan və ya gəmidən atılan, yaxud yayşəkilli trayektoriya ilə hərəkət edən ballistik raketlərdən fərqli olaraq, özü hərəkət edən qanadlı raketlər daha aşağı yüksəklikdə uçur.

Hal-hazırda baxışı keçirilən qanadlı raketlər ABŞ istehsallı JASSM-ER və Norveç istehsalı olan JSM-dir. Hər iki raket qırıcılardan atılır.

JASSM-ER HÖMQ-nin əsas qırıcısı olan F-15-ə, JSM isə F-35-lərə quraşdırılacaq.

Hökumət rəsmisinin açıqlamasına görə layihə uzaq adaları müdafiə etmək məqsədi daşıyır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: HÖMQ   Yaponiya  

Xəbər lenti

Yaponiya HÖMQ-ü qanadlı raketlərlə təchiz etməyi düşünür

2017/12/2929456456_1512636530.jpg
Oxunub: 188     12:44     07 Dekabr 2017    