KXDR XİN: Pxenyan müharibədən gizlənməyəcək

2017/12/56456456456ghjkh_1512635316.jpg
Oxunub: 153     12:25     07 Dekabr 2017    
Amerika yüksək çinli məmurlarının fikirləri və ABŞ-la Cənubi Koreya arasında keçirilən hərbi təlimlər Vaşinqtonun Koreya yarımadasında müharibəyə səbəb olmaq istəyindən xəbər verir, KXDR isə bu müharibədən gizlənməyəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Son vaxtlarda ABŞ KXDR-ə qarşı ən irimiqyaslı hərbi hava təlimləri keçirdiyi müddətcə, inların yüksək çinli siyasətçiləri bir-birinin ardınca aqressiv ifadələrə yol verərək həyəcan təbili çalırlar”, - deyə KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirərək siyasətçilərin sözlərinin KXDR-ə qarşı müharibəyə hazırlıq xəbərdarlığından başqa heç bir şəkildə şərh edilə bilməz.

KXDR XİN nümayəndəsi qeyd edib ki, Şimali Koreya müharibə arzulamır, ancaq ondan gizlənməyə də hazırlaşmır.

“ABŞ prezidenti Donald Trampın yaxın əhatəsində olan insanlar tərəfindən bildirilən ehtiyatsız ifadələr, həmçinin ABŞ-ın şüursuz hərbi manevrləri Birləşmiş Ştatların cari administrasiyasının Koreya yarımadasında müharibə yaratmaq istəyindən xəbər verir”, - deyə KXDR XİN nümayəndəsi bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   ABŞ  

Xəbər lenti

KXDR XİN: Pxenyan müharibədən gizlənməyəcək

2017/12/56456456456ghjkh_1512635316.jpg
Oxunub: 154     12:25     07 Dekabr 2017    