Bombardumançı rus təyyarələri Sakit okean üzərində uçuşlar keçirib

2017/12/1043477947345345_1512629627.jpg
Oxunub: 135     10:52     07 Dekabr 2017    
Rusiya Aerokosmik Qüvvələrinin iki ədəd Tu-95MS strateji raket daşıyıcısı Sakit okeanın qərb hissəsinin neytral sularında 8 saatlıq uçuş həyata keçirib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Uzaq məsafə aviasiyasının uçuşu İndoneziya Respublikasının “Biak” aerodromundan həyata keçirilib. Uçuşun davametmə müddəti 8 saatdan çox olub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin uzaq məsafə aviasiyası davamlı olaraq Arktika, Şimali Atlantika, Qara Xəzər dənizləri, həmçinin sakit okean üzərində nəzarət-müşahidə uçuşları həyata keçirir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Tu-95MS   Sakit-okean  

Xəbər lenti

Bombardumançı rus təyyarələri Sakit okean üzərində uçuşlar keçirib

2017/12/1043477947345345_1512629627.jpg
Oxunub: 136     10:52     07 Dekabr 2017    