Varlılara azadlıq, kasıblara azadlıqdan məhrumetmə? - ANALİZ

2017/12/ermenistan-respublikasi-prezidenti-sarkisyan-dagliq-qarabagda3454_1512562945.jpg
Oxunub: 344     16:17     06 Dekabr 2017    
Dünən Ermənistan parlamentində “Müəyyən olunmuş qaydaları pozaraq müddətli hərbi xidmət keçməyən vətəndaşlar haqqında” qanunda dəyişiklik edilməsi layihəsi müzakirə edilib. Qanun layihəsini təqdim edən erməni deputatlar onun müddətinin 31 dekabr 2019-cü ilədək uzadılmasını təklif ediblər.

Ermənistandan kənarda olan hərbi xidmətdən yayınan erməni vətəndaşlar, qanunu pozanlar hesab olunur və onlara qarşı cinayət işi qaldırılaraq, axtarışa verilirlər. Bu qanunun qəbul olunmasında məqsəd çağırış yaş həddini başa vurmuş, 27 yaşı tamam olan, kənarda yaşayan Ermənistan vətəndaşlarının pul ödəməklə cinayət axtarış məsuliyyətindən azad edilməsidir. 2003-cü ildən qəbul edilmiş və 2004-cü ildən qüvvədə olan bu qanunun tətbiqindən 9147 erməni vətəndaşı yararlanıb. Bu illər ərzində dövlət büdcəsinə 10 milyard dramdan çox maddi vəsait daxil olub. Erməni parlamentinə təqdim edilən hesabata görə, 12 min erməni vətəndaşı hərbi xidmətdən yayındığına görə axtarışdadır. Bu qanunun müddətini uzatmaqla onlara Ermənistana geri qayıtmaq imkanı verilir.

Yeni qanuna görə, haqqında axtarış elan edilən şəxsin Ermənistana geri qayıtması məcbur deyil. O, haqqında elan olunmuş axtarışın dayandırılması üçün səlahiyyətli şəxsi vasitəsilə də müraciət edə bilər.

Belə çıxır ki, Ermənistanı bu şəxsin qayıtması yox, onun tərəfindən ödəniləcək pul maraqlandırır. Pula üstünlük verildiyi, digər bir dəyişiklikdən də məlum olur. Əgər qüvvədə olan qanuna görə istənilən çağırış üçün 100 min dram ödəmək tələb olunurdusa, indi yeni qanunda bu rəqəm 2 dəfə artırılaraq 200 min dram miqdarında təyin edilir. Beləliklə, bütövlükdə xidmətdən yayınma illərinə görə cəmi 18 çağırış üçün 3,6 milyon dram ödəmək tələb edilir. Qanun layihəsini təqdim edən erməni deputat isə qanunun xoşməramlı, humanizm təyinatlı olduğunu iddia etməyə çalışıb. Guya bir çox erməni gənclər geri Ermənistana qayıtmaq üçün bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyiblər.

Müdafiə nazirinin müavini Artak Zakaryan isə hərbi xidmətdən yayınmaq üçün əsas yaradan bu qanun layihəsinin ümumiyyətlə əleyhinə olduğunu gizlədə bilməyib. Ancaq bununla yanaşı hamı qanun layihəsinin qəbul olunmasının lehinədir. Yəqin hesablayıblar ki, hərbi xidmətdən yayınan 12 min axtarışda olan vətəndaşların hamısı təyin olunan 3,6 milyon dramı ödəyərsə, bu 80 milyon dollara bərabər olacaq. Əgər bu baş verərsə o qədər də pis hal deyil. “Yelk” fraksiyasından olan erməni deputat isə gənclərin Ermənistana qayıtmasının daha vacib olduğunu qeyd edib. Onun fikrinə görə, qayıtmaq niyyətində olmayan erməni vətəndaşlara bu qanunda kömək etməyəcək. Söhbət qaçqın kimi ABŞ-da və Aİ ölkələrində qaçqın kimi status alanlardan gedir. Onlar üçün bu qanun varlığı və ya olmaması heç bir fərq etmir. Artıq vətəndaşlıq alanlar isə, Ermənistana qayıtmaq haqqında düşünmür, qayıtmaq istəsələr belə buna görə 6 min avrodan çox vəsait ödəmək niyyətində deyillər. Bu qanun ən çox Rusiyada yaşayanlara aiddir. Çünki, onlar rəsmi orqanlara müraciət edə bilmirlər, əgər rəsmi müraciət etsələr axtarışda olduqları məlum olacaq. Rusiyada belə adamlar yarım leqal şəraitdə yaşayırlar və əsasən qeydiyyatsız işləyirlər.

Daha bir vacib məqam var. Ədalət deyilən məsələ havadan asılı vəziyyətdə qalır. Hesab edək ki, 2 gənc hərbi xidmətdən yayınıb, Rusiyada yaşayır və Ermənistana qayıtmağa qərar verirlər. Onlardan birinin pulu var, cəriməni ödəyir və cinayət axtarışı məsuliyyətindən azad olur. Digərinin pulu olmadığına görə azadlıqdan məhrum edilir. Belə olan təqdirdə, Ermənistanın yenidən kasıblar üçün olmadığını, varlıların azadlıqda, kasıbların həbsdə olduğunu sübut etməyə ehtiyac qalmır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Hərbi-xidmət   Fərarilik  

Xəbər lenti

Varlılara azadlıq, kasıblara azadlıqdan məhrumetmə? - ANALİZ

2017/12/ermenistan-respublikasi-prezidenti-sarkisyan-dagliq-qarabagda3454_1512562945.jpg
Oxunub: 345     16:17     06 Dekabr 2017    