Dünyanı lərzəyə gətirən Nüvə çantaları – ABŞ (Araşdırma+Fotolar) - II Yazı

2017/12/56756756756_3025120590.jpg
Oxunub: 411     15:32     06 Dekabr 2017    
ABŞ prezidentinin nüvə çantası (ingiliscədən tərcumədə ümumi adı: nüvə futbol topudur, amma Prezidentin Fövqəladə Çantası və ya Düymə də adlandırırlar) - ABŞ prezidenti nüvə silah istifadə etmək barədə əmr verməsinə imkan yaradan rabitə cihazından ibarət xüsusi çantadır.

İlk Amerika nüvə çantaları, amerikan futbolunda istifadə olunan beysbol topuna bənzədiyinə görə, bu çantanı nüvə futbol topu da adlandırırlar.

ABŞ prezidentinin stasionar komanda məntəqəsindən kənarda olduğu hallarda ölkənin strateji müdafiə sistemini, yəni nüvə arsenalını idarə edəcək mobil rabitə nöqtəsi funksiyasını yerinə yetirir. Təbii ki, ABŞ prezidentinin nüvə çantasının çalışma prinsipi və məzmunu dövlət sirridir, lakin bununla bağlı bir sıra məlumatlar müvcuddur.

Ehtimal olunur ki, çantada peyk radio ötürücüsü və prezidentin nüvə silahından istifadə etməsinə dair qərar qəbul etmək üçün təlimat var. Bu təlimatda mümkün nüvə zərbəsinin endirilməsi variantları və cavab zərbəsindən sonrakı fövqəladə vəziyyətdə hərəkət planına aid tövsiyələr öz əksini tapır. Bu çantalar prezidentin özündə saxlanılan və hər gün yenilənən kodlara sahibdir. Bu kodlar vasitəsilə ABŞ prezidenti nüvə silahından istifadə haqqında qərar qəbul edərək bu barədə Silahlı Qüvvələr komandanlığına əmr verir. Təlimatda tövsiyə edilən variantlar isə ABŞ-ın İnteqrasiya edilən Vahid Əməliyyat Planının (SIOP) bir hissəsidir.

Ağ Evin Hərbi İdarəsinin keçmiş direktorlarından birinin sözlərinə görə, çantada olan "Qara kitab", mümkün cavab hərəkətlərinin ssenarilərini, prezidentin əsas, ehtiyat və əlavə təxliyə yerlərini, təcili xəbərdaretmə sistemi barədə təlimatı və tanınma kodları olan kartı özündə əks etdirir.

Bəzi qaynaqlar iddia edir ki, çantada həmçinin Fövqəladə Xəbərdaretmə Sisteminin (EAS) aktivləşdirilməsi üçün avadanlıq və protokollar da mövcuddur.Bu iddialar ağlabatandır, çünkü Federal Rabitə Agentliyi prezident tərəfindən fövqəladə vəziyyət elan edildikdən 10 dəqiqə sonra dövlət başçısının xalqa müraciətini təmin etməlidir.

Nüvə çantası Zero Halliburton şirkəti tərəfindən güllə keçirməyən titan metaldan hazırlanır, qara dəri üzlüklə üzlənir. Çəkisi təxminən 18 kiloqram ağırlığında olur. Çantanın dəstəyinə yaxın peyk ötürücüsünün kiçik bir anteni görünür.

Nüvə çantası vasitəsilə ABŞ-ın nüvə silahının dərhal istifadəsinə dair əmr vermək mümkündür. Ali Baş Komandan kimi ABŞ prezidenti nüvə silahından istifadə etmək qərarına gəlibsə, ABŞ prezidentinin mühafizəsi prezidentin köməkçisi tərəfindən çantanın açılmasının təhlükəsizliyini təmin edir. Bundan sonra, ABŞ prezidenti və prezidentin köməkçisi mövcud variantları nəzərdən keçirir. Prezident zərbənin bir qanadlı raketlə və ya kütləvi zərbə ilə endiriləcəyinə dair qərar verir.

Bundan sonra prezident, ilk zərbədirsə Pentaqon ilə, cavab zərbəsidirsə uçan komanda məntəqəsi olan Boinq-E-4B təyyarəsilə ilə əlaqə yaradıb, xüsusi tanınma kodunu aktivləşdirərək nüvə silahından istifadə etmək barədə əmr verir. Nüvə çantasının daşınması ABŞ prezidentinin dəyişən xüsusi köməkçiləri tərəfindən həyata keçirilir. Bu köməkçilər ABŞ Silahlı Qüvvələrində xidmət edən, tətbiq olunan ən yüksək və hərtərəfli “Yankee White” yoxlamasını keçən baş zabitlərdən təyin olunur.

Köməkçi daim silahlıdır. O, hər zaman prezidentin dərhal çantaya çıxışını təmin etmək üçün daim prezidentlə birlikdə olmalıdır. Bunun nəticəsi olaraq, nüvə çantasın daşıyan zabit - köməkçi hər zaman istər quruda, istər havada, istər suda, istərsə də avtomobildə prezidentın ən yaxınlığında olur. Prezident yatanda belə köməkçi- zabit ən yaxınlığdakı otaqda döyüş növbətçiliyi rejimində xidmət aparır.

Nüvə çantası ilk dəfə ABŞ-da prezident Duayt Eyzenhauerin zamanında ortaya çıxdı. Lakin prezident Con Kennedinin Karib hövzəsi və Kuba böhranı zamanı şəxsən nüvə arsenalının Alı Baş Komandanın tam nəzarətində olmasına şübhə ilə yanaşmasından sonra yenilənərək, indiki formasına salındı. Onun ehtiyat etdiyi iki faktor var idi. Birincisi, nüvə silahından prezidentin razılığı olmadan istifadə edilə biləcəyindən, ikincisi, özu komanda məntəqəsində olmadıqda belə bir əmri verə bilməyəcəyindən ehtiyatlanan Kennedi çantanın təkmiləşməsi barədə göstəriş verir. Nəticədə ABŞ-ın nüvə arsenalını idarə edən çantanın indiki variantı yaradıldı.

ABŞ-in nüvə çantası ilə bağlı tarixdə bir neçə maraqlı faktlar mövcuddur.

Prezident Cimmi Karter şəxsi tanınma kodunu pencəyinin cibində, Ronald Reyqan isə pul cüzdanında gəzdirirdi.

Cimmi Karterin şəxsi tanınma kodunu pencəyi ilə kimyəvi təmizləməyə verməsi faktı ictimaiyyətə məlumdur.

Bir neçə dəfə çantanın prezidentlərin - Fordun, Karterin, Buşun və Klintonun əli çatmayan yerdə və qorumasız olduğunun görüntüləri də mətbuatda yayımlanıb. Bütün bu vəziyyətlər təhlükəsiz halda sonlanıb.

Prezident Reyqanın həyatına sui-qəsd olarkən isə, çantanın ondan çox uzaqda qaldığı hər kəsə məlumdur.

2000-ci ildə General Hyu Sheltonun sözlərinə görə, giriş kodlarını saxlayan köməkçilərdən biri kodların bir neçə ay əvvəl itirildiyini etiraf edib.

Bəzi məlumatlara görə, 2001-ci il sentyabrın 11-də baş verən hücumlar zamanı prezident Corc Buş təyyarəsində nüvə çantasını açaraq fövqəladə vəziyyətdə hökumətin hərəkətləri barədə təlimatla ətraflı tanış olub.

Bildirim ki, qitələrarası ballistik raketlərin sürəti saatda 27 min kilometrə yaxındır. Rusiya ilə ABŞ arasındakı məsafəni raket 25-30 dəqiqəyə qət edir. Sualtı qayıqları hədəflərə yaxın sularda yerləşdirərək, raketin hədəfə uçuş vaxtını 12 dəqiqəyə qədər azaltmaq mümkündür. Bu isə o deməkdir ki, buraxılan raketin dəqiq nüvə zərbəsi olduğunu dəqiqləşdirməyə və qərar verməyə sadəcə bir neçə dəqiqə var. Əvvəllər nüvə silahının tətbiq olunması barədə əmr Ağ Ev və ya Kremldən verilə bilirdi. Bu isə raketin uçuş vaxtı ilə müqayisədə çox gec olurdu.

Prinsipcə, bu çantaların iş prinsipi Rusiyada istifadə edilən "Kazbek " avtomatik idarəetmə sisteminin "Çeqet" abunə kompleksi ilə oxşardır. Bu çantalar bir rabitə vasitəsidir. Sadəcə nüvə silahının tətbiq olunması barədə əmr bu çantalarda olan rabitə vasitəsilə verilir. Daxilində "qırmızı düymə" olsa belə bu çantalardan raket buraxılışı həyata keçirilmir. Raket buraxılışı sadə bir düymə ilə həyata keçiriləcək proses deyil və bunu sadəcə bir çantaya bağlamaq da yanlış olardı. İstənilən raket buraxılışı çoxsaylı yardımçı sistemlərin yoxlanılmasından və hazırlığının təsdiqlənməsindən sonra baş tutur.

Rusiya və ABŞ nüvə çantalarının fərqli cəhətləri də var. ABŞ-ın nüvə çantası titan qutuda yerləşdirilib, daxilində 30 səhifəlik təlimat və rabitə vasitəsi var, kod açarla bağlanır və plastik tanınma kartı ilə açılır.

Rusiyadakı çanta diplomat formasında hazırlanıb və daha az diqqəti cəlb edir. Daxilində rabitə vasitəsindən başqa raketlərin buraxılış kodları da çantada saxlanılır. ABŞ-da isə raketlərin buraxılış kodları prezidentin özündə saxlanılır. ABŞ-da nüvə silahının tətbiq olunması barədə əmri ancaq prezident şəxsən verə bilər. Rusiyada isə, prezidentin verdiyi əmr müdafiə naziri və Baş Qərargah rəisi tərəfindən təsdiqləndikdən sonra nüvə zərbəsi endirilə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Nüvə-çantaları   ABŞ  

Xəbər lenti

Dünyanı lərzəyə gətirən Nüvə çantaları – ABŞ (Araşdırma+Fotolar) - II Yazı

2017/12/56756756756_3025120590.jpg
Oxunub: 412     15:32     06 Dekabr 2017    