1941: Gecə boyunca ruslara işgəncə veririk - Məktublardan seçmələr

2017/12/pic_4223769b5645_1512210053.jpg
Oxunub: 397     14:15     02 Dekabr 2017    
Hitler Almaniyasının əsgərləri hər zaman soyuqqanlı davranmağa və düşmənə qarşı mərhəmətsiz olmağa öyrədiliblər. Bunun əyani süubutlarından biri isə II Dünya Müharibəsi zamanı alman əsgərlərinin evlərinə yazdıqları məktublardır.

Ordu.az saytı 1941-ci ildə SSRİ torpaqlarında vuruşan alman əsgərlərinin müharibəni necə təsvir etdiklərinə dair evlərinə yazdıqları məktublardan bir neçəsini təqdim edir.

113-cü piyada divizyasının sıravisi Rudolf Lanqe:

“Mir qələbəsindən Stolbsova (Brest vilayətinin rayon mərkəzi – red.) çatana qədər yerli əhali ilə pulemyotların dili ilə danışdıq. Qışqırıqlar, fəryadlar, qan, göz yaşı və çoxlu cəsədlər... Biz onlara qarşı heç bir məhəmət hiss etmirik. Hər yaşayış məntəqəsində, hər kənddə insan görərkən əllərim qaşınır. Kütlə içərisində tapançadan atəş açmaq istəyirəm. Ümid edirəm ki, tezliklə SS bölmələri buraya gələ və bizim edə bilmədiklərimizi gerçəkləşdirərlər”.

Efreytor Tsoxelin məktubu:

“İyulun 25-i. Qaranlıq gecədir. Ulduzlar yoxdur. Gecə boyunca ruslara işgəncə veririk”.

Ober-ofreytor Yohannes Herder yazırdı:

“25 avqust. Əl qumbaralarını yaşayış evlərinə atırıq. Evlər çox tez yanır. Alov qısa zamanda digər komalara doğru can atır. Gözəl mənzərədir. İnsanlar ağlayırlar, onların göz yaşlarına gülməyimiz gəlir”.

35-ci atıcı polkun unter-zabiti Heyns Klinin gündəliyindən:

“1941-ci ilin 29 sentyabrı... Feldfebel hər insanı kəlləsinə atəş açaraq öldürürdü. Bir qadın yalvarırdı ki, onu öldürməsinlər, amma rəhm etmədilər. Mən özümə təəccüblənirəm – bütün bu hadisələri soyuqqanlılıqla izləyə bilirəm... Üzümün ifadəsini dəyişmədən feldfebelin rus qadınlarını necə öldürməsini izləyirdim. Hətta bunu izləyərkən məmnunluq hiss etdim...”

Ober-yefreytor Hans Rittelin gündəliyindən:

“12 oktabr 1941. Daha çox öldürdükcə bunu etmək daha da asanlaşır. Uşaqlığımı xatırlayıram. Nəvazişkar idimmi? Qətiyyən. Daşürəkli olmaq lazımdır. Nəticədə biz rusları məhv edirik – onlar asiyalılardır. Dünya bizə minnətdar olmalıdır... Bu gün düşərgənin şübhəlilərdən təmizlənməsində iştirak etdim. 82 nəfəri güllələdik Onların arasında sarı saçlı, şimal tipli bir gözəl qadın var idi. Kaş ki, o, alman olardı. Biz – Mən və Karl onu saraya apardıq. O qışqırır və ağlayırdı. 40 dəqiqədən sonra isə qadını güllələdik...”

Sıravi Henrix Tivelin gündəliyindən qeyd:

“29.10.1941: Mən, Henrix Tivel qarşıma müharibədə heç bir ayrıseçkilik etmədən 250 nəfər rus, yəhudi, ukraynalı öldürmək məqsədi qoymuşam. Əgər hər əsgər bu qədər öldürsə, cəmi bir aya Rusiyanı məhv edərik, hər şey bizə - almanlara qalar. Fürerin çağırışına əməl edərək bütün almanları bu məqsədə səsləyirəm”.

Leytenant Haynın cəsədinin üzərindən tapılan məktub:

“Parisdə hər şey daha asan idi. O bal ayı günlərini xatırlayırsanmı? Ruslar müqavimət göstərirlər, kəndirlə bağlamaq lazım gəlir. Əvvəlcə bu zibil iş mənim xoşuma əglirdi, amma indi ruslar bədənimi cırmaqlayır, dişləyirlər və daha özümə əziyyət vermirəm – tapançanı alına dayayırsan, darağı beyinə boşaldırsan... Burada bizimlə heç yerdə misli görünməmiş hadisə baş verib: rus qızcığaz özünü və ober-leytenant Qrossu partladıb. Artıq bütün qadınları soyundurur, axtarış aparır, sonra isə... Bundan sonra onları kölgəsi belə gözə dəymir”.

Yefreytor Menqin həyat yoldaşı Fridaya məktubundan:

“Əgər mənim hələ də Fransada olduğumu düşünürsənsə, yanılırsan. Artıq Şərq cəbhəsindəyəm... Biz kartof və rusların əlindən aldığımız digər tərəvəzlərlə qidalanırıq. Toyuqlara gəlincə isə, artıq onlar gözə dəymir... Bir sirrin üstünü açdıq. Ruslar var-dövlətlərini qarın içində gizlədirlər. Bu yaxınlarda qarın içində duzlu donuz əti və salo (donuz piyi – red.) ilə dolu çəllək tapdıq. Həmçinin bal, isti paltarlar və kostum üçün material da aşkarlamışıq. Gün ərzində dəfələrlə belə hadisələrlə qarşılaşırıq... Burada yaşından, cinsindən, 10, 20 və ya 80 yaşda olmasında asılı olmayaraq hər rus bizim düşmənimizdir. Onların hamısı məhv olanda, daha rahat və sakit olacağıq. Rusiya əhalisi yalnız məhv olmağı haqq edir. Onların hamısını bir nəfərədək güllələmək lazımdır”.

123-cü alman piyada diviziyasının komandanının 1941-ci ilin 16 avqustunda verdiyi əmrdən:

“Ən qəddar cəza tədbirlərindən istifadə etmək tövsiyə olunur. Məsələn, hər kəs görüsün deyə, öldürülənləri meydanlarda asmaq. Bu barədə yeri əhaliyə məlumat vermək. Asılan adamların üzərində isə rus dilində yazılan qeyd olmalıdır: burada filankəsov filankəs asılıb”.

Ağalar Qəribov
Ordu.az

Teqlər: 1941   II-Dünya-müharibəsi  

Xəbər lenti

1941: Gecə boyunca ruslara işgəncə veririk - Məktublardan seçmələr

2017/12/pic_4223769b5645_1512210053.jpg
Oxunub: 398     14:15     02 Dekabr 2017    