Cocuq Mərcanlıda 41600 kv.m. ərazi təmizlənib - FOTOLAR

2017/12/anama_cocuq_mercanli_02122017_(1)_1512194309.jpg
Oxunub: 269     09:57     02 Dekabr 2017    
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 41 600 kv.m (4.16 ha) ərazi tam təmizlənib.

Bu barədə Ordu.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən məlumat verilib.

Qeyd olunur ki 16 400 kv.m (1.64 ha) ərazi xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 58 000 kv.m (5.80 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 15 gün ərzində kənd ərazisində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 434 746 kv.m (43.47 ha) ərazi tam təmizlənib, 145 700 kv.m (14.57 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 580 446 kv.m (58.04 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ordu.az

Foto

Teqlər: Cocuq-Mərcanlı   ANAMA  

Xəbər lenti

Cocuq Mərcanlıda 41600 kv.m. ərazi təmizlənib - FOTOLAR

2017/12/anama_cocuq_mercanli_02122017_(1)_1512194309.jpg
Oxunub: 270     09:57     02 Dekabr 2017    