Axı niyə biz Rusiyaya qarşı sanksiya tətbiq etməliyik? – Amerikalı ekspert (ÖZƏL)

2017/12/234_1512137259.jpg
Oxunub: 634     17:52     01 Dekabr 2017    
Tomas Raskin
Milli qanunvericilik üzrə Dostlar Komitəsində (Friends Committee on National Legislation - FCNL) Yaxın və Orta Şərq siyasəti üzrə əməkdaş, proqram köməkçisi
Xüsusi olaraq Ordu.az üçün

Donald Tramp sülh tərəfdarı deyil. Barak Obamanın izi ilə irəliləyən Tramp, 1945-ci ildən bu yana dünyanın ən böyük humanitar böhranının mərkəzi olan Yəməndəki aclığı daha da dərinləşdirib. MAQATE, ABŞ və İsrail kəşfiyyatının təsdiqinə baxmayaraq, o, İranın Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl etmədiyini bildirib.

Üstəlik, İraqda sivilləri qətlə yetirib, Əfqanıstanın 16 illik işğalının uzadılmasına qərar verib və Şimali Koreya hökumətinə qarşı dəhşətli təhdidlər yağdırıb. Lakin sınmış saat belə gündə iki dəfə düz göstərdiyi kimi sadiq bir militarist də bəzən sülhsevər mövqeyə keçə bilir. Bu ayın başlarında Rusiyanın çox ağır sanksiyalara məruz qalmasına görə yas tutmuş kimi görünən Tramp üçün indi belə zamanlardan biridir.

Rusiyaya qarşı sanksiyaların üstüörtülü tənqidi hökumətimizin “rus cinayətləri”ni cəzalandırmaq kimi mənəvi öhdəliyinin olması ilə bağlı geniş yayılmış fərziyyəni sual altına qoyur. Lakin bəzən Rusiya prezidenti Vladimir Putini bənzərsiz bədxah və amansız Hitleriyan kimi təqdim edən bu düşüncə Kremlin yaramazlıqlarının təbiətini və kontekstini təhlükəli şəkildə yanlış ifadə edir.

Əslində, Putinin döyüş meydanındakı rəqiblərinin çoxu özü kimi qeyri-liberaldır və ona qarşı Trampın ötən həftənin əvvəlində tətbiq etdiyi davranış metodu, Putinin ABŞ-a olan münasibətini müsbət istiqamətə dəyişmək üçün kifayət edir. Hətta sanksiyaların dəstəkçilərinin qoyduğu hədəflərə nail olmaqda uğursuz olmasını görməzdən gəlsək belə hökumətimizin Rusiyaya qarşı tətbiq etdiyi təhrikedici, balanssız və sivillərə zərər verən sanksiyalara qarşı çıxmaq üçün yenə də ciddi səbəblərimiz var.

ABŞ-ın hal-hazırki davranışlarına istiqamət verən yanlış istiqamətləndirilmiş anti-Rusiya ehtirası Konqres tərəfindən iyulda qəbul edilən sanksiyaların Suriya kimi ərazilərdə aparılan fəaliyyətlərə görə Putini cəzalandıracağını hesab edir. Bu qanun tərəfdarlarının Bəşər Əsəd rəhbərliyindəki Suriya hökumətindəki Rusiya yönlü şəxsləri xor görmək üçün ciddi səbəbləri var. Lakin bizim sanksiya dəstəkləyən vətəndaşlarımız real- dünya alternativlərindən dəqiq olaraq hansını Əsədə təklif edirlər? Böyük əksəriyyətinin islamçılara qoşulduğu mötədil Suriya üsyançılarından təsirlənən ABŞ anlamalıdır ki, Əsəd Suriya vətəndaş müharibəsinin son mərhələsini bitirib və ölkənin sabitliyini qoruya biləcək ən mülayim fiqurdur. Şübhəsiz ki, Putinin Əsədə göstərdiyi dəstək hələ də qınanılmalıdır. Lakin bu, Birləşmiş Ştatların ABŞ-Rusiya əlaqələrinə xətər yetirən geniş əhatəli sanksiyalarına haqq qazandırmır.

Eynilə bu proses Rusiyanın Putinin tək günahkar olmadığı Ukraynadakı müdaxilələri üçün də doğrudur. Ukraynanın bir hissəsi olan Krımın ilhaqına görə Rusiyaya edilən sonsuz tənqidlərə baxmayaraq, bir çox krımlı, bəlkə də əksəriyyəti rus idarəçiliyini üstün tutur. Onların yaşayışı mükəmməldən uzaq olsa da, rus mədəniyyətinə yönəlik hücumlarına görə Kiyevi daha böyük düşmən kimi görən etnik ruslar çoxluq təşkil edirlər. Nəticə etibarilə, Rusiyanı geri çəkilməyə məcbur etməklə ABŞ bir çox krımlının öz müqəddəratını təyin etmə cəhdini pozmağa çalışır.

Donbasdakı rus şiddətləri sanksiyalara haqq qazandırmır. Qısaca, Ukraynalı əksinqilabçılar kiyevli canilərlə birgə hərəkət edərkən, regiondakı rus separatistlər də moskvalı “pis adamlar”la birlikdə fəaliyyət göstərirlər. Tərəflərin heç birisi cəlbedici deyil. Buna görə də ABŞ müharibədən kənarda qalmalı və Ukraynada azalda bilmədiyi çətinliyi Rusiyada artıran sanksiyaları ləğv etməlidir.

Gələk Putinin ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə. Biz hələ də dəqiq olaraq nəyin baş verdiyini bilməsək də, aydındır ki, istənilən rus müdaxiləsi müdafiə xarakterlidir. Putin 2003-cü ildə qərbin İraqı qanunsuz istila etməsi və 2011-ci ildə Müəmmar Qəddafinin öldürülməsi ilə qəzəbləndirildi. Xatırladaq ki, Hillari Klinton birincini senator, ikincini isə dövlət katibi kimi dəstəkləyib. Hələ Klinton Qəddafinin tükürpədici qətli haqda zarafat edib, 2011-ci il Rusiyadakı parlament seçkilərinin şəffaflığını sorğulayanda və Putinin militarizminin Hitleri xatırlatdığını söyləyəndə Kremlin bu təcrübəli, aqressiv və özgənin işlərinə qarışmağı sevən adamın (Tramp- red) Birləşmiş Ştatların növbəti prezidenti kimi Rusiyanı qarışdırmasına izn verməyəcəyi barədə qərar aldığını ehtimal etmək çətin deyil.

Biz Rusiyanın ABŞ-a qarşı həmişə belə aqressiv münasibətdə olmaması faktı ilə təsəlli tapmalıyıq. Onun Soyuq Müharibədən qalma avtoritar meyilləri və qərbə qarşı skeptik yanaşmasına baxmayaraq, Putin Buş Administrasiyasının Bağdada hücumundan əvvəl prezident Corc Buşla çox yaxşı dostluq əlaqələri saxlayırdı. Qərbin okeanın o tayındakı fitnələrindən on ildən də uzun bir müddət keçməsindən sonra aydın olur ki, Putin özünü müdafiə etmək üçün belə əks-hücum yolunu seçib. Bu vəziyyətdə belə, hələ də Tramp Putinlə danışıqlar apararaq, sanksiyaları aradan qaldırmaq və Kremlin xarici siyasətinə daha anlayışlı qarşılamaqla siyasi kursumuzu dəyişə bilər. Əgər o, bu dəyişikliyə getməsə, sülh bizdən daha da uzaqlaşacaq.

Tərcümə etdi: Ağalar Ağalarlı

Teqlər: ABŞ-Rusiya   Ukrayna   Suriya-böhranı   Sanksiyalar  

Xəbər lenti

Axı niyə biz Rusiyaya qarşı sanksiya tətbiq etməliyik? – Amerikalı ekspert (ÖZƏL)

2017/12/234_1512137259.jpg
Oxunub: 635     17:52     01 Dekabr 2017    