Rusiyanın 2018-ci il Ermənistan planı: Sarkisyan Koçəryanın taleyini yaşaya bilərmi? - ANALİZ

2017/12/345345_1512115157.jpg
Oxunub: 468     11:47     01 Dekabr 2017    
Ermənistanda 2018-ci il daxili böhranın həllində Rusiyanın rolu çox vaxt ictimai, siyasi və ekspert müzakirəsi mövzusuna çevrilir.

Karen Karapetyanın baş nazir təyin edilməsi, bununla yanaşı, onun Qazprom bioqrafiyası və Rusiyadan Ermənistana gəlməsi bu müzakirələrin ənənəvi atəşinə əhəmiyyətli dərəcədə "yağ" əlavə edib. Karen Karapetyan 2018-ci ildə baş nazir postuna namizədlərdən biri olduğundan, bu fakt həmişə Rusiyanın yüksək rolu ilə bağlı intriqanı daha da artırır. Rusiya həmişə erməni hakimiyyət sisteminin əsas dam örtüyü olub.

Hazırda, daha doğrusu 2018-ci ildən öncə bu məsələ Rusiyamnın əsas prioritet məsələsidirmi?

Noyabrın 24-də Aİ-Ermənistan müqaviləsini imzalanması Rusiya-Ermənistan arasında yaranan çatları daha da genişləndirdi. Moskvanın əleyhinə olduğu halda Serj Sarkisyanın müqaviləni imzalamağa getməsi, yaxud siyasi intihara cəhd etməsini halı müşahidə edildi.

Faktiki olaraq, Rusiya dövlət telekanallarında aparılan müzakirələr Aİ-Ermənistan razılaşmasının Rusiya tərfindən müsbət qarşılanmadığını ortaya qoydu .

Maraqlıdır, Rusiya 2018-ci ilin aprelində bu təhlükəni görsə də, Ermənistanın təsir zonasından çıxma təhlükəsi ilə qarşı-qarşıya qalıbmı? Moskva üçün belə bir təhlükə var, yoxsa yox? Burada, belə bir nəticəyə gəlmək olar ki, Rusiya hər dəqiqə baş verən prosesləri nəzərdən keçirir və Ermənistanla bağlı işlədilən "rus qadını" ifadəsini daha da möhkəmləndirir.

Nəticədə, Rusiya və Qərb bütün diqqətini hazırda 2018-ci ilin aprel dəyişikliklərinə yönəldib.

Xatırladaq ki, Ermənistan üzərində nəzarətin saxlanılması üçün mübarizə daha öncə, 2007-ci ildə də baş verib. Ermənistan hakimiyyəti daxili çəkişmədə nəticəsində parlament və prezident seçkilərinə getdi. İndi olduğu kimi, o zaman fəaliyyətdə olan prezidentin 10 illik müddəti başa çatırdı. Bu on illik müddətdə iqtidar daxilində maraqlı hallar baş verirdi. Kifayət qədər təsiri olan 2-ci hakimiyyət qüvvəsi Çiçəklənən Ermənistan partiyası yaradıldı. Bu partiyanın yaradılmasında əlbəttə kölgədə qalan prezident iqamətgahının da xidmətləri vardı.

Bu layihə ilə Robert Koçaryan gizlicə çoxluq təşkil edən respublikaçıları, yeni yaradılan Çiçəklənən Ermənistan partiyasının nümayəndələri ilə əvəz etmək istəyirdi. O, istəyirdi ki, Vardan Oskanyanı prezidentliyə namizəd kimi irəli çəkməklə, Rusiyada baş verən Putin-Medvedyev nümunəsindən istifadə etsin.

Lakin, daha hiyləgər olan Serj Sarkisyan Moskavanı inandıra bildi ki, bu Ermənistan-Rusiya münasibətlərinin yaxınlaşmasına yox, Ermənistanın Qərbə doğru aparılmasına xidmət edən layihədir. Bunun sayəsində Serj Sarkisyan istəyinə nail oldu və Çiçəklənən Ermənistan Partiyası 2-ci sırada qaldı. Bununla da Koçaryan vəzifədən getdi, Serj Sarkisyan isə martın 1-dən onra Moskvaya gedərək ona prezident seçkilərində dəstək verdiklərinə görə minnətdarlıq etdi.

O zaman vəziyyətin həll edilməsində Sarkisyana hər hansı rus dairələri yardım etmişdi, yoxsa Sarkisyan özbaşına bu probleminin həllini tapmışdı? Prezidentliyin hazırda başa çatan 10 illik mərhələsində, Sarkisyanın hakimiyyətdə qaldığı təqdirdə Rusiyanın Ermənistanı itirə biləcəyi barədə Karen Karapetyan Putini razı salmağa cəhd edəcəkmi? Ermənistanda buna cəhd edən başqa bir subyekt tapılacaqmı? Bu subyekt Rusiyada dəstəkləyici çevrə tapa biləcəkmi? Problem 2018-ci ildə Rusiya hakimiyyətinin tutduğu mövqedən asılı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Rusiya     Ermənistan  

Xəbər lenti

Rusiyanın 2018-ci il Ermənistan planı: Sarkisyan Koçəryanın taleyini yaşaya bilərmi? - ANALİZ

2017/12/345345_1512115157.jpg
Oxunub: 469     11:47     01 Dekabr 2017    