Hindistan “Barak-8” ZRK-ları “toyuq boynu”nda istifadə edəcək? - Hərbi ekspert (ANALİZ)

2017/11/barak-8345345_1512048361.jpg
Oxunub: 663     17:28     30 Noyabr 2017    
Hindistanın baş naziri Narendra Modi , İsrailin Hava Təchizatı Sənaye İdarəsi (IAI) ilə Hava hücumundan müdafiə sistemi olan “Barak-8” və MR-SAM raketlərinin alınması üçün müqavilə imzalayıb.

İsrail şirkəti Barak-8 sistemlərinin və raketlərinin satışından toplam 2.5 milyard dollar əldə edəcək.

MR-SAM, hərbi gəmilərdə quraşdırılan LR-SAM HHM sisteminin yerüstü versiyasıdır. “Barak-8” ZRK-nin istifadə etdiyi bu raketlər IAI və Hindistan dövlət təşkilatı olan DRDO ilə əməkdaşlıq edilərək hazırlanıb.

İlk öncə, “Barak-8” ZRK-nin gəmi üçün olan raketlərinin alınması nəzərdə tutulurdu. Bu versiyada ilk sınaq 1999-cu ildə İsraildə baş tutdu. 2014-cü ildə isə IAI və DRDO yerüstü “Barak-8” havadan müdafiə sisteminin yaradılması işlərinə başlandı. Altı il ərzində 2,5 milyard dollar əvəzində İsrail şirkəti Hindistan ordusuna 40 ədəd atıcı qurğu və təxminən 200 ədəd raket göndərəcək. Komplekslərin tam döyüşə hazırlıq vəziyyətinin isə 2023-cü ildə başa çatdırılması planlaşdırılır. HHM sisteminin hissələri Hindistanın Heydərabad şəhərində “Hindistanda düzəlt” proqramı çərçivəsində istehsal olunacaq.

Barak- 8 ZRK istənilən vaxtda, istənilən hava şəraitində yaxın və orta uzaqlıqda olan bütün uçan hədəfləri, qanadlı və digər raketləri aşkar edərək məhv etmək qabiliyyətinə malikdir. Raket, fəal tuşlama sistemi ilə təchiz edilən, uzunluğu 4,5 m olan iki mərhələli bərk yanacaqla idarə olunan döyüş sursatıdır. Raket vertikal atıcı qurğudan istifadə etməklə buraxılır və 70-80 km məsafədə hədəfləri məhv edə bilir.

Bu sistemlərin ilk partiyası bu ilin avqust ayının 8-də Hindistan tərəfinə təslim edilib.

2016-cı il mayın 20-də Çandipur poliqonunda yerüstü versiyasının, 2017-ci ilin martın 22-də isə Ərəbistan dənizində gəmilərdən dəniz versiyasının uğurlu sınaqları keçirilib.

Hindistan bazarı bütün yeni hərbi texnologiyalar üçün daim açıqdır. Tək fərqli istəkləri, yeni sistemləri istehsal texnologiyası ilə bir yerdə alaraq yerli hərbi istehsalı canlandırmaqdır. İsrail isə İrana gedib çıxmayacaq hər texnologiyanın yenisinin istehsalına hazırlaşarkən əvvəlkini məmnuniyyətlə satır. Deməli, yaxın zamanlarda Barak-9 və ya digər daha üstün bir sistemlə tanış olmaq imkanımız olacaq.

Qeyd edim ki, birinci müqavilə 2 milyard dollar məbləğində olub. Müqaviləyə əsasən, quru qoşunları üçün 1,6 milyard dollarlıq MR-SAM və Hərbi Dəniz Qüvvələri üçün 0,4 milyard dollarlıq LR- SAM alınması nəzərdə tutulurdu. İlkin müqavilənin bağlanmasından ay yarım keçdikdən sonra, 2017-ci ilin mayın 21-də yeni müqavilənin bağlanması haqqında məlumat elan edildi. HDQ üçün əlavə olaraq 630 milyon dollarlıq LM-SAM HHM sistemi alınması qərarı da rəsmiləşib.

İlk dəfə olaraq müqavilə Hindistan höküməti ilə deyil, dövlət şirkəti olan BEL (Bharat Electronics Limited) ilə bağlanıb. BEL şirkəti bu layihənin əsas podratçısı kimi, sistemin bütün elementlərinin yerli sistemə inteqrasiyası üçün məsuliyyət daşıyır. Bu addım Hindistanın yerli istehsalı inkişaf etdirmə siyasətini həyata keçirən bir tələbi, yəni "Hindistanda düzəlt" proqramının tərkib hissəsidir.

Bu ZRK 2014-2016-cı illərdə istifadə olunmağa başlayan 3 ədəd "Kolkuta" tipli esmineslərə, 2 ədəd inşaatı davam edən və 2 ədəd də inşası planda olan (2018-2024-cü illərdə silahlanmaya qəbulu gözlənilir) "Visakhapatnam" esminesinə və 7 ədəd planda olan P17A layihəsi üzrə nəzərdə tutlan gəmilərdə quraşdırıla bilər. 2020-ci ildə inşası bitəcək "Vikrant" aviadaşıyıcısının da Barak-8 sistemi ilə təchiz olunma ehtimalı çox yüksəkdir. Adi gəmilər 4ədəd 8 konteynerli atıcı qurğu ilə, yəni 32 idarəolunan zenit raketi ilə təchiz olunur. "Vikrant" tipli aviadşıyıcının isə 8 ədəd 8 konteynerli atıcı qurğu ilə, yəni 64 raketlə təchiz olunması gözlənilir.

Hindistan “Barak-8” ZRK-lardan hansı istiqamətdə faydalana bilər?

Doklam yaylası - Hindistan, Çin və Butan respublikalarının sərhədlərinin kəsişməsində yerləşən strateji əhəmiyyətli dağlıq ərazidir. Butan, Çinlə diplomatik əlaqəsi olmayan yeganə qonşu dövlətdir, lakin Hindistanla sıx əlaqələri mövcuddur. 1970-ci ildən, Çinin Tibet Muxtar Rayonun inzibati mərkəzinin paytaxtı Lhasa şəhərindən sərhəd kəsişmə ərazisinə avtomobil yolunun tikintisinə başlayıb. Bu yolun inşası bitdikdən sonra Hindistanla qarşıdurma halında, Çin ordusu təxminən səkkiz saat içində sərhəddə çata bilər. Dehli, Çinin Doklam yüksəkliyini nəzarətə götürməsinin yeddi şərq ştatı ilə Hindistanın əsas ərazisini birləşdirən, Nepal və Banqladeş arasında sıxışmış, cəmi 25 km enində zolağ olan Siliguri dəhlizi ("toyuq boynu") üçün təhlükə törədə biləcəyindən ehtiyatlanır.

60 ildir ki, ÇXR 90 min kv.km Hindistan ərazisinə iddialıdır. Rəsmi Pekin öz iddialarında 1890-cı ildə, o zaman ingilis idarəetməsində olan Sikkim (indi Hindistan ərazisindədir) və Tibet (bu gün Çin ərazisidir) arasında olan razılaşmaya gorə Doklam yaylasının Tibetin ərazisi olduğunu iddia edir. Hindistan və Butan isə, heç zaman bu sənədi tanımayıb. 1988-ci və 1998-ci ildə Butan və Çin dinc bir şəkildə ərazi mübahisəsini həll etmək və regionda hərbi qüvvədən istifadədən çəkinməyə aid müxtəlif sazişlər imzalayıb. Hindistan və Butan hakimiyyət nümayəndələrinin sözlərinə görə, Çin Doklam yaylasında yolların tikintisinə başlamaqla bu sazişləri pozub.

Butan Hindistanla dost olan ölkələrdən biridir. Pakistan isə Dehlinin əsas potensial rəqibidir. Kəşmir ştatında baş verən toqquşmalar mütəmadi baş verir, Maldiv adaları və Şri Lanka isə getdikcə Pekinlə daha sıx əməkdaşlıq edir. Nepal ilə münasibətlər gəldikdə isə deyə bilərəm ki, Hindistanın baş naziri Narendra Modi hakimiyyətə gəldikdən sonra münasibətlərin düzəlməsi gözlənilirdi. Lakin bu baş vermədi.

Hindistanı Çin-Pakistan iqtisadi dəhlizinin yaradılması da çox narahat edir. Hazırda münasibətlər gərgindir. BRİKS və ŞƏT-da iqtisadi əməkdaşlıq da Çin və Hindistan arasındakı münasibətlərdəki gərginliyi azaltmayıb. Nəticədə, 55 milyard dollarlıq hərbi büdcə ilə Hindistan, Çin kimi nəhəng bir dövlətin 215 milyarləq hərbi büdcəsinin əzəməti qarşısında əzilməmək üçün vəsaitlərinin önəmli bir hissəsini yeni silah sistemlərinin alınmasına ayırmağa məcbur olub.

Alınan “Barak-8” ZRK-nin quru qoşunlar üçün olan versiyalarının Doklam yaylasından əlavə Çinin 1962-ci ildə işğal etdiyi Hindistan ərazisi olan Aksay-Çində, Arunaçal Pradeş ştatında, 8 rəsmi dilin mövcud olduğu Qanqtok şəhərində və Çin ilə həmsərhəd digər bölgələrdə daha sıx yerləşməsi gözlənilir. Həmin ərazilərdə yüksək dağlıq relyefi üstünlük təşkil edir. Piyada və tank birləşmələrinin hərəkət etməsi isə çox çətindir. Aviasiyanın Himalay dağlarının təbii quruluşundan istifadə edərək 25 km enində olan, Çinin müttəfiq olduğu iki dövlətin, Nepal və Banqladeşin arasında cəmi 25 km enində dar bir zolağ olan Siliguri dəhlizini ("toyuq boynu") ələ keçirməsi Hindistanın 8 ştatının itirilməsi deməkdir.

Çinin ələ keçirdiyi torpaqları geri alınması isə mümkün olmayan bir versiyadır. Pakistanla Çinin iqtisadi əlaqələrinin güclənməsi və birgə infrastruktur layihələrinin həyata keçirilməsi rəsmi Dehlini sərhədlərində, xüsusilə Siliguri dəhlizi və Çin sərhəddində “Barak-8” ZRK-nin yerləşdirilməsinin əsas səbəblərindən hesab olunur.

KXDR böhranının pik səviyyədə olduğu bir vaxtda digər üç nüvə ölkəsinin də münaqişələrə cəlb olunması bəşəriyyətə 3-cü Dünya Müharibəsindən başqa heç nə vəd etmir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Barak-8   Hindistan   Çin  

Xəbər lenti

Hindistan “Barak-8” ZRK-ları “toyuq boynu”nda istifadə edəcək? - Hərbi ekspert (ANALİZ)

2017/11/barak-8345345_1512048361.jpg
Oxunub: 664     17:28     30 Noyabr 2017    